Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Qanaxmanın müvəqqəti dayandırılması üsulları



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə138/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   134   135   136   137   138   139   140   141   ...   165
Tibb bacısının işi

Qanaxmanın müvəqqəti dayandırılması üsulları. Kəskin qanaxmada əsas məqsəd tez bir 
zamanda qanaxmanın tam dayandırılmasır, çünki uşağın həyatı bundan asılıdır. Kiçik qanaxmalar adətən 
qanın laxtalanması nəticəsində özü dayanır, həyat üçün təhlükə törətmir. Bu cür qanaxmada yaraya 
aseptik sarğı qoymaq kifayət edir. Bütün digər hallarda təcili yardım çağırmaq, o gələnə qədər qanaxmanı 
müvəqqəti dayandırmaq lazımdır. Qanaxmanın daimi dayandırılması xəstəxana şəraitində həyata keçirilir. 
Hospitala qədər dövrdə qanaxmanı kəsmək üçün aşağıdakı üsullardan istifadə edirlər 
1. BirbaĢa sıxmaq. Xarici qanaxmanın birbaşa sıxmaqla dayandırılmasından əl və barmaqlaradan 
istifadə edilir. Qan axan yeri birbaşa sıxmaqla qanaxma kəsilir və qan laxtasının əmələ gəlməsinə imkan 
yaranır. Damarın birbaşa sıxılması 10 dəqiqədən artıq aparılmır, sonra sıxılan yer buraxılır və lazım 
gələrsə yenə 10 dəqiqə sümüyə sıxılır.
Hal-hazırda yara üzərinə birbaşa təzyiqin müxtəlif şəkildə tətbiqi məsləhət görülür. Qan axan damar 
steril salfet və ya sərt tənzif tampon vasitəsilə yara üzərindən və ya ətrafından sıxılmalıdır. Bu zaman 
damarı sümüyə sıxmanın mümkün olduğu yeri bilmək lazımdır. Bədəndə standart nöqtələr mövcuddur ki. 
arteriyaları barmaqla və əllə sümüyə sıxıb qanı dayandırmaq mümkündür. Bu nöqtələri hər bir tibb bacısı 
bilməli və lazım gəldikdə qanaxmanı dayandırmaq üçün istifadə etməlidir.
2. Ətrafların yuxarı qaldırılması . Ətrafların yuxarı qaldırılmış vəziyyətdə tutulması kiçik 
venalarda baş verən qanaxmaları dayandıra bilər. Əgər əzələ və sümük zədələnməsi yoxdursa, qan axan 


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 114 
ətrafı sıxmaqla bərabər yuxarı qaldırmaq həm qanın axın sürətini zəiflədir, həmdə laxtalanmaya kömək 
edir. Buna görə birbaşa sıxmadan sonra zədələnmiş ətrafı ürək səviyyəsindən yuxarı qaldırmaq lazımdır.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin