Fənn: Tibb bacısının iĢi ġöbə: “Mamalıq iĢi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 106 MÖVZU 51 QICOLMALAR. KOMATOZ VƏZĠYYƏT HAQDA ANLAYIġ Qıcolmalar-tutmaşəkilli və ya daimi qeyri-iradi əzələ yığılmalarına deyilir. Bu bir və ya bir neçə
qrup əzələni əhatə edə bilər. Əhatə etdiyi əzələ qruplarına görə qıcomalar yayılmış və lokal olmaqla 2
qrupa bölünür. Bu yığılmalar qısa fasilələrlə və ya uzun müddət davam edə bilər. Qıcolmalar əzələ
yığılmalarının davamına görə də 2 cür olur:toniki və kloniki qıcolmalar.
Toniki qıcolmalar üçün əzələlərin yavaş-yavaş və uzun müddətə yığılması xarakterikdir. Kloniki
qıcolmalar zamanı isə əzələ qrupları tez-tez yığılıb açılır, sanki səyriyir. Yayılmış qıcolamalar toniki,
kloniki və toniki-kloniki ola bilər. Lokal qıcolmalar isə toniki və kloniki olur.
Qıcolmalar nevroloji, infeksion xəstəliklər zamanı, həmçinin zəhərlənmələrdə və su-duz
mübadiləsinin pozğunluğu zamanı daha çox müşahidə olunur. Yayılmış toniki qıcolmalar ayaqlarda,
əllərdə, boyun əzələlərində, üzdə, bəzən isə tənəffüs yollarında baş verə bilər. Bu zaman xəstənin əlləri
toniki qıcolma vəziyyətində olur və ya tam açılır, ayaqlar adətən dartılmış və gərgin, boyun arxaya
qatlanmış, qarın əzələləri gərgin olur, baş arxaya qatlanır, dişlər kilidləşir. Yayılmış toniki qıcolmalar-
epilepsiya xəstəliyində, quduzluq, tetanus xəstəliyində, beyin qan dövranının pozğunluqlarında, uşaqlarda
müxtəlif infeksion xəstəliklərdə və intoksikasiyalarda müşahidə edilir. Adətən bu xəstəliklərdə toniki
qıcolma kloniki qıcolmalardan əvvəl müşahidə edilir. Yayılmış kloniki qıcolmalar “ hərəkət burulğanı”nı
xatırladır. Əzələ qrupları tez-tez ritmiki olaraq yığılıb-açılır, sanki bədən çapalayır və ya əzələlər səyriyir.
Belə qıcolmalar epilepsiyada, eklampsiyada müşahidə olunur.
Uşaqlarda isə erkən yaşlarda neyroinfeksiyalar zamanı-meningit və ensefalitlərdə olur. Epilepsiyada
adətən kloniki qıcolmalar toniki qıcolmaları əvəz edir. Bəzən isə qıcolmanın yalnız bir forması müşahidə
olunur. Bu forma qıcolma subaraxnoidal qansızmanın birinci mərhələsində əsas klinik sindrom ola bilər.
Lokal toniki qıcolmalar üzün, ətrafların, boynun, çiyinlərin və daxili orqanların əzələlərində müşahidə
oluna bilər. Üz əzələlərinin toniki qıcolmaları-hemispazm, paraspazm, trizm, görmənin toniki qıcolması
zamanı olur. Ətrafların, boyun və çiynin lokal toniki qıcolması tetaniyada, yerli tetanusda, miotoniyada və
s. ola bilər. Əl “akuşer əli»şəklini alır. Lokal toniki qıcolmalarda əzələ yığılması adətən ağrılı olur. Qarın
əzələlərinin lokal toniki qıcolması-peritonit zamanı, həmçinin onurğa beyninin üzvi zədələnmələrində
olur, “taxta qarın»adlanır. Udma əzələlərinin qıcolması quduzluq zamanı müşahidə olunur. Bu, xəstəliyin
ilkin mərhələsində olur, sonra isə yüksək temperatur fonunda yayılmış toniki və kloniki qıcolmalar
başlayır. Yemək borusunun toniki qıcolması-mənfi emosiya nəticəsində yemək borusunun bir hissəsində
ola bilər.
Lokal kloniki qıcolmalar çox vaxt beyin qabığında olan hərəki zonanın müəyyən hissəsinin
qıcıqlanması nəticəsində ola bilər (Cekson epilepsiyası) .
Qıcolmalar zamanı ilk yardım-xəstəni zədələnmələrdən qorumaq üçün rahat yerdə uzandırmaq, əl-
ayağını tutmağa çalışmaq, düymələri və kəmərini açmaq, ümumiyyətlə, xəstəni onu sıxan geyimlərdən
azad etmək, dili dişləməsin deyə yan tərəfdən ağıza parçaya bükülmüş qaşığı dişlərin arasına qoymaq
lazımdır. Xəstəyə fenobarbital imaləsi, 10-15 dəqiqədən sonra xloral hidrat imaləsi olunmalıdır. Əzələ
daxilinə 0,05%-li 2 ml seduksen, relanium, sibazon, 30 dəq. sonra isə heksenal (hər sarğıya 5 ml olmaqla
cəmi 10 ml ə/d) yeridilir. Bir qədər sonra 25%-li maqnezium sulfat məhlulu 10 ml ə/daxili vurulur.
Qıcolmalar davam edərsə, 10ml 10%-li kalsi xlor v/d, 10 ml 2,5%-li natrium oksibutirat 5%-li
qlükoza ilə yeridilir. Ağrıkəsici-baralgin, tramal 2 ml ə/d və ya v/d yeridilir. Qıcolma tutmaları dövründə
xəstəni nəqliyyatla qospitalizə etmək olmaz. Qıcolmadan sonra dərin yuxu mərhələsində isə xəstəni
oyatmaq olmaz.