Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə141/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   137   138   139   140   141   142   143   144   ...   165
Tibb bacısının işi

Ödemin mədə-bağırsaq traktının selikli qişasında lokalizasiyası zamanı ürəkbulanma, qusma qeyd 
olunur, sonra isə qarnın köpməsi və peristaltikasının güclənməsi ilə müşayiət olunan kəskin dağınıq ağrı 
meydana çıxır; kliniki mənzərə “kəskin qarın”ı xatırladır. Tutma profuz ishalla qurtarır. Nəcisin müayinəsi 
zamanı çoxlu miqdarda eozinofillər tapılır; Şarko-Leyden kristalları da aşkarlana bilər. Nadir hallarda 
prosesə beynin seroz qişası da cəlb oluna bilər, bu zaman meningial simptomlar meydana çıxır:ənsə 
əzələlərinin rigidliyi, baş ağrısı, qusma, bəzən qıcolmalar. Ödemlər urogenital traktda da lokalizə oluna 
bilər, burada kliniki mənzərə kəskin sistiti xatırladır.
Təxirəsalınmaz yardım-1. Adrenalin 0,3-0,5 ml 0,1%-li məhlulu dərialtına; 2. Pipolfen 2,0 ml 
2,5%-li məhlulu əzələ daxilinə; suprastin 2,0 ml 2%-li məhlulu və ya dimedrol 2,0 ml 1%-li məhlulu; 3. 
Ağır hallarda prednizalon 60-90 mq, hidrokortizon 250 mq; 4. Laziks 2,0-4,0 ml 1%-li məhlulu 
venadaxilinə izotonik NaCL məhlulu ilə; 5. Penisillinaza 1 000 000 TV 2,0-3,0 ml izotonik NaCL məhlulu 
ilə əzələ daxilinə. Getdikcə artan asfiksiya zamanı traxeostomiya aparılır.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 116 
Müalicə-övrənin müalicəsi etioloji və patogenetik mexanizmlərə və prosesin fazasına görə müəyyən 
edilir. Ümumi tədbirlərə aiddir:xəstənin qospitalizasiyası, dərman maddələrinin qəbulunun 
dayandırılması, aclıq, təkrari təmizləyici imalə yolu ilə allergenin orqanizmdən çıxarılması və ya 
aktivləşdirilmiş kömür qəbulu. Övrənin müalicəsi üçün dərman maddələrindən əsasən anihistamin xassəyə 
malik preparatlardan istifadə olunur. Onlara aiddir:dimedrol, suprastin, fenkarol, həm daxilə, həm də 
parenteral olaraq 2 həftə müddətində. Preparatların uzun müddət tətbiqi zamanı onları hər 10 gündən bir 
dəyişirlər. Histoqlobulinlə müalicə əsasən xroniki residiv verən övrə zamanı göstərişdir. Qlükokortikoidlər 
yalnız ağır hallarda təyin olunur. A/T-in enməsi zamanı ürəkdamar dərmanları tətbiq olunur.
Həzm orqanlarının, əsasən də hepatobiliar sistemin patologiyası olan xəstələrdə müalicə bu 
xəstəliklərə qarşı yönəldilir. Əvəzedici fermentativ terapiyada hepatotrop maddələr və hepatoprotektorlar, 
xoleretik və xolekinetik preparatlar, spazmolitiklər geniş tətbiq olunur.
Parazitar xəstəliklər tərəfindən törənən övrənin müalicəsi parazit əleyhinə müalicənin 
aparılmasından ibarətdir:lyamblioz zamanı-tinidazol, aminoxolin, opistorxoz zamanı-xeoksil, askaridoz 
zamanı-dekaris. Disbakterioz və qastritlər zamanı müvafiq patogenetik terapiya aparılır.
Kvinke ödemi zamanı xəstə stasionara qospitalizasiya olunmalıdır. Qırtlağın ödemi zamanı xəstə 
LOR şöbəsinə göndərilməlidir, belə ki, hər an traxeostomiyaya göstəriş meydana çıxa bilər.
Abdominal sindrom zamanı xəstə nevroloji şöbəyə qospitalizə olunmalıdır. Kvinke ödeminin 
patogenetik müalicəsi 0,3-0,5 ml 0,1%-li adrenalin məhlulunun dəri altına, 2,0 ml 2,5%-li pipolfen əzələ 
daxilinə, 2,0 ml 2%-li suprastin, 60-90 mq prednizalon v/d, 2-4 ml laziksin yeridilməsindən ibarətdir. 
Kəskin dövrü aradan qaldırmaq üçün aminokapron turşusu tətbiq olunur, v/d damcı ilə 100-200 ml 5%-li 
məhlul şəklində yeridilir. Eləcə də kontrikal 30 000 TV v/d izotonik NaCL məhlulu ilə birgə təyin olunur. 
Metiltestesteron kursu sutkada 0,001 q doza lə başlanır, effekt əldə olunduqdan sonra doza azaldılır. İrsi 
Kvinke ödemi zamanı təzə qan, plazma köçürülür.
Proqnoz-vaxtında aparılan qospitalizasiya və müalicə zamanı proqnoz əlverişli olur, əmək 
qabiliyyəti tezliklə bərpa olunur. Müalicədən sonra xəstə sonrakı müayinələr və müşahidə üçün həkim-
allerqoloqa göndərilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin