Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
112
Ekzogen zəhərlənmələr. Təxirəsalınmaz yardım Ekzogen zəhərlənmələr-orqanizmə
müəyyən
miqdarda kimyəvi maddələrin daxil olması nəticəsində əmələ gəlir. Səbəbinə görə alkoqol intoksikasiyası,
təsadüfi zəhərlənmə, məişət zəhərlənməsi, iş yerində zəhərlənmə, uşaq zəhərlənmələri, tibbi, bioloji və
qida zəhərlənmələri olur.
Alkoqol - onunla zəhərlənmə zamanı şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu
zaman ağızdan və qusuntu kütləsindən səciyyəvi alkoqol iyi gəlir. Bəbəklər əvvəl daralır, onların işığa və
ya buynuz qişa refleksinə reaksiyası mühafizə olunur, daha dərin intoksikasiyada
bəbəklər genişlənir,
onların işığa və buynuz qişa refleksinə reaksiyası olmur. Bu zaman tənəffüsün dərin olması, nəbzin tez-tez
vurması qeyd edilir, ağır intoksikasiya zamanı A/T aşağı düşür. Təxirəsalınmaz yardım-yoğun zond
vasitəsilə mədənin yuyulması, parçalanan alkoqol maddələrinin neytrallaşdırılması üçün dərialtına kofein
yeridilməsi, habelə venaya 400-600 ml 4%-li natrium bikarbonat məhlulunun köçürülməsi aiddir. Alkoqol
koması halında olan xəstənin dilinin dala əyilib içəriyə düşməsinin qarşısını almaq üçün onun dilinə dil
tutqacı qoyulmalıdır. A/T-in aşağı düşməsi və susuzlaşma zamanı venaya 1-2
l NaCL-din izotonik
məhlulu və ya 5%-li qlükoza məhlulu yeridilir.
Barbituratlar-bu qrupdan olan yuxu dərmanları ilə zəhərlənmə hallarına tez-tez təsadüf edilir.
Yuxu dərmanlarının böyük dozasının qəbul edilməsindən 30-60 dəqiqə keçdikdən sonra yuxuculluq,
zəiflik, səntirləmə, nitqin pozulması
baş verir, bəbəklər daralır. Sonra dərin yuxu və koma halı başlayır.
Təxirəsalınmaz yardım-mədəni yoğun zondla yuyur, sonra qarın
işlədici duzlar verir, təmizləyici imalə
qoyulur. Tənəffüsün pozulması ilə birlikdə koma baş verdiyi
zaman süni tənəffüsə keçirilir, sorulmuş
zəhərin kənar edilməsi üçün sürətləndirilmiş diurez tətbiq edilir.
Dostları ilə paylaş: