Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə126/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   122   123   124   125   126   127   128   129   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 105 
azaltmaq üçün v/d 300-400ml 40%-li qlükoza, ə/d 10-15 ml 25%-li MgSO

yeridilir. Tənəffüs mərkəzi 
tormozlanarsa 10 ml 10%-li CaCl

məhlulu v/d axınla yeridilir. Qıcolma baş verərsə v/d 1 ml 2,5%-li 
aminazin, d/a 1ml 1%-li morfin yeridilir, 50 ml 5%-li xloral-hidratla imalə olunur. Beyin ödemi ürək 
çatmamazlığı ilə müşayət olunarsa v/d strofantin, kor-qlükon, eufillin, laziks vurulur. Tədbirlər nəticə 
verməsə onurğa beyni punksiya edilərək 15-20 ml maye buraxılır.
Bütün bu tədbirlərlə yanaşı xəstəni lazımsız qıcıqlardan, parlaq işıq və səs-küydən qorumaq 
lazımdır. Bunlar xəstəni eklampsiya komasından qoruyur. 2-3 gün tam ac və susuz qalan xəstəyə tədricən 
şəkərli su, meyvələr, ödem və təzyiq azaldıqca isə duzsuz ağ çörək, yağ, xama, kartof, sıyıq, düyü verilir, 
C vitamini vurulur.
Xəstədə böyrək yumaqcıqlarının iltihabi (qlomerulonefrit) olduqda tibb bacısı xəstəni dərisinə, ürək-
damar sisteminin vəziyyətinə nəzarət etməli, sidik ifrazına diqqət yetirməli, sutkalıq diurezi ölçməlidir. 
Çünki belə xəstələrdə böyrək çatmamazlığı və azotemik uremiya (qanda qalıq azotun yüksəlməsi) baş 
verir. Xroniki nefritli əstələrin ölümünə səbəb də elə budur.
Zimnitski sınağında sidiyin xüsusi çəkisinin aşağı olması və bunun sidiyin ayrı-ayrı posiyalarında az 
fərqlənməsi gecələr sidiyin cox ifraz olunması-böyrək toxumasının zədələnməsini, yumaqcıqların 
birləşdirici toxuma ilə əvəz olunmasının göstərir. Belə olduqda zülaldan pəhriz saxlamaqla yanaşı 
dezintoksikasiya məqsədilə d/a və ya v/d damcı ilə 5%-li qlükoza, 0,85%-li NaCl məhlulu yeridilir. 
Bədəndə suyu saxlamaq üçün NaCl-un hipertonik məhlulu da yeridilir.
Ürəkbulanma və qusmanın qarşısını almaq üçün ə/d atropin, aminazin, v/d serukal məhlulu yeridilir. 
Qıcolmalarda v/d 10 ml 10%-li CaCl
2,
ə/d 10 ml 25%-li MgSO

yeridilir. Mədə-bağırsaq sistemindən ifraz 
olunan azotlu şlakları xaric etmək üçün mədəni bir neçə dəfə yuyur, təmizləyici imalə qoyurlar. İçilən 
suyu azaltmır, xörək duzunu isə sutkalıq 8 q-a qədər azldırlar. Bu tədbirləri vaxtında gördükdə uremik 
komanın qarşısı alınınr.
Xəstəliyin remissiya dövründə xəstəyə vitaminlərlə zəngin tamdəyərli qida verilir. Spirtli içkilər qəti 
qadağandır. Bu dövrdə başqa orqanlar tərəfindən əks-göstəriş yoxdursa xəstələr quru və isti iqlimli 
kurortlarda müalicəni davam etdirə bilərlər.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin