Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Üz əzələlərinin toniki qıcolmaları



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə133/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   129   130   131   132   133   134   135   136   ...   165
Tibb bacısının işi

Üz əzələlərinin toniki qıcolmaları-hemispazm, paraspazm, trizm, görmənin toniki qıcolması 
zamanı olur. Ətrafların, boyun və çiynin lokal toniki qıcolması tetaniyada, yerli tetanusda, miotoniyada və 
s. ola bilər. Əl “ akuşer əli»şəklini alır. Lokal toniki qıcolmalarda əzələ yığılması adətən ağrılı olur. Qarın 
əzələlərinin lokal toniki qıcolması-peritonit zamanı, həmçinin onurğa beyninin üzvi zədələnmələrində 
olur, “taxta qarın»adlanır. Udma əzələlərinin ilkin qıcolması quduzluq zamanı müşahidə olunur. Bu 
xəstəliyin ilkin mərhələsində olur, sonra isə yüksək temperatur fonunda yayılmış toniki və kloniki 
qıcolmalar başlayır. Yemək borusunun toniki qıcolması-mənfi emosiya nəticəsində yemək borusunun bir 
hissəsində ola bilər. Lokal kloniki qıcolmalar-çox vaxt beyin qabığında olan hərəki zonanın müəyyən 
hissəsinin qıcıqlanması nəticəsində ola bilər (Cekson epilepsiyası) .
Qıcolmalar zamanı ilk yardım-xəstəni zədələnmələrdən qorumaq üçün rahat yerdə uzandırmaq, əl-
ayağını tutmağa çalışmaq, düymələri və kəmərini açmaq, ümumiyyətlə, xəstəni onu sıxan geyimlərdən 
azad etmək, dili dişləməsin deyə yan tərəfdən ağıza parçaya bükülmüş qaşığı dişlərin arasına qoymaq 
lazımdır.
Xəstəyə fenobarbital imaləsi, 10-15 dəqiqədən sonra xloral hidrat imaləsi olunmalıdır. Əzələ 
daxilinə 0,05%-li 2,0 ml seduksen, relanium, sibazon, 30 dəq. sonra isə heksenal-hər sağrıya 5,0 ml 
olmaqla cəmi 10 ml ə/d yeridilir. Bir qədər sonra 25%-li maqnezium sulfat məhlulu 10 ml ə/d vurulur. 
Qıcolmalar davam edərsə, 10 ml 10%-li kalsium xlor v/d, 10 ml 2,5%-li natrium oksibutirat 5%-li qlükoza 
ilə yeridilir. Ağrıkəsici-baralgin, tramal 2,0 ml ə/d, v/d yeridilir. Qıcolmadan sonra dərin yuxu 
mərhələsində xəstəni oyatmaq olmaz.


Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin