Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


ONKOLOJĠ XƏSTƏLƏRƏ QULLUĞUN XÜSUSĠYYƏTLƏRĠ



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə152/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   148   149   150   151   152   153   154   155   ...   165
Tibb bacısının işi

 
ONKOLOJĠ XƏSTƏLƏRƏ QULLUĞUN XÜSUSĠYYƏTLƏRĠ 
 
Bədxassəli törəmələri olan xəstələrə qulluğun əsas xüsusiyyəti onlara xüsusi psixoloji yanaşmadır. 
Onkoloji xəstəyə diaqnozu söyləyib-söyləməmək hələ də dünyada mübahisə mövzusudur. Çünki, xəstələr 
psixoloji durumlarından asılı olaraq müxtəlif cür reaksiya verirlər. Bəziləri bütün gücünü səfərbər edib 
xəstəliklə mübarizə aparır, bəziləri isə ruh düşkünlüyünə qapılıb müalicədən imtina edir. İstənilən halda 
xəstənin diaqnozu bilib-bilməməsinə həkim və yaxın qohumları qərar verir. Tibb bacısı heç bir halda 
xəstəyə diaqnozu söyləməməli, onun yanında “xərçəng, şiş, sarkoma»terminləri yerinə xora, qalınlaşma, 
daralma»kimi sözlərdən istifadə etməlidir.
Onkoloji xəstələrin çox zərif və labil psixikaya malik olduğunu onlara edilən qulluğun bütün 
mərhələlərində nəzərdə tutmaq lazımdır. Bədxassəli şişlərin başlanğıc mərhələsində olan xəstələri ağır, 
metastazı olan xəstələrdən mümkün qədər ayırmaq lazımdır-həm müayinə otağına göndərərkən, həm də 
palatalara yerləşdirərkən.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 126 
Onkoloji xəstələr üzərində müşahidə apararkən xəstələrin müntəzəm surətdə çəkilməsinin böyük 
əhəmiyyəti vardır, çünki, bədən kütləsinin azalması xəstəliyin tərəqqi etdiyinin bir göstəricisidir. Bədən 
temperaturunun müntəzəm olaraq ölçülməsi də şişin güman edilən dağılma prosesini aşkar etməyə imkan 
verir. Bədən kütləsi və temperatur haqqında məlumat gündəlik olaraq xəstəlik tarixinə və ya ambulator 
vərəqinə qeyd edilməlidir.
Gigiyena xarakterli tədbirləri xəstəyə və onun yaxınlarına öyrətmək lazımdır. ağciyər və qırtlaq 
xərçəngində xəstənin ifraz etdiyi bəlğəm ağzı kip bağlanan tüpürcək qabına yığılmalıdır. bu qablar hər 
gün aynaq su ilə yuyulub 10-12%-li xlorlu əhəng məhlulu ilə dezinfeksiya edilməlidir. Sidik və nəcis üçün 
nəzərdə tutulan ləyənlər də müntəzəm olaraq eyni qaydada dezinfeksiya olunmalıdır.
Çox vaxt ağciyər və süd vəzi xərçənginin onurğaya metastazı zamanı xəstəyə ciddi yataq rejimi 
təyin olunur. Belə halda sümüklərı qırılmadan qorumaq üçün döşək altına taxta sipər qoyurlar. Aktiv 
rejimdə olan xəstələri yormadan gəzintiyə çıxarmağın, otağın havasını tez-tez dəyişməyin əhəmiyyəti də 
böyükdür.
Onkoloji xəstələrin qidalanması da düzgün təşkil olunmalıdır. Xəstələr gündə4-6 dəfə vitamin və 
zülallarla zəngin qida almalıdır. Xəstələrə çox isti və ya soyuq, acı, qızardılmış və quru yeməklər 
verilməməlidir. Yüngül, qoruyucu, asan həzm olunan (suda bişmiş ət, balıq, tərəvəzlər, bulyonlar, buxarda 
bişmiş kotlet, sürtgəcdən keçirilmiş meyvə-tərəvəz, kəsmik, qatıq, duzsuz pendir və s. ) yeməklər 
verilməlidir.
Mədənin kardial hissəsinin və ya qida borusu xərçənginin qeyri-operabil formasında xəstə bərk qida 
loxmasını uda bilmirsə, duru qida (xama, çiy yumurta, duru sıyıq, duru pürelər, şorbalar) verilməsi 
məsləhət görülür. Bəzən qida borusu keçiriciliyinin yaxşılaşmasına aşağıdakı qatışıq təsir edir:50 ml 96%-
li rektifikat spirt, 150 ml qliserin (yeməkdən qabaq 1 x/q) və ya yeməkdən qabaq 1 ç/q suya 5-6 damcı 
0,1%-li atropin məhlulu. Belə xəstələrdə çox vaxt mədəyə burun keçəcəyindən nazik zond salmaq lazım 
gəlir.
Xəstənin qarın boşluğuna maye toplanarsa (assit), qarın divarı xüsusi iynə ilə deşilərək (punksiya 
olunaraq) maye boşaldılır. Belə xəstələrə sidikqovucular təyin olunur və qarın çevrəsi hər səhər müntəzəm 
olaraq ölçülür.
Onkoloji xəstələri narahat edən problemlərdən ən vacibi ağrılardır. Ağrılar bədxassəli törəmələrin 
sinirlərə təzyiq etməsi nəticəsində baş verir və tədricən artan xarakter daşıyır. İlk dövrlərdə ağrı qeyri-
steroid ağrıkəsicilərlə aradan götürülsə də, xəstəlik irəlilədikcə daha da şiddətlənir və yalnız narkotik-
analgetiklərlə aradan götürülür. Buna görə belə xəstələr onkoloji dispanserdə qeydiyyata götürülür və 
narkotik analgetiklərlə təmin edilir.
Onkoloji xəstələrə qulluq edərkən xəstəliyin uzun müddət davam edəcəyini nəzərə alıb, hər cür 
gigiyena qaydalarına əməl etmək lazımdır. əks halda infeksion ağırlaşmalar və yataq yaraları xəstənin 
vəziyyətini daha da ağırlaşdıra bilər.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin