Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə132/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   128   129   130   131   132   133   134   135   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 110 
MÖVZU 52 
 
QICOLMA SĠNDROMU. TƏXĠRƏSALINMAZ YARDIM. QICOLMADAN 
SONRAKI MƏRHƏLƏDƏ XƏSTƏLƏRĠ MÜġAHĠDƏ VƏ QULLUQ 
 
Qıcolmalar-tutmaşəkilli və ya daimi qeyri-iradi əzələ yığılmalarına deyilir. Bu bir və ya bir neçə 
qrup əzələni əhatə edə bilər. Əhatə etdiyi əzələ qruplarına görə qıcolmalar yayılmış və lokal olmaqla 2 
qrupa bölünür. Bu yığılmalar qısa fasilələrlə və ya uzun müddət davam edə bilər.
Qıcolmalar əzələ yığılmalarının davamına görə də 2 cür olur:toniki və kloniki qıcolmalar. Toniki 
qıcolmalar üçün əzələnin yavaş-yavaş və uzun müddətə yığılması xarakterikdir. Kloniki qıcolmalar 
zamanı isə əzələ qrupları tez-tez yığılıb açılır, sanki səyriyir. Yayılmış qıcolamalar toniki, kloniki və 
toniki-kloniki ola bilər. Lokal qıcolmalar isə toniki və kloniki olur.
Qıcolmalar nevroloji, infeksion xəstəliklər zamanı, həmçinin zəhərlənmələrdə və su-duz 
mübadiləsinin pozğunluğu zamanı daha çox müşahidə olunur. Yayılmış toniki qıcolmalar ayaqlarda, 
əllərdə, boyun əzələlərində, sifətdə, bəzən isə tənəffüs yollarında baş verə bilər. Bu zaman xəstənin əlləri 
toniki qatlanma vəziyyətində olur və ya tam açılır, ayaqlar adətən dartılmış və gərgin, boyun arxaya 
qatlanmış, qarın əzələləri gərgin olur, baş arxaya qatlanır, dişlər kilidləşir. Yayılmış toniki qıcolmalar-
epilepsiya xəstəliyində, quduzluq, tetanus xəstəliyində, beyin qan dövranının pozğunluqlarında, uşaqlarda 
müxtəlif infeksion xəstəliklərdə və intoksikasiyalarda müşahidə edilir. Adətən bu xəstəliklərin tonik fazası 
kloniki qıcolmalardan əvvəl müşahidə edilir.
Yayılmış kloniki qıcolmalar “hərəkət burulğanı”nı xatırladır. Əzələ qrupları tez-tez ritmiki olaraq 
yığılıb-açılır, sanki bədən çapalayır və ya əzələlər səyriyir. Belə qıcolmalar epilepsiyada, eklampsiyada 
müşahidə olunur. Uşaqlarda isə erkən yaşlarda neyroinfeksiyalar zamanı-meningit və ensefalitlərdə olur. 
Epilepsiyada adətən kloniki qıcolmalar toniki qıcolmaları əvəz edir. Bəzən isə qıcolmanın yalnız bir 
forması müşahidə olunur. Bu forma qıcolma subaraxnoidal qansızmanın birinci mərhələsində əsas klinik 
sindrom ola bilər. Lokal toniki qıcolmalar sifətin, ətrafların, boyunun, çiyinlərin və daxili orqanların 
əzələlərində müşahidə oluna bilər.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin