Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə130/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   126   127   128   129   130   131   132   133   ...   165
Tibb bacısının işi

Qaraciyər koması-komanın bilavasitə səbəbi qaraciyərin baryer funksiyasının pozulması 
nəticəsində orqanizmin öz metabolitləri ilə (ilk növbədə ammonyak) zəhərlənməsidir. Odur ki, xəstənin 
qida rasionundan heyvani zülallar çıxarılır, venaya qlükoza və bəzi aminturşular (metionin) yeridilir. 
Qaraciyərdə zülalların sintezini normallaşdıran qlükokortikoidlər və yanaşı infeksiyaların qarşısını almaq 
üçün antibiotiklər tətbiq edilir.
Uremik koma-ağır böyrək patologiyası səbəbindən orqanizmin endogen zəhərlənməsi nəticəsində 
inkişaf edir. Əsas səbəbi xroniki qlomerulonefrit və pielonefritdir. Böyrəkdən kənar səbəb kimi dərman 
maddələri ilə, sənaye zəhərləri ilə zəhərlənmə, şok vəziyyəti, fasiləsiz qusma və ishal, eyni qrupdan 
olmayan qan köçürməni göstərmək olar. Patoloji vəziyyətlər böyrəklərdə qan dövranını pozur, əvvəlcə 
oliqouriya sonra anuriya baş verir. Tədricən qanda sidik cövhəri, sidik turşusu və kreatinin miqdarı artır, 
asidoz yaranır. Simptomları:klinik əlamətlər tədricən inkişaf edir, halsızlıq, ümumi zəiflik, gündüz 
yuxululuq, gecə yuxusuzluq, yeməkdən imtina, ağızda acılıq və quruluq, yanğı hissi, ağızdan ammonyak 
qoxusu hiss olunur. Dəri siskin, solğun, quru olur, qaşınma izləri, qansızmalar müşahidə olunur. Bəzən 
aradabir psixomotor oyanıqlıq, sayıqlama və hallusinasiyalar da görülə bilər.
Komanın hansı səbəbdən baş verdiyini aydınlaşdırmaq üçün xəstənin qohumları və yaxınları ilə 
sorğu edilir. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi, hansı dərman və ya zəhərli maddə qəbul etdiyi 
aydınlaşdırılır. Bu mümkün olmadıqda xəstənin xarici görünüşünə əsasən diaqnoz qoymağa çalışırlar 
(laborator müayinələrin nəticəsini gözləyərkən vaxt itkisi olmasın deyə) . Məs., xəstənin nəfəsvermə 
zamanı buraxdığı havanın iyi diaqnostik əhəmiyyətə malikdir. Ammonyak iyi və ya sidik iyi uremik 
koma, aseton iyi diabetic koma, spirt iyi alkoqol koması üçün xarakterikdir. Dərinin rəngi uremiya, beyin 
damarlarının trombozu və anemiya koması zamanı solğun-sarı, alkoqol və beyin qansızması koması 
zamanı qızarmış olur. Çəhrayı dəri dəm qazı ilə zəhərlənmədə rast gəlinir. Qaraciyər komasinda dəri və 
selikli qişalar sarı rəngdə olur. Tərlə örtülmüş solğun dəri hipoqlikemik komada, qaşınma və çiban izləri 
olan quru dəri diabetic komada müşahidə olunur. Dəridə qaşınmadan sonra sıyrıntılara diabetik komadan 
başqa qaraciyər koması və uremik komada da rast gəlinir. Tənəffüs ritminin pozulması koma üçün 
səciyyəvidir. Diabet və qaraciyər komasında küylü tənəffüs, beyin komasında xırıltılı tənəffüs müşahidə 
olunur. Ətraflarda iflic və parezlərin olması, nitq və udma pozğunluğu beyin qan dövranının ciddi 
pozğunluğunu göstərir.
Təcili yardım: koma halında olan bütün xəstələr təcili xəstəxanaya çatdırılmalıdır. Xəstənin 
müayinəsinə və analizlərin cavabını gözləməyə vaxt sərf etmədən təxirəsalınmadan tibbi yardıma 
başlamaq lazımdır. Ilk növbədə xəstənin huşu özündədirsə içməyə isti, şirin çay verilir. Əgər hipoqlikemik 
komadırsa xəstənin vəziyyəti yüngülləşəcək, digər komadırsa, ziyan verməyəcək. Xəstənin qusması çox 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin