Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə125/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   121   122   123   124   125   126   127   128   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 104 
MÖVZU 50 
 
SĠDĠK-ĠFRAZAT SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNDƏ XƏSTƏLƏRĠ MÜġAHĠDƏ 
VƏ QULLUQ 
 
Kəskin böyrək xəstəliklərində və xroniki böyrək xəstəliklərinin kəskinləşmə dövründə xəstə mütləq 
xəstəxana şəraitində müalicə olunmalı, yataq rejiminə əməl etməlidir. Çünki, yataq rejimində xəstə az 
hərəkət edir, az enerji sərf edir, beləliklə, böyrəklərə az yük düşür. Bundan başqa bədənin üfüqi vəziyyəti 
və qızması böyrək damarlarının genişlənməsinə və qan dövranının artmasına kömək edir. Bunları tibb 
bacısı xəstəyə başa salmaqla, ona yataq rejiminə əməl etməyi tövsiyə etməlidir.
Sidik-ifrazat sistemi xəstəliklərində xəstələr ən çox bel nahiyəsində sancı şəklində ağrı, sidik 
sindromu, sidik ifrazınının pozulması, hipertoniya və ödemlərdən şikayət edir.
Böyrək sancısında ağrını götürmək və böyrəklərin qan dövranını yaxşılaşdırmaq üçün bel nahiyəsinə 
isitqac qoyur, xəstənin belinə yun şal sarıyırlar. Bunlardan başqa vaxt itirmədən əzələ daxilinə 1 ml 0,1%-
li atropin, 2ml 2%-li papaverin, 1ml 0,2%-li platifillin inyeksiya edir.
Böyrəkətrafı toxumaların novokain blokadası (xüsusilə oliqouriya və anuriya zamanı), bel 
nahiyəsinə diatermiya qoyulması da ağrıkəsici effekt verir. Tibb bacısı novokain blokadası aparan həkimə 
kömək edir, dərmanları və alətləri hazırlayır.
Bunlar da kömək etməsə pantopon, promedol, morfin-hidroxlorid kimi güclü narkotik analgetiklər 
istifadə olunur.
Pəhriz saxlamaq böyrək xəstəliklərində xüsusi əhəmiyyətə malikdir. Tibb bacısı xəstənin qida 
rejiminə ciddi nəzarət etməlidir. Böyük ödemlər və hipertoniyada xəstələr 1-3 gün tam ac və susuz 
saxlanır, yalnız v/d vitaminlər və qlükoza vurulur. Bəzən isə onlara yalnız meyvə şirəsi və qlükoza verilir. 
Adətən bu pəhriz ödemlərin və arterial təzyiqin azalmasına kömək edir. Sonra xəstələr tədricən yeməyə 
başlayır. Lkin, hisə verilmiş, duza və sirkəyə qoyulmuş, qızardılmış, acı yeməklər, xörək duzu pəhrizdən 
tamamilə çıxardılır.
Xəstənin qanında qalıq azotun miqdarı artıbsa və böyrəklərin azot ifrazı funksiyası pozulubsa qidada 
zülallar xeyli azaldılır, bəzən isə tamam çıxarılır. Sidikdə zülallar artdıqda (albuminuriya) isə, əksinə 
xəstəyə suda bişmiş ət, balıq, kəsmik verirlər, v/d plazma köçürürlər.
Böyrək xəstəliyi olan xəstələr daim diqqətli müşahidə altında olmalıdır. İlk baxışda əhəmiyyətsiz 
görünən əlamətlər çox ciddi ağırlaşmaların simptomları ola bilər. Buna görə bu əlamətlər tibb bacısının 
diqqətindən yayınmamalıdır. Dərinin quruluğu və qaşınması, iştahsızlıq, ürəkbulanma, qusma, şiddətli 
yanğı hissi böyrək çatmamazlığının əlamətləridir. Xəstələrin psixikasına da fikir verilməlidir. Çünki, 
xəstələr azotlu uremiyadan qabaq bikef, gündüz yuxulu, gecə yuxusuz olurlar, görmələri zəifləyir. Bu 
əlamətlərdən hər hansı birinə rast gəldikdə tibb bacısı dərhal həkimə bildirməlidir.
Çox vaxt böyrək xəstəliklərində xəstələrdə həmçinin ürək çatmamazlığı da inkişaf edir. Buna görə 
xəstələrin arterial təzyiqinə, nəbzinə, tənəffüs sayına nəzarət olunmalıdır. Ağır hallarda tibb bacısı təcili 
yardım kimi xəstədən qan almalı, vena daxilinə iynə vurmalı, mədəsini yumalı, təmizləyici imalə 
qoymalıdır. Bu proseduraları mükəmməl bilməli və düzgün icra etməlidir.
Adətən böyrək xəstəlikləri soyuqdəymələr və virus infeksiyalarından sonra kəskinləşir. Buna görə 
xroniki böyrək xəstəlikləri olan şəxslər soyuqdan qorunmalı, rütubətsiz, quru, isti şəraitdə yaşayıb-
işləməli, burun-udlaqda, ağız boşluğunda olan xroniki infeksiya ocaqlarını vaxtında müalicə 
etdirməlidirlər. Xəstələr vaxtaşırı sidik müayinə etdirməlidirlər.
Böyrək xəstəliklərinin ağır formasında bəzən beyin ödemi nəticəsində eklampsiya tutması baş verir. 
Xəstədə baş ağrısının şiddətlənməsi, psixikanın dəyişməsi, A/T-in yüksəlməsi, görmənin pozulması baş 
verdikdə təcili tədbirlər görmək lazımdır. Qıcolma baş verərsə dilin dişlər arasında qalıb yaralanmaması 
üçün dişlərin arasına tənzifə bükülmüş qaşıq və ya şpatel qoyulur. Təzyiqi aşağı salmaq və beyin ödemini 



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin