Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə148/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   144   145   146   147   148   149   150   151   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 122 
MÖVZU 57 
 
ĠLDIRIMDAN NECƏ QORUNMALI? 
 
İnsan həyatı üçün təhlükəli təbiət hadisələri arasında ildırım özünəməxsus yer tutur. Orta hesabla yer 
səthinin hər kvadratkilometrinə ildə 6 dəfə ildırım düşür. Hər saniyədə dünyanın müxtəlif nöqtələrində 
təxminən 100 ildırım qeydə alınır. Fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə 
ildırımvurmadan ölən insanların sayı daha çoxdur. Hər il dünyada 3000-ə yaxın insan ildırımvurma 
nəticəsində dünyasını dəyişir. İldırımla bağlı ölənlərin sayının artması isə insanların bu təbiət hadisəsindən 
kifayət qədər qoruna bilmədiklərini göstərir.
İldırım atmosferdə səslə müşahidə olunan, insan həyatına və əmlakına ciddi ziyan vuran 
yüksəktezlikli elektrik boşalması hadisəsidir. İldırım insan həyatı üçün təhlükəli təbiət hadisələrindən olub 
bir çox hallarda ölümlə nəticələnir. Əksər hallarda ildırım uca ağaclara, dəmir yollarında olan 
transformator qurğularına, müxtəlif çoxmərtəbəli bina və obyektlərə düşərək yanğınlara səbəb olur. 
İldırım meşələrdə ağacsız yerlər, yəni talalar istisna olmaqla heç vaxt torpağı vurmur, çünki ağaclar təbii 
ildırım ötürücü rolunu oynayır. Belə ki, ildırımın düşməsi konkret olaraq ağacların hündürlüyü ilə düz 
mütənasibdir. Əgər ağacın hündürlüyü 4 metr olarsa, onda həmin ağacdan 4 metr aralı dayanmaq lazımdır. 
Deməli hündür ağacların boyu qədər məsafədə onlardan kənar dayanmaq lazımdır. Ağacların elektrik 
keçiriciliyi və müqaviməti müxtəlif olduğu üçün onların ildırım vurması da müxtəlif olur. Belə ki, bəzi 
ağacların tərkibi nişasta ilə çox zəngin olduğu üçün onların elektrik keçiriciliyi yüksək, müqaviməti isə az 
olur. Ona görə də belə ağacları ildırımlar daha tez-tez vurur. Bu ağaclara palıd, qovaq, göyrüş və qarağacı 
nümunə göstərmək olar.
Digər ağacların tərkibi isə yağlarla zəngin olduğu üçün onların elektrik keçiriciliyi zəif, müqaviməti 
isə yüksək olur. Belə ağacları isə ildırım daha az hallarda vurur. Bu ağaclara ağ şam, qara şam, çökə, 
fıstıq, qoz və küknarı nümunə göstərmək olar. Ağcaqovaq və toz ağaclarını isə ildırım nadir hallarda 
vurur.
İldırımlar atmosferdə daima hərəkət edən müxtəlif ölçülü buludların hərəkəti və toqquşması 
nəticəsində əmələ gəlir. Əksər hallarda ildırımlar qasırğa və güclü leysan yağışları ilə müşahidə olunur. 
Bu buludlar xırda su damcılarından və kiçik buz zərrəciklərindən ibarətdir. Buludlar yer səthindən 0,5-1 
kilometrdən başlamış 6-7 kilometr məsafəyədək hündürlükdə ola bilirlər. Yer səthindən 3-4 km-dən 
yuxarı atmosferdə temperatur sıfır dərəcədən də aşağı olur. Bu kiçik buz hissəciklərindən ibarət olan 
buludlar yerin qızmış səthindən qalxan isti hava axınlarının təsiri nəticəsində daima hərəkətdə olurlar. 
Kiçik buz parçaları yüngül olduğu üçün böyük buz parçaları ilə toqquşarkən onlar buludun üst səthi ilə 
hərəkət edirlər. Hər bir toqquşma zamanı elektrikləşmə hadisəsi baş verir. Bu zaman xırda buz hissəcikləri 
müsbət, böyük buz parçaları isə mənfi yüklənirlər. Beləliklə buludun üst hissəsi müsbət, alt hissəsi isə 
mənfi yüklənmiş olur. Normal halda buludlar 20 km/saat sürətlə hərəkət edir. Bəzi hallarda isə onların 
sürəti 65-80 km//saata çata bilir. Elektrik boşalması buluddaxili, buludlararası, buludlarla atmosfer havası 
arasında və nəhayət buludlarla yer səthi arasında baş verir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin