Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə122/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   118   119   120   121   122   123   124   125   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 101 
MÖVZU 48 
 
BÖYRƏK VƏ SĠDĠK-ĠFRAZAT SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNĠN ƏSAS 
SĠMPTOMLARI 
 
Böyrǝk vǝ sidikçıxarıcı yolların xǝstǝliklǝri zamanı ǝsas simptomlar aşağıdakılardır:ağrı, sidik 
ifrazının pozulması, bǝdǝn tempraturunun yüksǝlmǝsi, ödemlǝr, arterial hipertoniyanın ǝlamǝtlǝri.
Ağrılar ǝsasǝn bel nahiyǝsindǝ vǝ sidik axarları boyunca olur. Xarakterinǝ görǝ küt, kǝskin vǝ tutma 
şǝkilli ola bilǝr. Ağrının şiddəti çox olarsa qarının aşağı və yan hissələrinə də yayıla bilər. Böyük praktik 
əhəmiyyətə malik “böyrək sancısıdır”. Sancı böyrək nahiyəsində birdən-birə vəya tədricən başlayıb 
getdikcə kəskinləşən, şiddətlənən ağrıdır. Yalnız bel nahiyəsində deyil, qarın, qasıq, bud və cinsiyyət 
orqanlarına da yayılır. Ağrılar qarın nahiyəsinə yayılaraq xəstədə ürəkbulanma, köpmə və qusma törədir. 
Bunun səbəbi ağrı qıcığının “günəş“ kələfinə və aortaətrafı sinir kələfinə yayılmasıdır. Böyrək sancısının 
baş verməsinə böyrək daşı, böyrək sallanması, vərəmi, şişləri, pielonefrit, bəzən allergiya və s. səbəb ola 
bilər. Böyrək və böyrəkətrafı toxumalarda irinli proses olduqda ağrılar daimi olur və müvafiq tərəfdə əzələ 
gərginliyi hiss edilir.
Sidik ifrazının pozulması (dizuriya) müxtəlif cür ola bilǝr:sidik ifrazının tez-tez olması (pollakiruya) 
sidik kisəsinin müxtəlif xəstəliklərində, çǝtinlǝşmiş sidik ifrazı (stranguriya) prostat vəz xəstəliklərində, 
gecələr sidik ifrazının artması (nikturiya) ürək çatmamazlığı və böyrək damarlarının patologiyasında, 
siyimənin birdən-birə dayanması (işuriya) sidikkanalının daşla tutulması və prostat şişlərində rast gəlinir.
Yadda saxlamaq lazımdır ki, sağlam adam gündǝ 4-7 dǝfǝ sidik ifraz edir. Hǝr porsiyada 200-300 ml 
sidik olur. Tez-tez sidik ifrazı fizioloji dǝ ola bilǝr:emosional gǝrginlik, çoxlu maye qǝbulu zamanı. 
Çǝtinlǝşmiş sidik ifrazı ǝsasǝn kişilǝrdǝ prostat vǝzinin adenoması vǝ xǝrçǝngi zamanı rast gǝlinir. Bu 
zaman sidik kisǝsinin boşalması mümkün olmur. Xǝstǝdǝ ǝzabverici tenezmlǝr vǝ sidik kisǝsi nahiyǝsindǝ 
güclü ağrılar baş verir. Sidik ifrazının kǝskin olmaması cǝrrahi ǝmǝliyyat vǝ doğuşdan sonra baş verə 
bilər. Bu xǝstǝnin horizontal vǝziyyǝtdǝ vǝ kǝnar adamların olması ilǝ ǝlaqǝdardır . Bǝzǝn xǝstǝni 
(hǝkimin icazǝsi ilǝ) vertikal vǝziyyǝtǝ gǝtirmǝk kifayǝt edir.
Sidik ifrazının daşla tutulması nǝticǝsindǝ olmaması zamanı isti vanna, spazmolitik dǝrmanlardan 
(2%-li 2-4 ml no-şpa, 2-3 ml 5%-li baralgin) istifadǝ edilir.

Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin