Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə144/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   140   141   142   143   144   145   146   147   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 119 
Müalicə-I dərəcəli tədbirlərə qanaxmalar, ürək fəaliyyətinin azalması, arası kəsilməyən qusma 
zamanı təcili yardım göstərilməsi aiddir. İlk andan zərərçəkənə antihistamin preparatlar, sakitləşdirici 
maddələr verilir. Arası kəsilməyən qusma zamanı mədə izotonik NaCL məhlulu ilə yuyulur, aminazin və 
ya atropin vurulur. Zədələnmənin ilk saatlarından dezintoksikasion terapiya aparılır.
Ürək-damar çatmamazlığının meydana çıxması zamanı 1,0-2,0 ml kordiamin, 1,0-2,0 ml 1%-li 
mezaton məhlulu yeridilir. Kəskin şüa xəstəliyinin müalicəsi zərərçəkən üçün xüsusi şəraitin yaradılması 
ilə başlanır. Bu hər şeydən əvvəl infeksion ağırlaşmaların profilaktikası üçün aseptik rejimin təchiz 
olunmasıdır. Bu məqsədlə geniş təsir spektrli antibiotiklərin transfuziyası, sümük iliyinin köçürülməsi, 
simptomatik terapiya aparılır. Hemorragik sindrom əlamətini azaldan maddələr tətbiq olunur. Qidalanma 
rasional, qida zülal və vitaminlərlə zəngin olmalıdır. Dəri örtüyü və selikli qişalara ciddi qulluq, yataq 
yaralarının profilaktikası çox vacibdir.
Profilaktika-bura şüalanmaının səviyyəsini azaldan tədbirlər aiddir:ekranlaşdırma, intensiv 
şüalanma yerlərində qalma müddətinin məhdudlaşdırılması, xüsusi profilaktik maddələrin qəbulu.
Xroniki Ģüa xəstəliyi. Xroniki şüa xəstəliyi ionlaşdırıcı şüaların kiçik dozalarının uzun müddət, 
teztez təkrarlanan təsiri nəticəsində inkişaf edir.
Simptomları-xroniki şüa xəstəliyinin əlamətləri şüalanmanın ümumi dozasından asılıdır. Adətən 
ilkin simptomlar şüalanmadan 2-3-5 il sonra müşahidə edilir. Kəskinləşmə fazası qeyd olunur. Simptomlar 
tədricən meydana çıxır və proqressivləşməyə meyllidir. MSS-nin funksiyasındakı dəyişikliklər və qan 
yaranmanın süstləşməsi ilə əlaqədar simptomlar ön plana çıxır. Astenik sindrom müşahidə olunur. Qanda 
leykopeniya, trombositopeniya olur. Mədə və bağırsaqların motor və sekretor funksiyalarının süstləşməsi 
müşahidə edilir, endokrin vəzilərin fəaliyyəti azalır.
Müalicə-müalicəyə reaktiv şüalarla zədələnmənin ilkin simptomlarının meydana çıxması zamanı 
başlamaq lazımdır. Pəhriz tam dəyərli, vitaminli olmalıdır. Dərman maddələrindən sinir sisteminin 
stimulyatorları, vitamin, kiçik trankvilizatorlar, antibiotiklər, hemostimulyatorlar, hormonal preparatlar, 
qan əvəzedicilər məsləhət görülür.
Suda batma-asfiksiyanın bir növüdür. Batma hallarında boğulmanın bilavasitə səbəbi bərk qorxu və 
həddindən artıq soyuma nəticəsində qulaqlarda və yevstax borusuna soyuq su dolmasına görə tənəffüsün 
reflektor dayanmasıdır. Suda boğulmanın 3 variantı vardır:1. Sinkopar; 2. Asfiksiya; 3. Həqiqi variantlar.
Suda boğulmanın həqiqi variantı-tənəffüs yollarına və ağ ciyərlərə su dolduqdan sonra, tənəffüs 
aktının pozulması və huşun itməsi ilə əlaqədar batan şəxsin suyun təkinə gedərkən qeyri-iradi nəfəs alması 
nəticəsində tənəffüs mərkəzi və ürək fəaliyyətinin saxlanmasına baxmayaraq, hipoksik və hipokapnik 
komanın inkişaf etməsi və boğulmanın canvermə dövrünün baş verməsi ilə səciyyələnir. Bununla belə, 
boğulmuş adamı sudan çıxararkən alveollara qan serumunun keçməsi ilə əlaqədar köpüyün əmələ gəlməsi 
orqanizmdə qaz mübadiləsinin pozulmasına səbəb olur. Odur ki, dəri və selikli qişaların sianozu fonunda 
tənəffüs aktının seyrəlməsi, nəbz vurğularının zəif dolğunluğu, bəzən aritmiki olması diqqəti cəlb edir. 
Bəbək refleksi zəif, boyun damarları şişkin, dolğun olur, şəxsin su altında qalması müddəti uzun olduqda 
kliniki ölüm tezliklə bioloji ölümlə nəticələnir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin