Üz əzələlərinin toniki qıcolmaları-hemispazm, paraspazm, trizm, görmənin toniki qıcolması
zamanı olur. Ətrafların, boyun və çiynin lokal toniki qıcolması tetaniyada, yerli tetanusda, miotoniyada və
s. ola bilər. Əl “ akuşer əli»şəklini alır. Lokal toniki qıcolmalarda əzələ yığılması adətən ağrılı olur. Qarın
əzələlərinin lokal toniki qıcolması-peritonit zamanı, həmçinin onurğa beyninin üzvi zədələnmələrində
olur, “taxta qarın»adlanır. Udma əzələlərinin ilkin qıcolması quduzluq zamanı müşahidə olunur. Bu
xəstəliyin ilkin mərhələsində olur, sonra isə yüksək temperatur fonunda yayılmış toniki və kloniki
qıcolmalar başlayır. Yemək borusunun toniki qıcolması-mənfi emosiya nəticəsində yemək borusunun bir
hissəsində ola bilər. Lokal kloniki qıcolmalar-çox vaxt beyin qabığında olan hərəki zonanın müəyyən
hissəsinin qıcıqlanması nəticəsində ola bilər (Cekson epilepsiyası) .
Qıcolmalar zamanı ilk yardım-xəstəni zədələnmələrdən qorumaq üçün rahat yerdə uzandırmaq, əl-
ayağını tutmağa çalışmaq, düymələri və kəmərini açmaq, ümumiyyətlə, xəstəni onu sıxan geyimlərdən
azad etmək, dili dişləməsin deyə yan tərəfdən ağıza parçaya bükülmüş qaşığı dişlərin arasına qoymaq
lazımdır.
Xəstəyə fenobarbital imaləsi, 10-15 dəqiqədən sonra xloral hidrat imaləsi olunmalıdır. Əzələ
daxilinə 0,05%-li 2,0 ml seduksen, relanium, sibazon, 30 dəq. sonra isə heksenal-hər sağrıya 5,0 ml
olmaqla cəmi 10 ml ə/d yeridilir. Bir qədər sonra 25%-li maqnezium sulfat məhlulu 10 ml ə/d vurulur.
Qıcolmalar davam edərsə, 10 ml 10%-li kalsium xlor v/d, 10 ml 2,5%-li natrium oksibutirat 5%-li qlükoza
ilə yeridilir. Ağrıkəsici-baralgin, tramal 2,0 ml ə/d, v/d yeridilir. Qıcolmadan sonra dərin yuxu
mərhələsində xəstəni oyatmaq olmaz.
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
Dostları ilə paylaş: |