Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə131/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   127   128   129   130   131   132   133   134   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 109 
təhlükəlidir. Çünki qusuntu kütləsi tənəffüs yollarına düşüb xəstənin boğulmasına səbəb ola bilər. ona 
görə xəstəyə yardım edərkən ehtiyatla uzadıb başını yana çevirmək lazımdır. Əgər xəstənin başında və ya 
bədənində hər hansı zədə varsa mütləq gələn həkim briqadasına bildirmək lazımdır. Ümumiyyətlə 
xəstənin vəziyyəti, hər hansı tibbi sənəd və ya məlumat həkimə bildirilməlidir.
Komatoz vəziyyətdə olan xəstələrə ilk yardım bir sıra tədbirləri nəzərdə tutur.
I-xəstəni reanimasiya şöbəsinə çatdırmaq; 
II-həyati vacib orqanların funksiyasını bərpa etmək və nəzarətdə saxlamaq. Bunun üçün tənəffüs yolları 
bəlğəm və qusuntu kütləsindən təmizlənir, ehtiyac varsa hava borusu taxılır, dil fiksasiya olunur, maska və 
ya intubasiya borusu ilə ağciyərlərə hava verilir və s. Arterial təzyiq düşübsə, v/d damcı ilə izotonik 
məhlul 1000-2000 ml, 5%-li qlükoza 1000 ml, dekstran 500 ml yeridilir. Təzyiq yüksəkdirsəv/d MgSO

məhlulu yeridilir. Dərmanların dozasını həkim təyin edir.
III-travmaya hər hansı şübhə olduqda xəstənin boynu xüsusi boyunluqla fiksasiya olunur.
IV-komatoz vəziyyətdə bütün dərmanlar parenteral yeridildiyinə görə xəstəyə v/d kateter qoyulur. Bu, 
istənilən dərmanı dərhal yeritməyə imkan verir. Çox vaxt xəstəyə sidik kateteri və mədə kateteri (zondu) 
də qoyulur (üç kateter qaydası) .
Komanın səbəbi aydın olduqda müvafiq xəstəliyə görə müalicə aparılır. Diabetik komada insulin, 
v/d NaHCO
3
, mayelər köçürülür. Hipoqlikemik komada v/d 40%-li qlükoza məhlulu yeridilir. Uremik 
komada əsas diqqət intoksikasiyanın azaldılmasına yönəldilir, v/d izotonik NaCl, qlükoza məhlulu 
yeridilir. Fasiləsiz qusma zamanı mədə yuyulur və 0,1%-li atropin məhlulu 0,5-1 ml d/a yeridilir 
Qaraciyər komasında qlükoza məhlulları, vitaminlər və hormonlar yeridilir. Birincili nevroloji komalar 
zamanı kəllə-beyin travması olduqda xəstəyə sakit şərait yaradıb başına soyuq qoymaq lazımdır. Ürək 
fəaliyyətini artırmaq üçün kofein, kamfora, kordiamin təyin edilir. Sinir oyanıqlığı olduqda 2,5%-li 
aminazin, tənəffüs pozğunluğunda lobelin 1%-li ə/d, dehidratasion müalicə tətbiq olunur. Hemorragik 
ensefalitlərdə v/d 10%-li 10 ml kalsi xlor, ə/d 1 ml vikasol, rutin təyin edilir. Epileptik komada 
dehidratasiya məqsədilə 25%-li maqnezium sulfat təyin olunur. Xlorhidropenik komada-v/d 10%-li natri 
xlor məhlulu 40 ml, d/a kofein, kordiamin yeridilir. Sonra v/d qlükoza, hemodez və s. yeridilir. 
Eklampsiya zamanı-v/d 40%-li 20 ml qlükoza, 25%-li maqnezium sulfat, sidikqovucular təyin edilir. 
Pankreatik komada-ağrıkəsicilər, kofein, kordiamin, v/d 20-50 min TV trisasol təyin edilir. İzotonik 
məhlul və 5%-li qlükoza təyin edilir.
Komanın proqnozu xəstəliyin səbəbindən və beyinin zədələnmə dərəcəsindən asılıdır. Dərin və 
terminal komanın proqnozu daha ağırdır.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin