Fənn: Tibb bacısının iĢi
ġöbə: “Mamalıq iĢi”
2 nömrəli Bakı Baza Tibb Kolleci
98
MÖVZU 47
HƏZM SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNDƏ TƏXĠRƏSALINMAZ
VƏZĠYYƏTLƏR BAĞIRSAQ KEÇMƏMƏZLĠYĠ SĠNDROMU.
TĠBB BACISININ TAKTĠKASI
Kəskin bağırsaq keçməməzliyi törənmə xüsusiyyətinə görə 2 böyük qrupa bölünür:mexaniki və
dinamiki keçməməzlik. Mexaniki keçməməzliyə:a) obturasion keçməməzlik; b) stranqulyasion
keçməməzlik; v) qarışıq forma keçməməzlik aiddir. Dinamiki keçməməzliyə:a) spastiki; b) paralitik
keçməməzlik aiddir.
ĠnkiĢaf səbəbləri-boğulmuş yırtıqlar, bağırsağın invaginasiyası, şişlər, qurd kisələri, öd daşları və s.
Simptomları-əsas əlaməti qarında ağrı, qusma, nəcis və qazların xaric olunmamasıdır. Xəstələr
narahat görünür. Dəri və görünən selikli qişalar solğundur. A/T enir. Bədən temperaturu norma daxilində
və ya bir qədər aşağı olur. Əsas əlamətlərdən biri də qarnın köpməsidir. Obturasion keçməməzlikdə qarın
simmetrik şəkildə köpür, stranqulyasion keçməməzlikdə isə birtərəfli köpmə müşahidə edilir. Bağırsaq
keçməməzliyində ön qarın divarından bağırsaq peristaltikası görünür, qarın divarı dalğa şəklində məhdud
sahədə qabarır və enir. Bu zaman ağrılar güclənir. Palpasiyada qarında yayılmış ağrılılıq hiss edilir.
Palpasiya vasitəsilə bəzən şiş, nəcis daşları və s. əllənir. Ön qarın divarını perkussiya etdikdə timpanik səs,
şiş nahiyəsində, qarnın maye yığılmış aşağı şöbələrində kütlük ayırd edilir. Auskultasiyada müxtəlif səslər
eşidilir. Erkən dövrlərdə güclənmiş peristaltika küyləri eşidilir. Sonralar peristaltikanın zəifləməsi və
tamamilə itməsi
ilə əlaqədar küy eşidilmir, xəstənin vəziyyətinin dəyişdirilməsi ilə törənən damcı
düşməsi, maye yerdəyişməsi səsi hiss edilir.
Peritonit dövründə bağırsaqlarda iflic baş verdikdə qarın boşluğunda “ ölü sükut»qeyd edilir. Düz
bağırsağın barmaqla müayinəsi diaqnostikada böyük əhəmiyyət kəsb edir. Bu zaman düz bağırsaqda şiş,
nəcis daşı və s. aşkar oluna bilər. Təcili yardım-bağırsaq keçməməzliyinə şübhə olan hallarda xəstə təcili
olaraq cərrahi şöbəyə qospitalizə olunmalıdır.
Dostları ilə paylaş: