Profilaktika-Kvinke ödeminin profilaktikası belə xəstələrə dərman maddələrinin kiçik sınaqlarının
qoyulmasından ibarətdir. Buraya Kvinke ödemini törədən qida məhsullarının müəyyən edilməsi və
rasiondan çıxarılması da aiddir.
Anafilaktik Ģok Səbəbi-vaksin, zərdab, dərman maddələri, qida məhsulları, rentgenokontrast
maddələrin yeridilməsi, gəmiricilərin dişləməsi və s. Simptomları-əlamətləri müxtəlifdir. Bir sıra
xəstələrdə ani olaraq inkişaf edir və xəstə huşunu itirir. Əksər xəstələrdə isə əvvəlcə zəiflik, döş qəfəsində
sıxıntı hissiyyatı, baş gicəllənmə, baş ağrısı, bədəndə hərarət hissiyyatından şikayətlənir. Eyni zamanda
boğulma, ölüm qorxusu, görmənin pozulması, kəskin dəri qaşınması olur. Xəstə stul və sidik ifrazına
meyllik, ürəkbulanma, qusma, qarında ağrı olduğunu qeyd edir. Nəhayət, xəstə huşunu itirir. Xəstəyə
baxış zamanı soyuq tər, bəbəyin genəlməsi, qıcolmalar, ağızdan köpük, dəri örtüyünün sianozu və ya
kəskin hiperemiyası diqqəti cəlb edir. Nəbz sapvari, tezləşmiş olur, A/T enir.
Ağır hallarda kollaps baş verir. Ağır kollaps huşun itməsilə birgə davam edə bilər, bəzən də komatoz
hal inkişaf edir. Belə hallarda şokun başlanmasından bir neçə dəqiqə sonra ölüm baş verə bilər Bəzən şok
inyeksiyadan 20-40 dəq. sonra da inkişaf edə bilər.
Təxirəsalınmaz yardım: 1. Venoz qan cərəyanını blokada etmək üçün inyeksiya yerindən yuxarı ətrafa jqut qoyulur;
2. Dəri altına 0,5 ml 0,1%-li adrenalin məhlulu yeridilir. Əgər təzyiq 100 mm civə sütunundan aşağıdırsa,
onda 0,5 ml 0,1%-li adrenalin 20,0 ml izotonik NaCL məhlulu ilə vena daxilinə yeridilir;
3. Xəstəyə oksigen verilir. Belə ki, A/T enən zaman və qırtlağın ödemi zamanı orqanizmdə oksigen
çatmamazlığı olur, bu da ürəkdə keçiriciliyin kobud pozğunluğuna gətirib çıxara bilər;
4. Xəstəyə kortikosteroidlər və antihistamin preparatlar vurulur:prednizalon 75 mq, hidrokortizon 100-300
mq, pipolfen, suprastin, dimedrol və s. ;