Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 107 KOMALAR HAQQINDA ANLAYIġ Koma ( yunanca-dərin yuxu ) -mərkəzi sinir sistemində kəskin ləngimə nəticəsində huşun itməsi,
reflector fəaliyyətin pozulması, tənəffüs, qan dövranı, maddələr mübadiləsinin dərin pozulmaları ilə
xarakterizə edilən ağır patoloji haldır. Komanın müxtəlif növlərinin öz etiologiyası və patogenezi vardır.
Lakin onların hamısının inkişafında beyin qabığı, qabığaltı nüvələr və beyin kötüuünün funksiyasının
pozulması rol oynayır ki, bunun da nəticəsində xəstə huşunu itirir.
Yaranma səbəbinə görə koma birincili, yəni nevrogen xəstəliklər zamanı sinir sisteminin birincili
olaraq zədələnməsi nəticəsində əmələ gələn və ikincili-daxili orqanların xəstəlikləri nəticəsində və
intoksikasiyalarda sinir sisteminin zədələnməsindən ola bilər. Nevroloji koma-apoplektik, epileptik, baş
beynin travmatik zədələnməsi (beyin silkələnməsi, baş beyin zədələnməsi və ya sıxılması) və beynin şiş
xəstəliklərində müşahidə olunur.
İkincili və ya daxili xəstəliklər nəticəsində beyin və sinir sisteminin zədələnməsi bir sıra
xəstəliklərdə ola bilər. Məs:şəkərli diabet zamanı (hiper və hipoqlikemik koma), xroniki qara ciyər
xəstəliklərində (qara ciyər koması), böyrək xəstəliklərində (uremik koma), mədəaltı vəzin ağır iltihabında,
tireotoksikozda, su-duz mübadiləsinin pozğunluğu ilə müşayiət olunan infeksion xəstəliklərdə
(xlorhidropenik koma), ekzogen zəhərlənmələrdə və s. koma baş verə bilər. Anamnestik məlumat olduqda
komatoz vəziyyətin diaqnostikası çətinlik törətmir. Lakin anamnez toplamaq mümkün deyilsə, bir sıra
fərqləndirici əlamətlərinə görə komanı differensasiya etmək lazımdır.
Komanın inkişaf etməsi ani (bir an ərzində), sürətli (bir neçə dəqiqədən bir neçə saata qədər) və
tədricən (bir neçə gün) ola bilər. Sürətli inkişaf insult, kəllə-beyin travmaları, anafilaktik şok, dərman
zəhərlənmələri, hipoqlikemik koma üçün səciyyəvidir. Tədricən inkişaf edən koma diabet, qaraciyər
koması, uremik koma və kimyəvi zəhərlənmələr üçün xasdır. Praktik cəhətdən komanı səciyyələndirmək
üçün prekoma və 4 ağırlıq dərəcəsi ayırd edilir.
Prekoma huşun bulanıqlaşması, yuxuculluq və ya psixomotor oyanıqlıq, hərəki koordinasiya
pozğunluğu ilə xarakterizə olunur. Bütün reflekslər saxlanılır.
Yüngül komada ağrı qıcığına reaksiya saxlanılır, əzələ zəifliyi, bəbəyin işığa qarşı zəif reaksiyası,
udmanın çətinləşməsi, tənəffüs və ürək fəaliyyətində cüzi pozğunluq müşahidə olunur.
Orta ağır komada xarici qıcıqlara reaksiya itir, bəbək işığa çox zəif reaksiya verir, udma və çanaq
orqanlarının funksiyası, tənəffüs və ürək fəaliyyəti pozulur,
Dərin komada bütün reflekslər itir, əzələlərdə atoniya, tənəffüs və ürək fəaliyyətinin kobud
pozğunluğu, sianoz, hipotermiya müşahidə olunur.
Hüdudi və ya terminal komada həyat fəaliyyəti yalnız süni tənəffüs və urəyin stimulyasiyası
hesabına davam etdirilir.