111 MÖVZU 53 ZƏHƏRLƏNMƏLƏR. ĠLK TĠBBĠ YARDIM Orqanizmə kənardan daxil olan müxtəlif zəhərli maddələrin təsiri nəticəsində yaranan patoloji
vəziyyət ekzogen zəhərlənmədir. Zəhərlənməyə pis keyfiyyətli ərzaq, zəhərli bitkilər, ilan və həşərat
sancması, məişətdə və istehsalatda işlədilən kimyəvi maddələr, dərman preparatları və s səbəb ola bilər.
Zəhərli maddələr orqanizmə müxtəlif yollarla daxil olur:ağızdan (per oral), nəfəs yollarından
(inhalyasion), dəri örtüyündən (per kutan), inyeksiya ilə və s.
Zəhərli maddə xassəsindən, miqdarından və orqanizmə düşmə yolundan asılı olaraq müəyyən bir
nahiyəyə və ya bütün orqanizmə təsir edə bilər.
Kəski zəhərlənmə hallarında aĢağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: 1. Zəhərin orqanizmə daxil olması dayandırılır
2. Orqanizmdən zəhər mümkün qədər tez kənar edilir
3. Orqanizmdə qalan zəhər antidotlar vasitəsilə neytrallaşdırılır
4. Tənəffüs və ürək fəaliyyəti pozğunluğu ilə mübarizə aparılır
Qida toksikoinfeksiyası-kəskin infeksion xəstəliklərin böyük bir qrupudur. Bunlar salmonella,
kolibakteriyalar, bağırsaq çöpləri, stafilakokk və s. şərti patogen mikroorqanizmlərin törətdiyi
infeksiyalardır. Xəstəlik qida məhsulları ilə müxtəlif mikoorqanizmlərin orqanizmə daxil olması
nəticəsində əmələ gəlir. Qida toksikoinfeksiyası üçün qısa inkubasion dövr xarakterikdir. (2-14 saat)
Mədə-bağırsaq traktının hansı hissəsinin zədələnməsindən asılı olaraq kəskin qastrit, qastroenterit və
enterekolit şəklində keçə bilər.
Əlamətləri-kəskin başlayır, ümumi halsızlıq, üərkbulanma, qusma, qarında ağrı, hərarət 38-390 S,
bir qədər sonra ishal başlayır. Xəstə susuzluq hiss edir, dili quru olur, boz ərplə örtülür. Qarnı ağrılı olur,
qurultu eşidilir, qara ciyər və dalaq əllənir. Bu vəziyyət 2-5 gün davam edir. Çoxlu su itirmə olduqda
hərarət 350 S-yə enə bilər. Sifət avazımış, göyərmiş, dəri turqoru zəifləyir. Göz çuxura düşür, sidik ifrazı
azalır və ya heç olmur. Qanda yüksək leykositoz, asidoz və hipokaliemiya olur. Yardım-çoxlu soda (1 l
suya 2 çay qaş) məhlulu içirdilir və ya zəif marqans məhlulu ilə mədə yuyulduqdan sonra xəstəyə mütləq
isti çay verilir, kofein, kordiamin vurulur. Itirilən mayenin yerinə venaya damcı ilə duz məhlulları,
antibiotiklər, kortikosteroidlər, qanəvəzedicilər, ürək-damar preparatları təyin olunur.
Botulizm-zəhərlənmənin ağır formasıdır. Ət məhsulları, balıq, konservlər, bəzən bitki konservləri
ilə zəhərlənmə zamanı orqanizmə botulizm batsilləri daxil olur. Bunlar botulinus toksini ifraz edirlər.
Əlamətləri-3-24 saat inkubasiya dövrüdür. Ürəkbulanma, qusma, qarında ağrı, bəzən ishal olur,
hərarət azca yüksəlir. MSS zədələnir. Qısa oyanıqlıq süstlüklə əvəz olunur. Adinamiya olur. Ağızda
quruluq, udmanın pozulması, səs afonik olur, gözün üst qapağının sallanması (ptoz), göz bəbəklərinin
genəlməsi, aralarında fərq olması (anizokoriya), ikigörmə, çəpgözlülük, akkomodasiyanın pozğunluğu
müşahidə edilir. Xəstəlik ağır keçdikdə tənəffüs pozulur, təngnəfəslik əmələ gəlir; tənəffüsün dayanması
nəticəsində xəstə boğulub ölə bilər.