Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə121/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   165
Tibb bacısının işi

Fənn: Tibb bacısının iĢi 
 
ġöbə: “Mamalıq iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 100 
Peritonit-periton qiĢasının iltihabı -peritonit əsasən qarın boĢluğu orqanlarının kəskin cərrahi
xəstəlikləri, onların travmatik zədələnmələri və qarın boĢluğunda icra edilmiĢ cərrahi 
operasiyaların ağırlaĢmaları kimi meydana çıxır. Simptomları-peritonitin inkiĢafında 3 mərhələ 
ayırd edilir: 
1. Peritonitin reaktiv mərhələsində xəstələr qarında ilkin iltihabi prosesə cəlb olunmuş orqanın 
yerləşməsinə uyğun sahədə baş vermiş şiddətli ağrılardan şikayətlənirlər. Xəstənin ayaqlarını qarına 
bükərək, sakit və tərpənmədən uzanmaları periton qişasının gərginliyini aradan qaldırır, ağrını nisbətən 
azaldır. Bu mərhələdə nəbz 100-110 vurğuya qədər tezləşir, temperatur yüksəlir, dili quruyur, mədə 
bulanması, bəzən qusma olur. Vizual olaraq qarının az da olsa köpməsi, iltihabi prosesə uyğun olan 
sahənin tənəffüs aktında iştirak etməməsi, perkussiyada həmin sahənin ağrılı olması aşkar edilir. 
Palpasiyada qarın divarı iltihaba uğramış sahədə gərginləşir. Şötkin-Blümberq simptomu müsbət olur.
2. Peritonitin toksiki mərhələsində qarında olan ağrıların intensivliyi nisbətən azalır, xəstədə ürəkbulanma, 
təkrari qusma, taxikardiya, hipotoniya, qarnın köpməsi, paralitik bağırsaq keçməməzliyi əlamətləri, 
temperaturun 38-39
0
C-yə qədər yüksəlməsi, təngnəfəslik və s. müşahidə olunur. Şötkin-Plümberq 
simptomu qarnın çox hissəsində müsbət olursa da I mərhələyə görə intensivliyi nisbə-tən zəifləyir.
3. Peritonitin terminal mərhələsində orqanizmin dərin zəhərlənməsi və MSS-nin pozulmaları müşahidə 
olunur. Xəstələrdə adinamiya, huşun pozulması və sayıqlama və s. əlamətlər təsadüf edilir. Tez-tez mədə 
və bağırsaq möhtəviyyatı ilə qusma, qarnın hədsiz köpməsi, qarnın bütün sahəsinin palpasiyada ağrılı 
olması, bağırsaq peristaltikası küyünün olmaması, taxikardiya, hipotoniya, tənəffüsün tezləşməsi və səthi 
olması kimi əlamətlər xəstənin vəziyyətinin ağırlığını göstərir. Xəstələrin üzündə qorxu ifadəsi olur
dərinin rəngi avazıyıb göyümtül şəkil alır, gözləri çuxura düşür, “qarın sifəti” və ya “Hippokrat sifəti” adı 
ilə bəlli olan üzün klassik ifadəsi meydana çıxır. Təxirəsalınmaz yardım-xəstə təcili olaraq cərrahi şöbəyə 
qospitalizə olunmalıdır. Daşınma vaxtı xəstəyə ağrıkəsicilər və narkotik analgetiklər yeritmək qəti 
qadağandır. Qarın nahiyəsinə yerli olaraq buz qovuğu qoyula bilər.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin