Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Mədə qanaxmasının müalicəsi necə aparılır?



Yüklə 1,86 Mb.
Pdf görüntüsü
səhifə120/165
tarix06.12.2022
ölçüsü1,86 Mb.
#72719
növüMühazirə
1   ...   116   117   118   119   120   121   122   123   ...   165
Tibb bacısının işi

Mədə qanaxmasının müalicəsi necə aparılır? 
Mədə-bağırsaq qanaxmaları olan xəstələr dərhal cərrahi stasionara qospitalizasiya olunur. 
Müalicə qanaxmanın səbəbindən asılı olaraq, əsasən aĢağıdakı istiqamətə yönəldilməlidir: 
1. Qanaxmanın mənbəyini yox etmək (cərrahi yolla və ya endoskopiya ilə)
2. Hemostatik maddələr qəbul etməklə qanaxmanı dayandırmaq.
3. İtirilmiş qanın yerini bərpa etmək:eyni qrup qanı və ya qanəvəzedici köçürmək 
4. Şok və ya kollapsla mübarizə etmək, bunun üçün damar tonusunu qaldıran, ürəyin fəaliyyətini 
yaxşılaşdıran dərmanlardan istifadə edilir 
Qanaxmaların müalicəsində ümumi prinsiplərə soyuq proseduralar aiddir.
Mədə-bağırsaq qanaxmalarında epiqastral nahiyəyə buz qovuğu qoyulması (tez-tez dəyişdirilmək 
şəraitində) daxilə buz verilməsi əhəmiyyətlidir.
Qanaxması yüngül olan xəstələrə turşu tənzimləyici dərmanlarla birlikdə uyğun pəhriz 
proqramları tətbiq olunur. Suda bişmiş kartof, süd, sıyıqlar, unlu xörəklər kimi yüngül və yumşaq 
qidaların qəbul edilməsi yararlıdır. Lif baxımından zəngin qidaların yeyilməsi, qanaxması olan xəstələrə 
tövsiyə edilmir.  
 
KƏSKĠN QARIN SINDROMU ZAMANI TƏXĠRƏSALINMAZ YARDIM 
 
Kəskin qarın-qarın boşluğu orqanlarının zədələnmələri və kəskin cərrahi xəstəlikləri zamanı inkişaf 
edən kliniki simptomokompleksdir. Bu termin ən çox kəskin cərrahi xəstəliklərə dəqiq diaqnoz qoymaq 
mümkün olmadıqda istifadə olunur. Kəskin qarın xəstəlikləri qrupuna aiddir:qarın boşluğu orqanlarının 
zədələnməsi, iltihabi xəstəliklər, eləcə də peritonit, qarın boşluğu orqanlarının deşilməsi, qarın boşluğuna 
daxili qanaxmalar, eləcə də periton boşluğuna qanaxmalar (uşaqlıqdankənar hamiləliyin pozulması), 
bağırsaq keçməməzliyi, cinsiyyət orqanlarının xəstəlikləri (uşaqlıq artımlarının iltihabı, yumurtalıqdakı 
kista və şişlər) və s. Simptomlar-“kəskin qarın”ın ən başlıca əlaməti qəflətən meydana çıxan bütün qarın 
boyu yayılmış, lokal, daimi və ya tutmaşəkilli ağrılardır. Ağrı kəskin olub şokla müşayiət oluna bilər. 
Digər simptom ürəkbulanma və qusma olub, xəstəliyin ilk saatlarında meydana çıxır. Stulun ləngiməsi və 
bağırsaq qazlarının xaric olmaması adətən mexaniki və ya dinamiki bağırsaq keçməməzliyi ilə 
əlaqədardır. Çox az hallarda isə duru stul olur (məsələn, bağırsaq invaginasiyası zamamı) . Palpasiya 
zamanı qarın boşluğu əzələlərinin məhdud və ya yayılmış gərginliyi, müsbət Şotkin-Plümberq simptomu 
aşkar edilir. Qarın divarının punksiyası qaraciyər kütlüyünün itməsinə, eləcə də qarın boşluğunda mayenin 
olmasını aşkarlamağa imkan verir. Təxirəsalınmaz yardım-xəstələr təcili olaraq qospitalizə olunmalıdır. 
Qospitalizasiyaya qədər xəstəyə ağrıkəsici və narkotik maddələrin, antibiotiklərin tətbiqi, işlədicilərin 
təyini, imalə qoyulması qəti qadağandır. Şok əlamətlərinin olması zamanı əzələ daxilinə ürək və tənəffüs 
analeptikləri (2,0 ml 10%-li kofein, 2,0 ml kordiamin), daha ağır hallarda isə vena daxilinə damcı ilə 400 
ml poliqlükin yeridilir.



Yüklə 1,86 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin