Yadda saxlamalı! Sidik kanalının travması nǝticǝsindǝ sidik ifrazının olmaması zamanı sidik
kisǝsinǝ kateter salmaq qadağandır. Xǝstǝlǝr tez xǝstǝxanaya çatdırılmalıdır.
Sidiyin miqdarının artmasına (sutkada 2 l-dǝn çox) poliuriya, 500 ml-dǝn az olmasına oliquriya, tam
olmamasına anuriya deyilir. Sidikdǝ qan (hematuriya) olduqda tez hǝkimǝ xǝbǝr vermǝk lazımdır. Bu
zaman sidik yuyulmuş ǝt suyunu xatırladır.
Sidiyin qeyri-adi ifrazı. Belǝ xǝstǝlǝr yataq rejimindǝ olarlarsa, onlara şüşǝ sidik qabı vermǝk
lazımdır. Dolmuş qabı vaxtında boşaltmaq, isti su ilǝ yaxalamaq, sutkada bir dǝfǝdǝn az olmayaraq kalium
permanqanat vǝ ya xlor mǝhlulu ilə işlǝmǝk lazımdır. Sidiyini saxlaya bilmǝyǝn xǝstǝlǝrdǝ yataq yaraları
tez ǝmǝlǝ gəldiyi üçün onların profilaktikası aparılmalıdır. Yataq ağları vǝ alt paltarları tez-tez
dǝyişdirilmǝlidir.
Sidik sindromu dedikdə proteinuriya, hematuriya, leykosituriya və silindruriyani özündə birləşdirən
klinik-laborator anlayış başa düşülür. Sidik sindromu sidik-ifrazat sistemi xəstəliklərinin ən çox rast
gəlinən əlamətidir.
Sidikdə zülal yumaqcıqlarda zülalın çox filtrasiyası, yaxud kanalcıqlarda geriyə az sorulması zamanı
müşahidə olunur. Bəzən sağlam insanlarda da ağır fiziki iş, qida ilə çoxlu zülal qəbulundan sonra
proteinuriya ola bilər. Böyrək xəstəliklərindən yumaqcıq və kanalcıq patologiyalarında proteinuriyaya rast
gəlinir.
Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
102
Hematuriya sidikdə qan olmasıdır. Mikrohematuriya-gözlə görünməyən, yalnız mikroskop altında
təyin olunan, makrohematuriya-gözlə görünən, sidiyin rəngini ət suyuna oxşadan hematuriyadır. Böyrək
toxumasının kəskin iltihabında, şiş və daş xəstəliklərində, zədələnmələrində bəzən kiçik laxtalar şəklində
hematuriya müşahidə olunur.
Silindruriya sidikdə böyrək kanalcıqlarının formasını almış zülal hissəciklərinin olmasıdır.
Silindrlərin tərkibində zülalla yanaşı hüceyrə hissələri-epitel, eritrosit, leykosit hissəcikləri olur.
Leykosituriya sidikdə leykositlərin olması böyrək ləyəni, sidik yolları, sidik kisəsi, prostat vəz
iltihabında, vərəm və daş xəstəliklərində rast gəlinir. Leykositlərin həddən çox ifrazı piuriya (sidikdə irin)
adlanır və iltihabi prosesin dərinliyini göstərir.
Ödemlər-səbəbi qanda zülalların azalması və böyrək kanalcıqlarında Na və suyun geriyə
sorulmasıdır. Böyrək xəstəliklərində ödemlər kəskin başlayır, əvvəlcə sifətdə əmələ gəlir, sonra gövdəyə
və ətraflara yayılır.
Böyrǝk xǝstǝliklǝri zamanı arterial hipertenziyaya da rast gǝlinir. Səbəbi böyrək daxilində qanın
hərəkətinin pozulması, böyrək toxumasının işemiyasıdır.
Böyrǝyin xroniki xǝstǝliklǝri zamanı uzun müddǝtli arterial hipertenziya güclü baş ağrıları ilə
müşayət olunur və xroniki qan dövranı çatmamazlığına gǝtirib çıxarır. Yüksǝk hipertenziya vǝ nǝzǝrǝ
çarpan ödemlǝr zamanı qǝbul edilǝn mayenin miqdarı azalır, yemǝklǝr isǝ duzsuz hazırlanır. Bununla
yanaşı zülalların miqdarı sutkada 45-50 qrama qǝdǝr azaldılır. Dövrü olaraq xǝstǝlǝrǝ pǝhriz günlǝri tǝyin
edilir. Böyrǝk çatmamazlığı inkişaf edǝrsǝ, qanda azot qalığının miqdarı artdığına görǝ (azotemiya)
zülalın miqdarı kǝskin azaldılır (normada qanda qalıq azotin miqdarı 14,3-28, 6 mmol/l-dir) . Xǝstǝyǝ
ǝtsiz vǝ balıqsız pǝhriz tǝyin edilir.
Əgǝr xǝstǝdǝ ödemlǝr vǝ hipertenziya yoxdursa, toksiki mǝhlulların orqanizmindǝn çıxması üçün
sutkada 2-3 l-ǝ qǝdǝr maye qǝbulu (mineral sular, şirǝlǝr) tǝyin edilir. Böyrǝk çatmamazlığının sonuncu
dövrü uremiyadır. Yadda saxlamaq lazımdır ki, uremiya zamanı toksiki mǝhsullar dǝri vǝ hǝzm sisteminin
selikli qişası ilǝ dǝ xaric olunur (dəridə güclü qaşınma, qusma və ishal müşahidə olunur) . Bunun üçün
tibb bacısı hǝr gün xǝstǝnin dǝrisini yaş salfetka ilǝ silmǝli, mǝdǝni zondla yumalı, tǝmizlǝyici imalǝ
etmǝlidir.
Lakin unutmaq olmaz ki, baş ağrısı, yüksək arterial təzyiqlə birlikdə olan ürəkbulanma və qusma
böyrək xəstəliklərində rast gəlinən beyin qan dövranı pozğunluğunda da rast gəlinə bilər.
|