Mühazirə Mövzu: Sertifikasiyanın mahiyyəti və məzmunu. Plan əsas terminlər və anlayışlar



Yüklə 0,58 Mb.
səhifə5/6
tarix05.05.2017
ölçüsü0,58 Mb.
#16586
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 12.

Mövzu: Sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans və beynəlxalq akkreditasiya sistemləri.

PLAN

  1. Sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans

  2. İLAK-ın əsas fəaliyyət istiqaməti və nəşrləri

  3. EMSBS-in akkreditasiya sistemi

  4. Avropada akkreditasiya üzrə regional təşkilat


Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Keçən əsrin 70-ci illərinin ortalarından başlayaraq müxtəlif ölkələrdə sınaq laboratoriyalarının akkreditasiya sistemləri yaradılmağa başladı. 1977-ci ildə ilk dəfə sınaq laboratoriyalarının akkreditasiyası üzrə beynəlxalq konfrans ILAK (International Laboratory Accreditation (conference) çağırılmışdır. O təşkilat formasında olmamış və məqsədi prosedurun hüquqi və texniki aspektləri üzrə təcrübə mübadiləsi olmuşdur.

Mahiyyətcə ILAK təşkilat deyil, beynəlxalq forumdur.

Konfransın hər il keçirilməsi qərarının qəbul edilməsi üçün əsas motiv TTBM/BTT-nin ticarətdə texnikit maneələr üzrə müqavilə və sertifikasiyanın, sınaqların nəticələrinin və akkreditasiya sistemlərinin beynəlxalq miqyasda qarşılıqlı tanınmaların vacibliyi olmuşdur. İLAK-ın praktiki fəaliyyəti iki və çox tərəflilik əsasında sınaqların nəticələrinin və akkreditasiya sistemlərinin qarşılıqlı tanınmasının hüquqi və inzibati aspektlərinin öyrənilməsindən; sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemlərinin və sınaqların nəticələrinin tanınmasının milli qaydalarının beynəlxalq məlumat kitabının hazırlanmasından, sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemlərinin yaradılmasının effektivliyinin öyrənilməsindən başlanmışdır. Qarşılıqlı tanınma haqqında müqavilələrin bağlanmasına maneə olan hüquqi və inzibati fərqləri öyrənərək və son dərəcə dəqiq analitik iş apararaq, İLAK-ın ekspertləri praktikada dövlətlər arasında iki tip müqavilələrin mövcud olduğunu müəyyən etmişdir:


  • laboratoriyaların akkreditasiyası aparılmadan sınaq protokollarının və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə;

  • sınaq laboratoriyalarının akkreditasiyasının milli sistemləri və sertifikatların qarşılıqlı tanınması üzrə müqavilə;

İLAK-ın və BMT-nin AIK-nin sonrakı birgə işi qarşılıqlı tanınma üzrə mümkün beynəlxalq müqavilələri daha dəqiq sinifləşdirməyə və onları aşağıdakı dörd qrupa bölməyə imkan yaratdı:

  • milli akkreditasiya sistemlərinin qarşılıqlı tanınması (məsələn, Kanadanın standartlaşdırma üzrə assosiasiya ilə Yaponiyanın elektrotexniki sınaq laboratoriyaları arasındakı ikitərəfli müqavilə);

  • sınaqların nəticələrinin, bir qayda olaraq, hökumətlərarası səviyyədə tanınması (məsələn, təsdiq olunmuş yüksək təzyiqli boru nümunələrinin qarşılıqlı tanınması haqqında AB-nin üzv ölkələri arasında müqavilə);

  • qeyri-hökumət təşkilatlarının yaratdığı beynəlxalq (regional) sertifikasiya sistemlərində iştirak (EMSBS sistemi);

  • qarşılıqlı anlaşma haqqında memorandum. Bir sıra hallarda memorandum bir neçə il fəaliyyət göstərir və qarşılıqlı tanınma ilə bağlı bir sıra məsələlərin həlli üçün şərait yaradır (məsələn, keyfiyyətə nəzarətin nəticələrinin tanınması, partnyora qarşılıqlı razılaşdırılmış məsələlər üzrə informasiyanın verilməsi və s.)

İLAK-ın əsas fəaliyyət istiqaməti-sınaq laboratoriyalarının akkreditasiya sistemlərinin qarşılıqlı tanınması haqqında iki və çoxtərəfli müqavilələri bağlamaq yolu ilə akkreditasiya olunmuş laboratoriyaların apardığı sınaqların nəticələrinin tanınmasına kömək etməkdir.

İLAK həm laboratoriyaların akkreditasiyası məsələləri və qarşılıqlı tanınma haqqında müqavilələr üzrə və həmçinin özfəaliyyəti haqqında maraqlı tərəflərin informasiya təminində böyük rol oynayır. İLAK aşağıdakı materialları nəşr edir:



  • milli akkreditasiya sistemlərinin və sınaq laboratoriyalarının sorğu kitabçasını;

  • akkreditasiya üzrə ədəbiyyatın biblioqrafik sorğu kitabçasını;

  • akkreditasiyanın müxtəlif problemlərini öyrənən işçi və xüsusi qrupların hesabatlarını.

İLAK-ın fəaliyyəti haqqında materiallar ardıcıl olaraq Beynəlxalq ölçülər və çəkilər təşkilatının (BÖÇT) nəşr etdiyi, «Metrologiya» jurnalında çap olunur. Sorğu kitabçasından İLAK, sertifikasiya üzrə mütəxəssislər üçün «İllik» nəşr edir. «İllikdə» xüsusi informasiyadan başqa akkreditasiya üzrə orqanların rəsmi nümayəndələri haqqında məlumatlar verilir ki, onlara da məsləhətlər üçün müraciət etmək olar. İLAK-ın üzvü olan bütün ölkələrin fəaliyyəti haqqında ətraflı informasiya, dörd hissədən ibarət olan Sorğu kitabçasında nəşr olunur:

  • «qoyulmuş meyarları təmin edən laboratoriyaların akkreditasiyası üzrə orqanlar»;

  • «laboratoriyaların bəyənilməsinin digər sistemləri»;

  • «beynəlxalq sistemlər»;

  • «təklif olunan sistemlərin layihələri»;

Geniş informasiya işindən, İLAK qarşılıqlı tanınma haqqında müqavilələrin bağlanması üzrə məsləhətlər və milli akkreditasiya sistemlərinin qarşılıqlı tanınması haqqında tipik beynəlxalq müqaviləyə tələblərə məsləhətlər işləyir.

Sınaq laboratoriyalarının akkreditasiyası üzrə orqanlar səviyyəsində müqavilələrin bağlanmasında İLAK-ın fəaliyyəti böyük praktiki rol oynayır. İLAK-ın nəşrləri aşağıdakı növ müqavilələri müəyyən edir:



  • «maraqlı tərəfin» xarici laboratoriyanı tanıması;

  • üçüncü tərəfin xarici laboratoriyanı tanıması;

  • sınaqların nəticələrinin qarşılıqlı tanınması haqqında laboratoriyalar arasında müqavilə;

  • xarici laboratoriya tərəfindən sınaqlar haqqında informasiyanın sözsüz tanınması;

  • iki bölgənin akkreditasiya üzrə orqanları arasında qarşılıqlı tanınma haqqında müqavilə.

Sınaqların nəticələrinin qarşılıqlı tanınması üçün laboratoriyaların akkreditasiya meyarlarının və akkreditasiya prosedurunun harmonizasiyası lazımdır ki, bu da İLAK-ın daha bir mühüm məsələsidir. Bu istiqamətdə İLAK ISO, BEK, BMTAIK, Qanunverici metrologiyanın beynəlxalq təşkilatı (QMBT) ilə sıx işçi əlaqələri saxlayır. İLAK-ın fəaliyyətinin AB-nin EN 45000 Avropa standartlarının qəbul edilməsinə xeyli təsiri olmuşdur. EN standartları akkreditasiya olunan sınaq laboratoriyalarına, akkrkditasiya və sertifikasiya orqanlarına tələblər qoyur.

ISO/BEK ilə birlikdə, sınaq laboratoriyalarının qiymətləndirilməsinin və akkreditasiyasının müxtəlif aspektlərinə aid, ISO/BEK-in 25, 38, 54 və 55-ci rəhbəredici sənədlərinə yenidən baxılmış və əlavələr edilmişdir.

Aşağıdakı komitələr İLAK-ın işçi orqanları hesab edilir: konfransların keçirilməsi üzrə; akkreditasiya praktikası üzrə; laboratoriyaların praktiki işi üzrə; redaksiya komitəsi.

İLAK-ın təşəbbüs ilə ISO/BEK-in beş rəhbəredici sənədi işlənmişdir. Bu sənədlər sınaq laboratoriyalarının akkreditasiyası üçün razılaşdırılmış beynəlxalq meyarların işlənməsi üçün kompleks sorğu və metodik materialları əks etdirir.

İLAK beynəlxalq və regional akkreditasiya sistemlərini yaratmaq üçün aşağıdakı qaydada hərəkət etməyi məsləhət görür:

İlk növbədə sınaqların nəticələrinin akkreditasiyası üzrə orqanlar, laboratoriyalar, yaxud hökumətlər səviyyəsində tanınması üçün ikitərəfli müqavilələrin bağlanması; sonra milli sistemdə xarici laboratoriyanın akkreditasiyası və sonda akkreditasiya sistemlərinin ikitərəflilik və çoxtərəflilik əsasında qarşılıqlı tanınması. Son mərhələ-beynəlxalq akkreditasiya sistemlərinin yaradılmasıdır.

Ən nüfuzlu beynəlxalq akkreditasiya sistemləri aşağıdakılardır:

EMSBS-in akkreditasiya sistemi-elektron komponentlərin sınaqları ilə məşğul olan laboratoriyaların akkreditasiyasını aparır. Sınaqdan keçirilən komponentin tətbiq sahəsindən asılı olaraq elektrik, mexaniki, mexaniki və digər sınaq növlərini yerinə yetirir.



  • Sürtgü yağları, toxumlar və yağlar üzrə assosiasiyaların federasiyası (FOCFA INternational)-beynəlxalq ticarətin iştirakçıları olan təşkilatların sifarişlərinə görə verilmiş məhsulların analitik tədqiqatlarını yerinə yetirən laboratoriyaların attestasiyasını aparır. Laboratoriyalar kimyəvi, bioloji və digər sınaqlar aparır.

  • Toxuma yun (Interwoollbs) məmulatlar üzrə beynəlxalq təşkilat-yunu bütün dünya üçün infikasiyalaşdırılmış meyarlara uyğunluğuna yoxlayan laboratoriyaları akkreditasiya edir.

Gəminin Lloyd Registri-materialların sınaqları və dağıdılmayan nəzarəti aparan laboratoriyaları attestasiya edir. Sınaq obyektləri aşağıdakılardır: polad lövhələr, yayma məhsulları, tirlər, örtüklər, boru kəmərləri, polad tökmə məmulatları, alüminium və mis ərintilərindən hazırlanmış məmulatlar, lovbər zəncirləri, məftilli kanatlar və s. Yoxlamanın əsas növü radioqrafiya üsulu ilə aparılan dağıdılmadan aparılan nəzarətdir.

Avropada akkreditasiya üzrə iki regional təşkilat fəaliyyət göstərir:



  • məhsulların, keyfiyyət sistemlərinin və heyətin sertifikasiyası üzrə orqanların akkreditasiyasına görə Avropa əməkdaşlığı (MAAƏ) (EAS);

  • sınaq və kalibrləyici laboratoriyaların və həmçinin heyətin təlimatlandırılması üzrə orqanların və nəzarətedici təşkilatların akkreditasiyası üzrə Avropa əməkdaşlığı (LAAƏ). Bu təşkilatların ümumi məqsədi-akkreditasiya etdiyi sertifikasiya orqanları tərəfindən verilən sertifikatlara bazarın etibar etməsinə kömək etməkdir. LAAƏ və MAAƏ-in fəaliyyəti EN 45000 Avropa standartlarının qaydalarına və prosedurlarına əsaslanır ki, bu da sınaqların nəticələrinin və sertifikasiyanın qarşılıqlı tanınması üçün şəraitin yaradılmasına kömək edir.



Mühazirə 13.

Mövzu: Avropa Birliyində (AB) sertifikasiya.

PLAN

  1. Uyğunluğun qiymətləndirilməsi üzrə AB-nin siyasəti

  2. AB-də Qlobal konsepsiya

  3. Layihələndirmə və istehsal mərhələləri


Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Uyğunluğun qiymətləndirilməsi üzrə AB-nin siyasəti, 1988-ci ildə Brüsseldə sertifikasiya və sınaq məsələləri üzrə Qərbi Avropa ölkələrinin simpoziumu olmuşdur. Burada AB üçün sertifikasiya və sınaqların vahid prinsiplərinin yaradılması üçün məsləhətlər işlənmişdir. Simpoziumun materiallarına əsasən, Avropa Cəmiyyətləri Komissiyası (ACK), texniki şərtlərə, sınaqlara və sertifikasiyaya kompleks yaxınlaşmaq üçün qətnamə hazırlanmışdır. Bu sənəd AB-nin sertifikasiya və məhsulun sınaqlarına aid məsələlərə yaxınlaşmanın inkişafında yeni, daha yüksək səviyyənin başlandığını təsdiq edir:

  • AB ölkələrinin müəssisələrinə keyfiyyətin idarə olunması sistemini EN 29001, EN 27002 və EN 29003 standartları əsasında tətbiq etmək təklif olunur;

  • Cəmiyyət üçün sınaq laboratoriyalarının, akkreditasiya və sertifikasiya orqanlarının səriştəliliyinin və sərbəstliliyinin qiymətləndirilməsinin vahid meyarlarını təsdiq edir.

AB ölkələrində məmulatların təhlükəsizliyinin təsdiqi prosedurlarında gözəçarpan fərqlər mövcud idi. Bu həm ərizə deklarasiya, həmçinin üçüncü tərəfin sertifikasiyası ola bilərdi. Lakin 1988-ci ildə texniki harmonizasiya haqqında AB-in Direktivi qəbul edilmişdir. Direktivdə əsas tələblərin və standartların mövqeyi dürüst müəyyən edilmişdir. Əsas tələblər standartların tələblərindən fərqli olaraq məcburidir. Əgər standart harmonikləşdirilibsə, onda bu standarta görə hazırlanmış məhsul, əsas tələblərə uyğun hesab edilir. Bu halda nəzarət prosesi istehsalçı üçün asanlaşır.

Əgər məhsul harmonikləşdirilmiş standarta görə deyil, əsas tələblərə uyğun hazırlanıbsa, onda uyğunluğa üçüncü tərəfin təsdiqi vacib hesab edilir.

Kompleks yaxınlaşma, səriştəlilik, yüksək texniki təchizat və şəffaflıq şəraitində, sertifikasiyanın nəticələrinin qarşılıqlı tanınmasına keçidi yaxınlaşdırır. Şəffaflığı təmin etmək üçün bütün maraqlı tərəflərin standartların tələbləri, sınaq metodları, məmulatların təhlükəsizlik tələbləri haqqında informasiya almaq üçün mühitin yaradılması tələb olunur. AB Komissiyasının yaratdığı «Sertifikat» verilənlər bankı Avropada mövcud olan bütün sertifikasiya sistemləri, sınaq metodikaları, laboratoriyalar, sınaq mərkəzləri və s. haqqında informasiyanı saxlayır.


  • AB-nə üzv ölkələrdə sınaq laboratoriyalarının akkreditasiyasına diqqət artır. milli akkreditasiya sistemlərinin EN45000 Avropa standartları bazasında inkişaf tendensiya və bu sahədə əməkdaşlıq həvəsləndirilir. 1989-cu ildə AB-də uyğunluğun qiymətləndirilməsi üzrə qaydaların harmonizasiyasının Qlobal konsepsiyası qəbul olunmuşdur. Direktivlərə uyğun olaraq, uyğunluq istehsalçı tərəfindən qiymətləndirilə bilər. İstehsalçı o məhsulun direktivlərinin tələblərinə uyğunluğunu ərizə-deklarasiya vasitəsilə təsdiq edir və məhsulu nişanla markalayır.(şək10.1.)

e10fcc4b

AB-nin direktivinə uyğnluq nişanı «Yeni» direktivlər məhsulun həyat tsiklinin müəyyən mərhələsi üçün (layihələndirmə, istehsal, realizasiya istifadə) konkretləşdirilmiş, təhlükəsizliyə harmonikləşdirilmiş tələbləri təcəssüm edir. Direktivləri uzun müddət dəyişdirməmək üçün onlara ümumi tələblər daxil edilir. Daha ətralı və fərdi tələblər standartlarda verilir.

«Yeni» direktivlər köhnələrdən struktura görə də fərqlənirlər: onlarda həm hüquqi, həm də texniki hissələr olmaqla, uyğunluğun qiymətləndirilməsi sisteminin prinsipləri və standartlara istinadlar verilir. Beləliklə, «yeni» direktivdə adı çəkilən məcburi xarakter daşımayan Avropa standartı onun tələblərinə uyğun olan məhsulun, heç bir maneə və məhdudiyyət olmadan, bazara daxil olmasını təmin edir. «Yenilərdən fərqli olaraq «köhnə» direktivlər sahə xarakterlidir, yəni onların tələbləri unifikasiya olunmalıdır. Köhnə direktivlərdə standartlara istinadlar edilmir. Bu da onların praktikada tətbiqini çətinləşdirir. Yeni Konsepsiya üzrə AB Direktivləri, istehsalçıların istifadə edə biləcəyi, uyğunluqların (modulların) təsdiq edilməsi üsullarını təyin edir. Konkret modulun seçilməsi hüquqi təchizatçıya (istehsalçıya) verilmişdir. Məhsulun müxtəlif həyat mərhələləri üçün müxtəlif modullar nəzərdə tutulmuşdur.

Avropa modullarının məzmununa baxaq:



Layihələndirmə mərhələsində «Tipik» nümunənin yoxlanılması» Modulu B təklif olunur. Sifarişçi səlahiyyətli orqana aşağıdakı sənədləri təqdim edir:

Məmulatın (tipin) nümunəsi; nümunəni şərh edən sənədləri: layihənin konsepsiyasını, çertiyojları, komponentlərin sxemlərini və s; tam, yaxud qismən tətbiq olunan standartların siyahısını; hesabatların və ekspertizaların nəticələrini; sınaqların protokollarını.



Sınaqların nəticələri müsbət olduqda səlahiyyətli orqan sifarişçiyə «AB» tipini təsdiq edən sertifikat verilir. Sertifikat ekspertizanın nəticələrini, onun qanuniliyini, təsdiq olunmuş nümunənin eyniləşdirilməsi üçün verilənləri və digər məlumatları əks etdirməlidir. Sertifikasiya üzrə digər orqanlar təcili olaraq verilmiş tipi təsdiq edən sertifikatın verilməsi haqqında məlumatlandırılır. Əgər sınaqların nəticələri mənfi olarsa, yaxud əvvəllər verilmiş «AB» sertifikatı ləğv olunarsa, onda sınaq orqanı bu barədə digər səlahiyyətli orqanları və ona bu səlahiyyətləri vermiş dövlətləri məlumatlandırmağa borcludur. Edilmiş dəyişikliklər təhlükəsizlik tələblərinə uyğunluğa gətirdiyi halda, təsdiq olunmuş nümunənin modifikasiyaları sınaqlardan keçməlidir.

AB istehsal mərhələsi üçün dörd modul təklif olunur.

Modul S «Məhsulun uyğunluğu haqda istehsalçının deklarasiyası (variant 1)». İstehsalçı ərz edir ki, onların göstərdikləri məhsullar «AB» sertifikatı almış nümunəyə tam uyğundur. İstehsalçı məmulatı CE uyğunluq nişanı ilə bağlamada, onu müşayiət edən sənədlərdə, yaxud məmulatın özündə həkk etməklə markalaya bilər. İstehsalçı istehsalın bütün mərhələlərində keyfiyyətin sabitliyini təmin edən lazımi tədbirlərin qəbul edilməsinə və bütün məmulatların sertifikatlaşdırılmış tipə tam uyğunluğuna görə məsuliyyət daşıyır.

Modul O. «Məhsulun uyğunluğu haqda istehsalçının deklarasiyası (variant 2)». Istehsalçı üçün modul S-də nəzərdə tutulmuş bütün öhdəliklərə uyğun olaraq bu modulda keyfiyyətin təmin edilməsi sisteminin istehsalatda təşkil edilməsi və ona AB-nin nəzarət xidməti tərəfindən nəzarətin vacibliyi nəzərdə tutulmuşdur. Sertifikasiya üzrə səlahiyyətli orqan keyfiyyət sistemini 29000 seriyalı (ISO 9000) Avropa standartına uyğunluğuna qiymətləndirir. Keyfiyyət sisteminə nəzarət istehsalçının sertifikasiya (qiymətləndirmə ilə bağlı öhdəlikləri yerinə yetirdiyinə arxayın olmaq üçün aparılır).

Modul E. «Məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası» (variant 3) keyfiyyətin sabit səviyyəsini istehsalın bütün mərhələlərində təmin etməyə və bütün məmulatların «ES» sertifikatında göstərilmiş tipə və həmçinin bu məmulatların direktivlərin tələblərinə uyğunluğuna nail olmağa borcludur. İstehsalçı səlahiyyətli orqanı seçir və o da bütün məmulatların keyfiyyətinin aşağıdakı prosedurlardan biri ilə uyğunluğunu yoxlayır.

Birinci prosedur – məhsul statistik nəzarətə uğradılır: Istehsalçı məmulatlar partiyasını təqdim edir və hər partiyadan bir nümunə seçilmiş meyarlara uyğunluğuna yoxlanılır. Əgər məmulatlar partiyası qeyri kondision, yəni şərtlərə uyğun olmayan kimi qəbul edilmişdirsə, nəzarətçi orqan məhsulun təchizatının qarşısını alan tədbirlər görür.

Modul F. «Səlahiyyətli orqan tərəfindən yoxlama (variant 1)». Səlahiyyətli orqan tərəfindən yoxlamaların nəticələrinə görə məmulatın «ES» tipli sertifikata və həmçinin Direktivlərin müvafiq tələblərinə uyğunluğunu (yaxud uyğunsuzluğunu təsdiq edir. Hər məmulat (CE ) uyğunluq nişanı ilə markalanır, istehsalçıya isə uyğunluq sertifikatı verilir. CE nişanı onu verən orqanın rəmzi ilə müşayiət olunur.

Layihələndirmənin və istehsalın birləşdirilmiş mərhələləri - Bu mərhələlərdə üç modul məsləhət görülür.

Model A. Uyğunluq haqqında istehsalçının deklarasiyası. Istehsalçı yazılı sürətdə rəsmi olaraq bildirir ki, onların hazırladığı məmulat Direktivin tələblərini ödəyir və CE nişanı ilə markalanır. (direktivlərin siyahısı verilir).

Modul G. «AB»-də uyğunluğun yoxlanması (variant 2). Ayrıca götürülmüş məmulatın, yaxud kiçik seriyalı məhsulların yoxlanması üçün istifadə olunur. Səlahiyyətli orqan yoxlamaların nəticələrinə görə məmulatın uyğunluğunu təsdiq edir və CE nişanı ilə markalamaq hüququ ilə uyğunluq sertifikatını verir. Hər bir məmulat standarta uyğun ekspertizaya və sınaqlara uğradılır. Səlahiyyətli orqana layihə üzrə bütün lazımi sənədlər verilir.

Modul N. «Layihənin və məhsulun uyğunluğu haqqında istehsalçının deklarasiyası». İstehsalçı müəyyən tipin layihəsinin Direktivin tələblərinə uyğunluğu və məhsulun verilmiş tipə uyğunluğunu rəsmi olaraq bildirir. Bundan başqa istehsalçı, AB xidmətləri tərəfindən nəzarət olunmalı, keyfiyyətin təmin edilməsi sistemində mütləq tətbiq edilməlidir.

Bütün modulların bir-birini tamamlamasına baxmayaraq, onlardan ayrı-ayrılıqda istifadə etmək olar. Modullu yaxınlaşma AB çərçivəsində uyğunluğun təsdiq edilməsi sisteminin çevikliyini təmin edir. Belə yaxınlaşmadan milli sistemləri də istifadə etmək mümkündür.

Direktivlər müəyyən növ məhsullar üçün uyğunluğun qiymətləndirilməsinin alternativ üsullarından istifadə edilməsini mümkün sayır. Məsələn, 93/42/AB direktivi dərman vasitələri üçün keyfiyyətin təmin edilməsi üsullarını və alternativ nəzarət növlərini müəyyən edir.

CE nişanı standarta uyğunluq haqqında şəhadət vermir, lakin ES Direktivinə uyğunluğunu təsdiq edir.

Beləliklə, CE nişanlı məhsul «Əsas tələblərə» (təhlükəsizlik, ekoloji) cavab verir və AB-ə üzv ölkələrin bazarlarında sərbəst dövr edə bilir. «Köhnə» direktivlərdən fərqli olaraq «yeni» direktivlərdə Avropa standartlarına (Avronormalara) istinadlar vardır, ona görə də CE nişanlı məhsul faktiki olaraq tamamilə standarta uyğun olur və bu uyğunluğun hər hansı bir sübuta ehtiyacı qalmır.

Avropalı istehsalçıya ixtiyari normativ sənədə uyğun məhsul buraxmaq hüquqi verilmişdir. Lakin belə halda o, məhsulunun xarakteristikalarının belə məhsula AB tərəfindən qoyulan tələblərə tam uyğun olduğunu sübut etməlidir. Əgər istehsalçının buraxdığı məhsulun parametrləri direktivdə göstərilmiş standartın tələblərindən yüksəkdirsə onda o, bunu könüllü qaydada sınaqdan keçirməklə sübut etməlidir. Bu zaman keyfiyyətin yüksək olduğunu təsdiq edən nişandan istifadə mümkündür. Məsələn, belə hal üçün Finlandiyada Fi nişanı mövcuddur.

Konkret AB Direktivində, ümumiyyətlə, məhsulun təchizatçısının, yaxud istehsalçısının istəyi ilə bir neçə (iki-üç) modulun tətbiq edilməsinin mümkünlüyü müəyyən olunmuşdur.

Modulların izahından görünür ki, uyğunluğun qiymətləndirilməsi prosedurları qarışıq xarakter daşıyır: onlarda istehsalçının və sertifikasiya üzrə səlahiyyətli orqanın fəaliyyəti nəzərdə tutulur ki, buna da uyğun olaraq istehsalçının ərizə-deklarasiyası və həmçinin sertifikasiyanın atributurları kimi sertifikatdan və uyğunluq nişanından istifadə olunur. Səlahiyyətli orqan üçüncü tərəf olduqda, modullar müxtəlif dərəcədə sertifikasiya proseduruna yaxın olur. İstehsalçının və səlahiyyətli orqanın fəaliyyətinin uzlaşdırılması modullara nəinki qiymətləndirmə, həmçinin uyğunluğu təmin edən üsul kimi baxmağa imkan verir.

CE uyğunluq nişanı məhsulun ona aid olan yeni qaydalı direktivlərin bütün tələblərinə uyğun olduğunu təsdiq edən vahid və yeganə nişandır. Bu Direktivlər, yaxud standartlar haqqında məlumat sınaq protokollarında və uyğunluq sertifikatlarında verilməlidir.

Sertifikatlaşdırılmamış məhsuldan təyininə görə istifadə edildikdə, istifadə edəndən müəyyən ehtiyat tədbirlərin görülməsi tələb olunur. Direktiv belə vəziyyət üçün xüsusi xəbərdarlıq nişanı – «İstehlakçı, ehtiyatlı ol» nişanını nəzərdə tutmuşdur. AB ölkələri üçün vahid uyğunluq qiymətləndirilməsi sistemini praktikada tətbiq edərkən, milli sertifikasiya sistemlərinin bu sistemdə yeri və rolu və həmçinin prosedurların qarşılıqlı tanınması ilə bağlı bir sıra heç də sadə olmayan problemlər meydana çıxmışdır.

Bu problemlərin həlli yolundan biri xüsusi orqanın - sınaqlar və sertifikasiya üzrə Avropa təşkilatının (SSAT-EOIS) yaradılması olmuşdur.



Mühazirə 14.

Mövzu: MDB-də sertifikasiya.

PLAN

  1. Rusiya Federasiyasının QOSTR sistemi

  2. Ölçmə vasitələrinin sertifikasiyası haqqında Əsasnamə



Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
MDB məkanında sertifikasiya üzrə fəaliyyətin istiqamətini təyin edən əsas sənəd 1992-ci ildə imzalanmış «Standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində razılaşdırılmış siyasətin aparılması haqqında» müqavilədir. Müqavilənin sertifikasiyaya aid müddəaları əsasında birliyin iştirakçı ölkələri, sertifikasiya sisteminin formalaşdırılmasında və realizəsində və bu sahədə işlərin təşkilində tam sərbəstliyə malik olmaqla, ISO/BEK-in Rəhbəredici sənədləri və bu sahədə yığılmış təcrübəni nəzərə almaqla milli sertifikasiya sistemlərini formalaşdırır.

Rusiyanın QOSTR sistemi daha çox beynəlxalq qaydalarla uzlaşdırıldığından MDB ölkələri sertifikasiya üzrə metodik sənədləri tərtib edərkən Rusiyanın qaydalarını əsas götürmüşdür.

Müqaviləni imzalayan dövlətlər sertifikasiya üzrə orqanların, sınaq laboratoriyalarının sınaqlarının və sertifikasiyanın nəticələrinin, qarşılıqlı təchiz olunan məhsula sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında razılıq əldə etmişlər. Sonra qarşılıqlı tanınma üçün aşağıdakı akkreditasiya şərtləri də qəbul edilmişdir: milli sertifikasiya sistemində orqanların və laboratoriyaların akkreditasiyası, sınaq laboratoriyalarının, sınaqları dövlətlərarası standartlar əsasında aparmaq üçün praktiki təcrübənin olması; MDB ölkələrinin qoşulduğu və tanınma haqqında məsələləri həll edən, beynəlxalq sertifikasiya sistemlərində akkreditasiya.

Beynəlxalq sertifikasiya sistemlərində tərəflər müstəqil iştirak edir. Müqavilə, tərəflərin beynəlxalq sertifikasiya sisteminin qaydalarından irəli gələn hüquq və vəzifələrinə toxunmur.

Sertifikasiya sınaqları ixtiyari ölkənin akkreditasiya olunmuş laboratoriyasında aparıla bilər.

Müqavilənin iştirakçısı olan ölkələrdə tanınmış beynəlxalq, dövlətlərarası, yaxud milli standartlar sertifikasiyanın normativ bazası kimi qəbul edilmişdir.

Müqaviləni imzalayan ölkələr qarşılıqlı təchiz olunan məhsulun məcburi sertifikasiyasının mərhələli tətbiq olunma qaydasını razılaşdırmaq, sfnaqların nəticələrinin obyektivliyini və məhsulun sertifikasiyasının nəticələrinin düzgünlüyünü təmin etmək barədə razılığa gəlmişdir.

Məhsulu idxal edən ölkədə sertifikasiyanın nəticələrinin gözlənilmədiyi müəyyən olunduğu halda milli sertifikasiya orqanı öz ölkəsində sertifikatların tanınmasını saxlama səlahiyyətinə malikdir, bu barədə məhsulu ixrac edən ölkənin milli orqanına və standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası Şuranın Texniki katibliyinə xəbər verməlidir.

Sertifikasiya üzrə razılaşdırılmış siyasətin sonrakı inkişafı 1994-cü il üçün imzalanmış «Sertifikasiya üzrə işlərin aparılması və qarşılıqlı tanınması prinsipləri haqqında Müqavilə» sənədində öz əksini tapmışdır. Bu müqavilənin əsas müddəaları aşağıdakıların tanınmasını təmin edir:


  • təsdiq olunmuş siyahıya uyğun olan və məcburi sertifikatlaşdırılmalı məhsullara və xidmətlərə sınaq protokollarını, sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması; milli sertifikasiya sistemlərinin və onların verdikləri sertifikatların, müəyyən olunmuş prosedurların gözlənildiyi şərt daxilində qarşılıqlı tanınması;

  • müqavilənin iştirakçısı olan ölkələrin ekspertlərinin fikirlərini (rəylərini, mülahizələrini) nəzərə almaqla standartlaşdırma, metrologiya və sertifikasiya üzrə milli orqanlar tərəfindən sertifikasiya üzrə orqanların akkreditasiyası;

  • müqavilənin iştirakçısı olan ölkələrin sertifikatlaşdırılmış məhsula inspeksion nəzarətin yerinə yetirilməsi hüquqi;

  • MDB-yə üzv ölkələrin heç də hamısı eyni səviyyədə qarşılıqlı tanınma haqqında çoxtərəfli müqavilələrin bağlanmasına hazır olmadığı üçün qərara alınmışdır ki, hələlik ikitərəfli müqavilələr bağlansın. Belə müqavilələr milli sertifikasiya orqanları səviyyəsində bağlanır;

  • Sertifikasiya sahəsində qarşılıqlı tanınma haqqında Müqavilə aşağıdakıları təyin edir;

  • Milli sertifikasiya sistemlərində akkreditasiya olunmuş sertifikasiya orqanlarının və sınaq laboratoriyalarının qarşılıqlı tanınması şərtlərinin və prosedurlarının konkret müddətlərini;

  • Qarşılıqlı tanınma haqqında Müqavilə çərçivəsində göndərilən məhsulun təhlükəsizliyinin təsdiq olunması qaydasını;

İstehsalçının və sertifikatı verən orqanın ixrac olunan məhsulun təhlükəsizliyinə cavabdehliyini, ixrac edən ölkənin sertifikatını məhsulu qəbul edən tərəf, xarici sertifikatların tanınması üçün nəzərdə tutulmuş qaydada tanıyır.

MDB məkanında sertifikasiyanın inkişafı istiqamətində mütərəqqi addım, Müqavilənin iştirakçıları olan ölkələr üçün, standartlaşdırma, metrologiya və sertifikasiya üzrə vahid tələbləri müəyyən edən normativ sənədlərin qəbul edilməsi olmuşdur. Bunlar, həmcins məhsulların sertifikasiya qaydasını və həmçinin bir sıra xidmət növlərini müəyyən edən, dövlətlərarası normativ sənədlərdir.

Dövlətlərarası Şuranın qəbul etdiyi qərarlar arasında bütün iştirakçı ölkələr üçün laboratoriyaların akkreditasiyası üzrə Avropa-Asiya regional təşkilatı (EAL) haqqında razılıq mühüm əhəmiyyətə malikdir.

Sertifikasiyanın təşkilində Dövlətlərarası Şura tərəfindən ölçmə vasitələrinin sertifikasiyası haqqında Əsasnamənin qəbul edilməsini də irəliləyiş saymaq olar. Əsasnamədə deyilir: Müqavilənin iştirakçısı olan ölkədən ölçmə vasitələrinin idxalına (ixracına) maraqlı olan təşkilat öz milli orqanı vasitəsilə ixrac (idxal) edən ölkənin milli orqanına sertifikat və yoxlama metodikası ilə birlikdə istismar sənədlərini təqdim edir. Bu vəziyyət qarşılıqlı təchizat olunan məhsulun sınaqlarının nəticələrinin iştirakçılar tərəfindən tanınması üçün prinsipial əhəmiyyətə malikdir.

Standartlaşdırma, metrologiya və sertifikasiya üzrə Dövlətlərarası Şura daimi fəaliyyətdə olan texniki katibliyin və bir neçə işçi qrupun işinə rəhbərlik edir. Onların arasında aşağıdakı qrupları göstərmək olar: standartlaşdırma, vaxtın və tezliyin vahidliyinin təmini, texniki-iqtisadi və sosial informasiyanın sinifləşdirilməsi və kodlaşdırılması, standart nümunələr və s. üzrə qruplar.

Dövlətlərarası Şuranın fəaliyyətində aşağıdakıları əsas nailiyyət saymaq olar:



  • Keçmiş SSRI-nin normativ sənədlərinin bütün fondlarının və etalonlar bazasının saxlanılması. Bu MDB çərçivəsində standartlaşdırmanın və metrologiyanın təkmilləşdirilməsi üzrə dövlətlərarası proqramların işlənməsi üçün mühüm əhəmiyyət kəsb edir;

  • MDB-yə üzv ölkələrin standartlaşdırma, metrologiya və sertifikasiya üzrə milli qanunlarının harmonizasiyası;

  • Standartlaşdırma, metrologiya və sertifikasiya sahəsində ümumi iqtisadi məkanında və istehsal sferasında inteqrasiyanın möhkəmləndirilməsinə kömək edən, dövlətlərarası və sahələrarası müqavilələrin hazırlanması.

Sertifikasiyada əsas istiqamət qarşılıqlı təchizat olunan məhsulun təhlükəsizliyinin edilməsidir. Bu da milli sertifikasiya sistemlərinin qarşılıqlı tanınması ilə bağlıdır. Bu sahədə çətinlik təşkilatın inkişafının MDB-nin üzv ölkələrində sertifikasiya praktikasının eyni səviyyədə olmamasıdır. Bu problemin həlli həmcins məhsulun sertifikasiyasının dövlətlərarası sistemlərinin yaradılmasına imkan verəcəkdir.

Son bir neçə ildə milli sertifikasiya sistemləri həm təşkilati və həmçinin metodik planda təkmilləşməkdə davam edir.



Mühazirə 15.

Mövzu: Sertifikasiyanın keyfiyyətinin təmin edilməsinin əsas meyarları.

PLAN

  1. Keyfiyyət termini

  2. Dövri daxili və xarici audit sistemi

Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Keyfiyyət kompleks anlayışdır. Məsələn, «keyfiyyət termini keçən əsrin 70-ci illərinin əvvəlində EOQ-nin (keyfiyyət üzrə Avropa təşkilatı) təyininə görə «istehlakçının tələblərinə uyğun olaraq məhsulun səviyyəsi kimi izah olunurdu. «Keyfiyyət» termininin müasir anlayışı «Keyfiyyətin idarə olunması və keyfiyyətin təmiri», «Lüğət» ISO 8402 beynəlxalq standarta aşağıdakı kimi şərh olunmuşdur - «Keyfiyyət obyektin qoyulmuş və fərz edilən tələbatları ödəmək, qabiliyyətinə aid olan xarakteristikalar toplusudur».

Burada obyekt dedikdə, sertifikasiya prosesi başa düşüldüyündən belə xarakteristikalar kimi doğruluğu və qərəzsizliyi tanımaq olar.

Sertifikasiya obyektinin normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsinin doğruluğu sertifikasiya üzrə orqanların və sınaq laboratoriyalarının texniki komplektliyi ilə təyin edilir. Sertifikasiyanın nəticələrinin alınmasında qərəzsizlik maraqlı tərəflərin-istehsalçının və istehlakçının sərbəstlik səviyyəsindən asılıdır.

Sertifikasiyanın keyfiyyətinin təmin edilməsinin iki meyarı belədir. Uyğunluğun bu meyarlara çatma mexanizmi «keyfiyyət düyümündə» qoyulmuşdur o, özündə məhsulun (proseslərin, xidmətlərini tam istehsal tsiklində, onun keyfiyyətinə təsir edən elementlərin qarşılıqlı əlaqəsini əks etdirir.

Sertifikasiyanın ümumi keyfiyyəti sertifikasiyadan qabaqkı dövrün keyfiyyətindən, sertifikasiyanın yerinə yetirilməsindən və sertifikasiyadan sonrakı fəaliyyətindən toplanır. Marketinq mərhələsində və tələbatın öyrənilməsində sertifikasiyanın keyfiyyəti, analizi və sertifikasiyanın qaydalarına görə uyğunluğun qiymətləndirilməsinin aparıldığı sertifikasiya prosesinin seçilməsi, sertifikasiya üzrə orqanın və sınaq laboratoriyalarının akkreditasiya sahəsinin təyin edilməsi ilə qoyulur. Sertifikasiya prosesinə tətbiq edilən» keyfiyyət düyümünü analiz edək(şək11.1)

ae5a3791
Bu mərhələdə müxtəlif ölkələrdə konkret növ məhsulların və xidmətlərin sınaqlarının və sertifikasiyasının nəticələrinin tanınması problemlərini nəzərə almaq lazımdır.

Sertifikasiya prosesinin layihələndirilməsi mərhələsində keyfiyyətə təsir edən aşağıdakı bütün faktorlar nəzərə alınmalıdır: müştərilərin istəkləri, qanunvericiliyin tələbləri və həmçinin sertifikasiya üzrə orqanların və sınaq laboratoriyalarının fəaliyyətinin təşkilati, texniki və elmi-metodiki aspektləri. Sertifikasiyanın aparılması üçün lazım olan ehtiyatlar sertifikasiya orqanında və sınaq laboratoriyasında aşağıdakıların mövcudluğunu nəzərdə tutur: ixtisaslı heyəti; xüsusi binaları; normativ sənədlər fondunu; ölçmə, sınaq və nəzarət vasitələrini; müasir təşkilati texnikanı. Sertifikasiya üçün ehtiyatlar qoyulmuş tələblərə cavab verməlidir. Onların uyğunluğu sertifikasiya üzrə orqanların və sınaq laboratoriyaların akkreditasiyasında yoxlanılır.

Sertifikasiya prosesləri, məsələn, sınaqlar üçün nümunələrin seçilməsi, inspeksion nəzarətin aparılması, yaxud sifarişin analizi elə işlənməlidir ki, sertifikasiyanın doğruluğuna və qərəzsizliyinə nail olunacağına inam təmin olunsun. Bütün proseslər elə planlaşdırılmalıdır ki, işlərin (auditlərin) keyfiyyətinin daxili və xarici yoxlamaların, korreksiyaedici tədbirlərin aparılmasının mümkünlüyü nəzərə alınsın. Bütün proseslərin sənədləşdirilməsinin və arxivləşdirilməsinin, sifarişçinin kommersiya sirrini əks etdirən məlumatın məxfiliyinin təmin edilməsinin böyük əhəmiyyəti vardır.

Nümunələrin (xidmətlərin) sınaqlarının aparılmasını, keyfiyyət sisteminin qiymətləndirilməsinin və uyğunluq haqqında qərarın qəbul edilməsini əks etdirən sertifikasiyanın aparılması sertifikasiya sisteminin qaydalarına uyğun seçilmiş sxem üzrə və sertifikasiya orqanının, yaxud sınaq laboratoriyasının daxili təlimatları üzrə yerinə yetirilməlidir.

Sertifikasiyanın keyfiyyətinin təmini uyğunluğun qiymətləndirilməsi prosesinin nəzarəti aparılmadan mümkün deyildir. Buna dövri daxili və xarici audit sisteminin mövcudluğu ilə nail olunur. Daxili auditi sertifikasiya üzrə orqanın, yaxud sınaq laboratoriyasının işçiləri yerinə yetirirlər. Əksər hallarda bu iş xüsusi olaraq təyin olunmuş keyfiyyətə cavabdeh tərəfindən aparılır. Auditin nəticələri düzəldici tədbirlərin aparılmasında rəhbərlik üçün məlumat mənbəyidir.

Xarici auditi inspeksion nəzarəti çərçivəsində akkreditasiya üzrə orqan, yaxud sərbəst ekspertlər həyata keçirirlər. Bütün növ nəzarətlər aparılarkən, mümkün olan hallarda, statistik metodlar tətbiq olunmalıdır.

Sertifikasiyanın nəticələrinə son nəzarət sertifikatın verilməsi haqqında qərar qəbul edilərkən həyata keçirilir.

Uyğunluq sertifikatı və uyğunluq nişanından istifadə üçün lisenziyanın tərtib edilməsi mərhələsində onların maksimum məlumatlığını və əhəmiyyətliliyini təmin edən formasına və məzmununa tələblər gözlənilməlidir. Sertifikasiya sistemindən asılı olmayaraq, hər bir sertifikat aşağıdakılara malik olmalıdır: sertifikasiya obyektinin adı, onun uyğun olduğu normativ sənəd; sertifikatı verən, sertifikasiya orqanının adı; verilmə tarixi, fəaliyyət müddəti və sertifikasiya üzrə orqanın akkreditasiya haqqında qeyd sertifikasiyadan sonrakı fəaliyyətin keyfiyyəti «keyfiyyət» «düyüm»ünün aşağıdakı elementləri təyin olunur:



  • sertifikatlaşdırılmış məhsulların, xidmətlərin və keyfiyyət sistemlərinin, yaxud heyətin reyestrinin dəqiq aparılması; reyestr sertifikatlaşdırılan obyekt haqqında bütün lazım olan məlumatı əks etdirməlidir və geniş istifadəçilər dairəsi üçün aydın olmalıdır;

  • sertifikasiya üzrə orqan tərəfindən sertifikatlaşdırılan məhsula inspeksion nəzarət;

  • sertifikasiya üzrə orqanın məlumatlandırma fəaliyyəti. Bura sertifikasiyanın nəticələri haqqında, maraqlı strukturlar arasında milli və beynəlxalq səviyyələrdə sertifikasiyanın aparılması haqqında təcrübə mübadiləsi barədə məlumatların ictimaiyyətə çatdırılması daxildir.

Uyğunluq sertifikatının fəaliyyət müddəti qurtardıqca, sifarişçi yeni sertifikasiya haqqında qərar qəbul edə bilər. Bu «keyfiyyət düyümü»ndə göstərilmiş bütün prosedurların, vaxt faktorunu nəzərə almaqla, təkrar nəzərdə tutulur.

«Keyfiyyət düyümü»nün müddəalarının realizəsini sertifikasiya üzrə orqanlar və sınaq laboratoriyaları yerinə yetirir.



Mühazirə 16.

Fənn: Sertifikasiyanın əsasları.

Mövzu: Sertifikasiya üzrə orqanların fəaliyyətinin təşkili.

PLAN

  1. Məhsulların sertifikasiyası üzrə orqan

  2. Sertifikasiya üzrə orqanın strukturu



Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sertifikasiyanın keyfiyyəti, əsasən, sertifikasiya üzrə orqanın fəaliyyətindən, onun yüksək səviyyədə səlahiyyətlilikdən və müstəqilliyindən asılıdır.

Sertifikasiya üzrə orqanın bütün fəaliyyəti müştərilərin istəklərinin təmin olunmasına yönəlməlidir. Sertifikasiya üzrə orqan sifarişçiyə orqanın xidmətləri haqqında məlumatlardan maneəsiz olaraq istifadə etmək imkanı yaratmalıdır. Ona qəbul olunma maliyyə və digər şərtləri irəli sürmək məsləhət görülmür. Orqan öz fəaliyyətini yerinə yetirərkən köməkçi olan prosedurlar diskriminasiya xarakterli olmamalıdır.



Məhsulların (xidmətlərin, keyfiyyət sistemlərinin, heyətin) sertifikasiyası üzrə orqan kimi akkreditasiya olunmağa təqdim olunan təşkilat QOSTRS 1000.5-96 standartının aşağıdakı tələblərinə uyğun olmalıdır.

  • Fəaliyyətdə olan qanunvericiliyə uğun hüquqi statusa;

  • sınaq sahəsində, keyfiyyətin qiymətləndirilməsində müəyyən iş təcrübəsinə, normativ sənədlə iş təcrübəsinə və həmçinin sifariş olunmuş sahədə nüfuza;

  • lazımi vasitələrə və sənədləşdirilmiş prosedurlara.

Sertifikasiya üzrə orqan aşağıdakı əsas funksiyaları yerinə yetirir:

  • orqanın bütün funksiyalarının realizəsi zamanı funksiyaların cavabdehliklərin və heyətin qarşılıqlı fəaliyyətinin bölgüsünü təmin edir;

  • orqan öz funksiyalarını əsaslandırılmış prosedurlarla və sertifikasiya sxemləri üzrə yerinə yetirməsi üçün təşkilati-metodiki sənədləri işləyir;

  • akkreditasiya sahəsinə uyğun sertifikasiyada istifadə olunan normativ sənədlər fondunu formalaşdırır (komplektləşdirir) və aktuallaşdırır;

  • məhsulu sertifikatlaşdırır, uyğunluq sertifikatı və uyğunluq nişanının tətbiqi üçün lisenziyanı verir (yaxud özü nişanı tətbiq edir);

  • uyğunluq sertifikatını qeydiyyatdan keçirir;

  • xarici sertifikatların, sınaq protokollarının və məhsulun qoyulmuş tələblərə uyğunluq şəhadətnamələrinin analizini və uçotunu aparır;

  • sertifikasiya sxemi üzrə sertifikatlaşdırılmış məhsulun inspeksion nəzarətini aparır;

  • verilmiş sertifikatların fəaliyyətini ləğv edir, yaxud müvəqqəti olaraq saxlayır, korreksiyaedici tədbirlərin işlənməsində iştirak edir və onların yerinə yetirilməsinə nəzarət edir;

  • heyətin yerləşdirilməsini və ixtisasların artırılmasını təmin edir.

  • sınaq laboratoriyaları ilə, sertifikasiya üzrə digər orqanlarla (o cümlədən digər ölkələrlə), sertifikasiya üzrə milli orqanla qarşılıqlı fəaliyyət göstərir;

  • məhsulu hazırlayanlarla (satıcılarla), məhsula dövlət nəzarətini yerinə yetirən təşkilatlarla, istehlakçılarla və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir;

  • daxili yoxlamanın və özünün müasir sənədin tələblərinə və həmçinin məhsulun sertifikasiya sistemlərində müəyyən olunmuş tələblərinə uyğunluğunun təmin edilməsini yerinə yetirir;

  • öz fəaliyyətinin bütün məsələləri üzrə sənədləşdirməni aparır;

  • öz fəaliyyətinə inspeksion nəzarəti aparan orqanların bu sənədlərdən istifadə etməsinə imkan yaradır;

  • Bütün maraqlı tərəfləri sertifikasiyanın nəticələri haqqında, o cümlədən sertifikasiyadan keçməyən məhsul haqqında, yaxud müəyyən edilmiş pozuntular və məhsulun qoyulmuş tələblərə uyğun olmaması haqqında məlumatlarla təmin edir.

Yuxarıda sadalanan funksiyalarla bağlı olaraq sertifikasiya üzrə orqan uyğun inzibati və təşkilati struktura, ixtisaslı heyətə, sənədlərin idarə olunması sisteminə və sertifikasiya üzrə işlərin keyfiyyətinin təmin edilməsi sisteminə malik olmalıdır.

Sertifikasiya üzrə orqanın müstəqilliyi onun şəkildə göstərilən inzibati strukturu ilə təyin edilir.

Sertifikasiya üzrə orqanın strukturu qərəzsizliyə və bütün maraqlı tərəflərin sertifikasiya sisteminin öz funksiyalarının yerinə yetirilməsində iştirakına bərabər imkanların yaradılmasına təminat verməlidir. Bunun üçün, sertifikasiya üzrə orqanda fəaliyyət göstərən, əlaqələndirici şuranın işində maraqlı tərəflərin nümayəndələri iştirak edirlər. Sertifikasiya üzrə orqan daimi (ştatlı) heyətə malik olmalıdır. Sertifikasiyanın nəticələrində kommersiya marağı olan tərəflərin heyətə təsir göstərməsinə yol verilə bilməz. Sertifikasiya üzrə orqan, onun akkreditasiya sahəsini tam, yaxud qismən əhatə edən sınaq laboratoriyasına malik ola bilər (sınaq laboratoriyası uyğun qaydalar üzrə akkreditasiya olunmalıdır).

Əlaqələndirici Şura sertifikasiya üzrə orqanın fəaliyyətini QOST PS51000. S-96 və EN450//-450B standartının və sertifikasiya prosedurlarının tələblərinə uyğun təmin edir. Onun funksiyalarına aşağıdakılar daxildir:



  • Sertifikasiya orqanının fəaliyyətini təyin edən siyasətin formalaşdırılması;

  • Bu siyasətin aparılmasına nəzarət;

  • Sertifikasiya üzrə işlərin qiymətinin təyin edilməsinə nəzarət;

  • Lazımi hallarda sertifikasiya üzrə işlərin yerinə yetirilməsi həvalə olunan ştatdan kənar sertifikasiya üzrə müəssisələrin tərkibinin təyin edilməsi;

  • Sertifikasiya üzrə milli orqanla və məhsulun sertifikasiyası məsələləri üzrə digər təşkilatlarla qarşılıqlı fəaliyyətin təşkili.

Əlaqələndirici Şura sertifikasiya üzrə orqanın işində maraqlı olan bütün strukturlarından ibarətdir. Nazirliklər, professional assosiasiyalar, banklar, sığorta şirkətləri, sənaye, elm və təhsil nümayəndələri Əlaqələndirici şuranın üzvü ola bilərlər. Hər hansı bir tərəfin maraqlarının digər tərəflərin maraqlarının üstələnməsinin qarşısını almaq üçün Əlaqələndirici Şurada onların üzvlülüyü bərabər paylanmalıdır. Bir qayda olaraq bu Şura 8-10 nəfərdən ibarət olur.

Müşahidəçi Şura, əgər o qeyri-dövlət təşkilatıdırsa, sertifikasiya üzrə orqanın təsisçilərindən ibarət olur. Sertifikasiya üzrə orqan onların vəsaiti hesabına təşkil edilir və akkreditasiya olunur. Bu Şura orqanın fəaliyyətinə ümumi nəzarət edir, lakin o, sertifikasiya üzrə orqana gəlirləri təmin edən mənbə kimi təsir etmir. Əgər sertifikasiya üzrə orqan dövlət idarəsidirsə (məsələn ATM), onda müşahidəçi Şura funksiyasını təşkilatın rəhbərliyi yerinə yetirir.

Sertifikasiya üzrə orqan sertifikasiya üzrə cari işlərə göstərilən funksiyalara uyğun cavab verir. Onun işinə icraçı direktor rəhbərlik edir. Sertifikasiya üzrə orqanın ştatında, bir qayda olaraq, keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh 1-ə ekspert-auditor və katib olur. Digər ekspertlər və həmçinin mühasib və mütəxəssislər (məsələn, kompüter şəbəkəsi üzrə), bir qayda olaraq, müqavilə əsasında cəlb olunurlar. Apellyasiya komissiyası sertifikasiya üzrə fəaliyyətə və qərara sifarişçi tərəfindən şikayətlərə baxmaq üçün lazımdır. Onun tərkibinə müstəqil hüquqşünaslar və sertifikasiya üzrə orqanın fəaliyyət sahəsinin mütəxəssisləri daxil olurlar. Orqanın strukturunda sertifikasiya üzrə komissiya EN45013 Avropa standartlarının tələblərinə uyğun sınaq, nəzarət və sertifikasiya funksiyalarının dəqiq bölgüsü üçün nəzərdə tutulmuşdur. Bir qayda olaraq onun tərkibinə orqanın rəhbəri və sertifikasiya prosesində iştirak etməmiş 1-2 ekspert daxil olurlar. Komissiyanın işi, uyğunluğun qiymətləndirməsini aparmış, ekspertin hesabatının yoxlanılmasından və sertifikatın verilməsi, yaxud verilməməsi haqqında qərarın qəbul edilməsindən ibarətdir. Belə komissiyanın mövcudluğu keyfiyyət sisteminin və heyətin sertifikasiyasını aparan orqanlar üçün xarakterikdir.

Sertifikasiya üzrə orqanın strukturunda keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh onun öhdəliklərinə böyük əhəmiyyət verildiyindən xüsusi ayrılmışdır. Keyfiyyət sisteminə cavabdehin funksiyalarını orqanın birbaşa rəhbərinin tabeliyində olan, ştatdakı əməkdaşı yerinə yetirir. Bəzən kənardan bu işə keyfiyyətin təmini məsələləri üzrə məsləhətçi cəlb olunur. Sertifikasiya üzrə orqanın keyfiyyət sahəsində həll etməli məsələləri «keyfiyyət üzrə Rəhbərlik» adlı xüsusi sənəddə şərh olunur. Bu sənədin əsas bölmələri aşağıdakılardı:



  • Keyfiyyət sahəsində siyasət haqqında ərizə;

  • Sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsviri;

  • Sertifikasiya üzrə orqanın fəaliyyətinin təşkili haqqında arayış. Bura həmçinin onun hüquqi statusu, səlahiyyətləri və prosedur qaydaları haqqında məlumatlar daxil edilir;

  • Sertifikasiya üzrə orqanın heyətinin (həm ştatda, həm ştatdan kənar) soyadları, ixtisasları, praktiki iş təcrübəsi, səlahiyyətləri, o cümlədən attestasiyadan keçmiş ekspertlərin mövcudluğu və təsdiq edən sənədlərin qeydiyyat nömrələri. Ştatdan kənar heyətin yerinə yetirdiyi işin həcmi konkret məhsulun sertifikasiyası üzrə işin həcminin 10%-dən artıq olmamalıdır;

  • Sertifikasiya ilə məşğul olan heyətin ixtisaslarının lazımi səviyyədə saxlanılması və yüksəldilməsi haqqında ətraflı məlumat;

  • Heyətin tabeliyini, cavabdehliyini və öhdəçiliyinin bölgüsünü əks etdirən təşkilat sxemi;

  • İlkin və sonrakı sınaqların nəticələrinin qiymətləndirilməsi proseduru haqqında məlumatlar;

  • İstifadə olunan sınaq vasitələri haqqında məlumatlar;

  • İnspeksion nəzarətin aparılması qaydası haqqında məlumatlar;

  • Subpodratçıların siyahısı və prosedurların qiymətləndirilməsi və onların səlahiyyətliliyinin yoxlanılması haqqında ətraflı məlumatlar;

  • Heyətin, onun xidmət vəzifələrini və cavabdehliyini göstərən vəzifə təlimatları;

  • Apelyasiyaların verilməsi və baxılması qaydası haqqında ətraflı məlumatlar;

  • Sertifikasiya üzrə orqanın fəaliyyətinin daxili yoxlanılması qaydası;

  • Arxiv işlərinin aparılması qaydası;

  • Sənədlərin saxlanılması müddəti;

Sınaq laboratoriyası QOST RS5100.5-96 standartının tələblərinə uyğun olaraq sertifikasiya orqanının strukturuna daxil ola bilər. Avropa təcrübəsində EN 45000 seriyalı standartlarının tələblərinə görə sertifikasiya üzrə orqanlar və sınaq laboratoriyaları ayrı olmalıdır.

Sertifikasiya üzrə orqanın strukturu «Sertifikasiya üzrə orqan haqqında əsasnamədə» göstərilir. Bu sənəd orqanın hüquqi statusunu təyin edir və aşağıdakı məlumatları əks etdirir:



  • akkreditasiya sahəsini;

  • sertifikasiya üzrə orqanın hüquqi statusunun qısa təsvirini;

  • sertifikasiya üzrə orqanın funksiyalarını;

  • hüquqlarını, vəzifələrini, cavabdehliklərini;

  • təşkilati strukturunu;

  • sertifikasiya üzrə orqanın Dövlətstandart və digər təşkilatlarla qarşılıqlı əlaqəsini, o cümlədən sertifikasiya üzrə orqan ilə qarşılıqlı əlaqədə olan təşkilatların siyahısını;

  • sertifikasiya üzrə orqanın maliyyə fəaliyyətini;

  • heyətin (həm ştatda, həmçinin ştatdan kənar) soyadları, adları atalarının adlarını, ixtisaslarını, praktik iş təcrübəsini və səlahiyyətlərini.

Məcburi sertifikasiyanı aparan orqan haqqında Əsasnamədə onun maliyyə fəaliyyəti barədə aşağıdakılar müəyyən olunmalıdır:

  • sertifikasiya üzrə orqan qeyri-kommersiya əsasında işləyir, yəni qanunla nəzərdə tutulmuş ödənişlər verildikdən sonra, yerdə qalan gəlirdən ancaq sertifikasiya sahəsində fəaliyyətin realizə olunması və inkişafı üçün istifadə olunur;

  • heyətin əmək haqlarının orqanın gəlirinin ölçüsündən birbaşa asılılığına yol verilir;

  • orqanın fəaliyyəti dayandırıldıqdan sonra onun əmlakının bölünməsinə yol verilmir. (bu əmlakdan ancaq sertifikasiya məqsədləri üçün istifadə etmək nəzərdə tutulur).

  • sertifikasiya üzrə işin ödənişini sifarişçi «Məhsulların və xidmətlərin sertifikasiyası haqqında» Qanunda nəzərdə tutulmuş qaydada yerinə yetirir.

Sertifikasiya üzrə orqanın texniki səlahiyyətliliyi elə səviyyədə olmalıdır ki, o, sertifikasiya sisteminin qaydalarına, sertifikasiya üzrə orqan haqqında Əsasnaməyə və keyfiyyət üzrə Rəhbəredici sənədlərə uyğun sertifikasiya üzrə bütün kompleks işləri yerinə yetirə bilsin. Bununla bağlı orqan aşağıdakılara malik olmalıdır:

  • ixtisaslı heyətə;

  • normativ sənədlər fonduna;

  • sertifikatlaşdırılan obyektə inspeksion nəzarətə;

  • keyfiyyət sisteminin daxili və xarici auditləri də daxil olmaqla, sertifikasiyanın bütün mərhələlərinin aparılması üçün işlənmiş və sənədləşdirilmiş proseslərə;

  • sertifikasiyanın nəticələrini işləyib tərtib etmək üçün və eləcə də informasiya fəaliyyətini həyata keçirmək üçün lazım olan texniki vasitələrə;

  • sertifikasiyanı aparmaq üçün və məxfiliyi, kommersiya sirrini təmin edə bilən binaya;

  • orqanın tərkibinə sınaq laboratoriyası daxil olarsa – sınaq avadanlığına.


Mühazirə 17.

Mövzu: Sınaq laboratoriyalarının fəaliyyətinin təşkili.

PLAN

  1. Sınaq laboratoriyalarının strukturu

  2. Xarici və daxili ixtisasartırma

  3. Sınaq laboratoriyalarının təminatı

  4. Dövlətstandartın məsləhətlərinə uyğun sənədlər



Ədəbiyyat

1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Крылова Г.Д.Основы стандартизации, сертификации метрологии. М.2001
Sınaq laboratoriyası sertifikasiya apararkən sifarişçi ilə işdə qərəzsizliyi, qərarları qəbul edərkən sərbəstliyi təmin etməlidir. Əgər o firmanın bir hissəsidirsə, o zaman yüksək vəzifəli rəhbər işçilər, yaxud nüfuzlu müştərilər tərəfindən toxunulmazlığı və həmçinin texniki səlahiyyətliliyə malik olmalıdır.

Sertifikasiya üzrə orqanla olduğu kimi, bu göstəricilər sınaq laboratoriyasının hüquqi statusu, inzibati və təşkilati strukturu ilə təyin edilir. Sınaq laboratoriyasının hüquqi statusu fəaliyyətdə olan qanunvericiliyə uyğun olmalıdır. O, sərbəst hüquqi şəxs, yaxud onun tərkibində bölmə ola bilər.

Sınaq laboratoriyalarına və onların heyətinə, nəticələrə, yaxud qiymətləndirməyə təsir göstərə biləcək kommersiya, maliyyə, inzibati yaxud digər təsirlərə yol verilməməlidir. Xarici təşkilatlar, yaxud şəxslər tərəfindən, sınaqların nəticələrinə hər hansı bir təsirin edilməsinə yol verilməlidir. Sınaq laboratoriyası qərarların qəbul edilməsində və sınaqların aparılmasında qərəzsizliyə xələl gətirə biləcək fəaliyyətlə məşğul olmaq hüququna malik olmamalıdır.

Sınaqları aparan heyətin əmək haqqı sınaqların sayından və onların nəticələrində asılı olmamalıdır.

Əgər məmulatın sınağını bu məmulatın işlənməsində, istehsalında və realizəsində iştirak etmiş təşkilatlar apararsa, onda sınaqların obyektivliyini təmin edən şərtlərə tələblər işlənməlidir.

Laboratoriyanın təşkilati strukturu hər bir əməkdaş üçün konkret fəaliyyət sferasını və onun səlahiyyətlərinin (vəzifələri və məsuliyyəti) hədlərini təmin etməlidir. Sınaq laboratoriyalarının EN 45001 və QOSTP 51000. 3-96 standartlarının tələblərinə uyğun tipik strukturu plakatda göstərilmişdir.

Laboratoriyanın rəhbəri ümumi rəhbərlik edir və fəaliyyət siyasətini formalaşdırır. Keyfiyyətin təmin edilməsi sisteminə cavabdeh laboratoriya «keyfiyyət üzrə Rəhbərliyin müddəalarını işləyir və onların yerinə yetirilməsinə nəzarət edir. Rəhbərin sınaqlar üzrə müavini, sınaqların aparılması ilə bağlı, bütün texniki məsələlərin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Katiblik kargüzarlıq üzrə funksiyaları yerinə yetirir, sınaq üçün sifarişlərin qəbulunu və qeyd edilməsini, işçi sənədlərin arxivləşdirilməsini həyata keçirir. Sınaqlar üzrə mütəxəssislər qrupu məhsulun bilavasitə sınaqlarını aparır və müəyyən olunmuş sahədə sınaq protokollarını tərtib edir. Sınaq laboratoriyasının texniki səlahiyyətliliyi ixtisaslı heyətin mövcudluğu, lazımi ölçmə, sınaq və sınaq vasitələrinin, ətraf mühitə uyğun binaların, sənədləşdirilmiş işçi proseslərin, sınaq metodlarına və vasitələrinə normativ metodiki sənədlərin və sınaqların keyfiyyətinin təmin edilməsi sisteminin mövcudluğu ilə təyin edilir.

Sınaq laboratoriyasının heyəti lazımi səviyyədə təhsilli və ixtisaslı olmalıdır. Burada aşağıdakılar nəzərdə tutulur:



  • baza təhsili;

  • laboratoriyada işləyənə qədər xüsusi peşə təhsili;

  • laboratoriyada işə başlayandan sonra xüsusi məsələlər üzrə bacarıq və vərdişlərə yiyələnmək;

  • ixtisası artırma idarəsində xüsusi kurs keçərək konkret sınaqların aparılması üçün lazım olan ölçmə, sınaq və nəzarət metodlarının və vasitələrinin öyrənilməsi.

Laboratoriya kadrların ixtisaslarına, praktiki təcrübəsinə və hazırlığına aid lazımi sənədlərə və məlumatlara malik olmalıdır. Bu məlumatlar «Keyfiyyət üzrə Rəhbərlikdə» verilir.

Sınaq laboratoriyasında heyətin ixtisasının yüksəldilməsinə böyük diqqət yetirilməlidir. İxtisaslarının artırılması həm yeni, həmçinin təcrübəli əməkdaşlar üçün aparılmalıdır. İxtisasartırma xarici və daxili olur. Xarici ixtisasartırma ənənəvi konfranslarda və seminarlarda iştirak etmək, kurslarda oxumaq, sərbəst hazırlıq formalarında keçir. Daxili ixtisasartırma laboratoriyanın əməkdaşları tərəfindən ixtisaslarla bağlı problemlərin müntəzəm olaraq müzakirələrində öz əksini tapır. (Məsələn, Yaponiyanın məşhur «keyfiyyət dərnəkləri» ilə analoji). Belə müzakirələr rəhbərlik tərəfindən əməkdaşlara mənəvi təsir göstərilmədən aparılmalıdır. Sınaqların yaxınlaşdırılmasına yönəldilmiş səylər mükafatlandırıl-malıdır. (həvəsləndirmə). Avropanın müxtəlif ölkələrinin sınaq laboratoriyalarını birləşdirən beynəlxalq təşkilat «EUROLAB» sınaqları aparan heyət üçün dörd ixtisas səviyyəsini müəyyən etmişdir:



  1. Elementar səviyyə – qeyri-xüsusi təhsil və xüsusi hazırlıq.

  2. Baza səviyyəsi – laboratoriyada işləri yerinə yetirmək üçün lazım olan əsas peşə təhsili.

  3. Yüksəldilmiş səviyyə – laboratoriyada işləri yerinə yetirmək üçün daha yüksək peşə təhsili;

  4. Ən yüksək səviyyə - ali təhsil, mürəkkəb sınaq məsələlərini həll etmək qabiliyyəti, sınaqların və idarəetmənin (menecmentin) dərindən bilməsi.

Bu dörd səviyyənin hər biri ixtisasın üç dərəcəsini nəzərdə tutur: kafi, yaxşı və əla. Sınaq laboratoriyasının EN 45001 standartının tələblərinə uyğunluğuna akkreditasiyasında heyət bu meyarlara əsasən qiymətləndirilir.

Sınaq laboratoriyaları ölçmə, sınaq və nəzarət vasitələri, həmçinin sərf olunan materiallarla (kimyəvi reaktivlər, maddələr və s.) təmin olunmalıdır.

Xüsusi hallarda laboratoriyaya aid olmayan lakin attestasiya olunmuş avadanlıqdan istifadə etmək olar. Laboratoriya avadanlığından, o cümlədən ölçmə vasitələrindən yalnız təyinatına görə istifadə olunmalıdır. Sınaqlar, yaxud ölçmələr üçün hər bir avadanlıq vahidi, aşağıdakı məlumatları əks etdirən qeydiyyat kitabçasına malik olmalıdır:


  • avadanlığın adını;

  • hazırlayanın (firmanın) adını, tipini (markasını) zavod və inventarın nömrələrini;

  • hazırkı vaxtda yerləşdiyi yeri (lazım gələrsə);

  • alınma və istismara verilmə tarixlərini;

  • alındığı halda vəziyyətini (yeni, yeyilmiş, uzadılmış fəaliyyət müddətli).

  • təmir və xidmət haqqında məlumatları;

  • bütün zədələnmələrin, yaxud imtinaların, düzəltmələrin, yaxud təmirin şərhlərini, ölçmə və sınaq avadanlığının kalibrlənməsi, yaxud yoxlanılması, lazım gələrsə, istismara buraxılmazdan əvvəl, sonra isə müəyyən olunmuş proqram üzrə aparılır.

Sınaq laboratoriyasının binası elə olmalıdır ki, sınaqların dəqiqliyinə və doğruluğuna mənfi təsir göstərməsin. Sınaqları aparmaq üçün nəzərdə tutulmuş bina temperatur yüksəlməsindən, tozdan, nəmlikdən, buxardan, səsdən, titrəmələrdən, elektromaqnit qasırğasından qorunmalı və tətbiq olunan sınaq metodikalarının tələblərinə, sanitar normalarına və qaydalarına, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə cavab verməlidir. Bina lazımi qədər geniş olmalıdır ki, avadanlığın xarab olması və qorxulu vəziyyətlərin yaranma təhlükəsi aradan qaldırılsın, əməkdaşların hərəkətlərinin sərbəstliyini və fəaliyyətlərinin dəqiqliyini təmin etsin. Laboratoriyanın heyətinə aid olmayan şəxslərin laboratoriyaya buraxılış şərtləri təyin olunmalıdır.

Sınaq laboratoriyası dəqiq nizamlanmış və sənədləşdirilmiş, sifarişin qəbulundan sınaq protokolunun verilməsinə qədər bütün sınaq prosesini müşayiət edən işçi prosedurlara malik olmalıdır. Beləliklə, laboratoriyada texnoloji proseslərin yerinə yetirilməsində eyniliyə nail olurlar. Sınaqdan keçirilən məmulat nümunələri ilə rəftar qaydası bəzən nümunələr menecmenti adlandırılır, o da nümunələrin düzgün hazırlanmasını və seçimin aparılmasını, daşınma və saxlama şərtlərinin gözlənilməsini özündə əks etdirir. Sınağa daxil olan məmulat nümunələri normativ sənədlərə uyğunluğuna identifikasiya və uyğun seçim protokolu ilə müşayiət olunmalıdır.

Qeydiyyat sistemi istifadə olunan nümunələrin, yaxud sınaqdan keçirilən məmulatların məxfiliyini təmin etməlidir.

Düzgün nümunələr menecmenti – sınaqların keyfiyyətinin təmin edilməsinin ən mühüm mərhələlərindən biridir. Sınaq laboratoriyası yaradılmaları məlum olmayan nümunələri sertifikasiya sınaqlarına qəbul etməməlidir.

Laboratoriyada, sınaqlar aparılarkən sınaq proseslərinə standartların, yaxud texniki şərtlərin müəyyən etdiyi metodlardan istifadə etmək lazımdır. Bu sənədlər sınaqların aparılmasına məsuliyyət daşıyan əməkdaşların ixtiyarında olmalıdır. Müəyyən olunmuş sınaq metodu olmadıqda, sifarişçi ilə laboratoriya arasında tətbiq olunan metod haqqında sənədləşdirilmiş müqavilə tərtib olunmalıdır.

Sınaq laboratoriyasının apardığı iş, sınaqların nəticələrini və onlara aid digər informasiyaları dəqiq, aydın və birmənalı göstərən protokolda əks olunur. Hər bir sınaq protokolu, heç olmazsa, aşağıdakı məlumatları əks etdirməlidir.



  • sınaq laboratoriyasının adı, ünvanı və əgər ayrı ünvandadırsa, sınaqların aparıldığı yer;

  • protokolun işarəsi (məsələn, sıra nömrəsi) və hər bir səhifənin nömrəsini, həmçinin səhifələrin ümumi sayını;

  • sifarişçinin soyadı və ünvanı;

  • sınaqdan keçiriləcək nümunənin xarakteristikası və işarəsi;

  • nümunənin alınma və sınağın aparılma tarixi;

  • sınaqların aparılmasına texniki tapşırığın işarəçi, metodun və prosedurun şərhi (lazım gələrsə);

  • nümunələrin seçilməsi prosedurunun şərhi;

  • sınaqların aparılmasına aid texniki tapşırıqda edilən ixtiyari dəyişikliklər, yaxud müəyyən sınaqlara aid digər informasiya;

  • qeyri-standart sınaq metodlarına, yaxud prosedurlara aid verilənlər;

  • cədvəllərlə, qrafiklərlə, çertiyojlarla və fotoşəkillərlə təsdiq olunan ölçmələr, müşahidələr və alınmış nəticələr, lazım gələrsə ixtiyari qeydiyyatdan keçirilmiş imtinalar;

  • ölçmə xətalarının təsdiq edilməsi (lazım gələrsə);

  • sınaq protokolunun hazırlanmasına cavabdeh vəzifəli şəxsin imzası və onun tərtib olunma tarixi;

  • protokolun ancaq sınaqdan keçmiş nümunələrə aid olduğunu göstərən ərizə;

  • sınaq laboratoriyasının icazəsi olmadan protokolun qismən yenidən çap edilməsini mümkünsüz edən ərizə.

Sınaq protokolunda çap olunduqdan sonra düzəlişlər, yaxud əlavələr ancaq ayrıca sənəd şəklində tərtib olunur, məsələn, «sınaq protokoluna əlavələr». Sınaq protokolunda qiymətləndirilmələri yerləşdirmək, sınaqların nəticələri üzrə məsləhətlər vermək məsləhət görülmür. Sınağın nəticələri səliqə ilə, aydın, tam və birmənalı şəkildə tətbiq olunan sınaq metoduna işlənmiş təlimatlara uyğun təqdim olunmalıdır. Kəmiyyət göstəricilər hesabı, yaxud qiymətləndirici xəta ilə təqdim olunmalıdır.

Sınaqların bütün protokolları lazımi yerdə, məxfiliyi gözləməklə, əgər qanunla digər tələblər müəyyən olunmayıbsa, saxlanılır.

Sınaqların keyfiyyətini təmin etmək üçün ölçmə vasitələrinin istismarı, sınaqlar və nəzarətlə bağlı prosedurlar böyük əhəmiyyətə malikdir. Burada aşağıdakıları nəzərə almaq lazımdır:


  • lazımi texniki və metroloji xarakteristikaları göstərməklə sınaq, ölçmə və nəzarət vasitələrinin reyestrinin aparılması;

  • bu avadanlığın markalanması və saxlanması;

  • hər bir işçi yerində ölçmələrin, sınaqların və nəzarətin aparılması üçün metodikaların mövcudluğu;

  • texniki xidmət və təmir qrafiklərinin, həmçinin yoxlama və kalibrləmə sənədlərinin mövcudluğu;

  • ölçmə vasitələrinin, sınaqların və nəzarətin vəziyyətinə və istismarına cavabdeh şəxsin, bir qayda olaraq, mühəndis-metroloqun təyini.

Müqaviləyə (kontrakta) uyğun olaraq sınaq laboratoriyaları sınaqları sərbəst aparmalıdır. Lakin bəzi hallarda sınaq laboratoriyası sınaqların müəyyən hissəsini, subpodrat şərtləri əsasında «Qoyulmuş tələblərə cavab verən digər analoji laboratoriyaya verə bilər. Bu halda sınaq laboratoriyası əmin olmalıdır ki, subpodratçı sınaq laboratoriyaları üçün müəyyən olunmuş səlahiyyətlilik meyarlarına cavab verir. Sınaq laboratoriyası sınaqların müəyyən hissəsinin digər laboratoriyaya vermək istəyini sifarişçiyə mütləq bildirməlidir. Subpodratçı sifarişçi tərəfindən qəbul olunmalıdır. Sınaq laboratoriyaları supodratçıların səlahiyyətliliyini və qoyulmuş tələblərə uyğunluğunu təsdiq edən sənədləri qeydiyyatdan keçirib saxlayır, həmçinin subpodrat əsasında yerinə yetirilən bütün işləri qeydiyyatdan keçirir.

Sınaq laboratoriyasının texniki səlahiyyətliliyini təsdiq edən növbəti lazımi elementi, aparılan sınaqlara aid normativ sənədlərlə təmin olunmasıdır.

Akkreditasiya olunmaq istəyən laboratoriya Dövlətstandartın məsləhətlərinə uyğun 10 qrupa bölünən aşağıdakı sənədlərə malik olmalıdır:

Hüquqi sənədlər:


  • sınaq laboratoriyası haqqında;

  • sınaq laboratoriyasının pasportu;

  • akkreditasiya attestatı;

  • lisenziya (qanunvericiliklə nizamlanan sahədə sertifikasiya məqsədləri üçün sınaqlar apararkən).

Təşkilati-metodiki sənədlər – ISO, ISO/BEK sənədləri, EN45000 seriyalı Avropa və uyğun Dövlət standartları. Bu standartlar akkreditasiya olunmuş laboratoriyaların təşkilati və metodiki məsələlərini nizamlayır.

Sınaqdan keçiriləcək məhsula normativ sənədlər:

  • sınadan keçiriləcək məhsula texniki tələbləri nizamlayan sənədlər və laboratoriyanın akkreditasiyası sahəsində məhsulun sınaq və seçmə metodları;

  • standartlar və digər normativ sənədlər, ISO, BEK və digər standartlar və Rəhbəredici sənədlər.

Keyfiyyətin təmin edilməsi sisteminə sənədlər – keyfiyyət üzrə rəhbərlik.

Sınaq və ölçmə avadanlığına sənədlər:



  • avadanlığın adı və növü;

  • hazırlayan müəssisə (firma), tip (marka), zavod və inventar (nömrələri);

  • avadanlığın hazırlanma, alınma və istismara buraxılma tarixləri;

  • alınan zaman vəziyyəti (təzə, istifadə olmuş, təmirdən sonra və s.);

  • mövcud çatışmazlıqlar, təmirlər, texniki xidmət haqqında məlumatlar;

  • attestasiyalar, yoxlama haqqında məlumatlar;

  • sınaq avadanlığının və ölçmə vasitələrinin istismar və texniki xidmətləri haqqında sənədlər;

  • hər bir sınaq avadanlığına və ölçmə vasitələrinə pasportlar;

  • ölçmə vasitələrinin yoxlanmalarına metodikalar, həmçinin sınaq avadanlığının attestasiyasına proqramlar və metodikalar;

  • standartlaşdırılmamış sınaq və ölçmə metodikalarının attestasiyası və təsdiq edilməsi qaydası;

  • ölçmə vasitələrinin yoxlamasının və sınaq avadanlığının attestasiyasının uçotu haqqında sənədlər; sınaq avadanlığının attestasiyası və ölçmə vasitələrinin yoxlanma qrafikləri.

Kargüzarlıq sənədləri:

  • laboratoriyanın əməkdaşlarının şəxsi işləri;

  • vəzifə təlimatları;

  • laboratoriyanın əməkdaşlarının attestasiyası üzrə materiallar;

Məmulatların sınaqdan keçirilən nümunələrinə sənədlər:

  • (pasport, texniki izahatlar, sınaqdan keçirilən məmulatın istismarına sənədlər), həmçinin aşağıdakıları özündə əks etdirən təlimatlar:

  • məmulat nümunələrinin identifikasiya qaydası;

  • qəbul zamanı nümunələrin komplektliliyi və işə qabiliyyətliyinin yoxlanma qaydası;

  • məmulat nümunələrinə sənədlərin kompleksliliyinə tələblər;

  • nümunələrin saxlanmasının təmin edilməsi qaydası;

  • məmulat nümunələrinin sifarişçiyə qaytarılma qaydası.

Sınaqların aparılması və verilənlərin qeydiyyat qaydasına sənədlər:

  • sınaqların aparılması proqramları və metodikaları;

  • hesabat qaydalarını və hesabat üçün verilənləri əks etdirən sənədlər;

  • ölçmə və sınaq nəticələrini əks etdirən işçi jurnallar;

  • sınaq protokolu;

  • aparılmış sınaqlar haqqında hesabatlar:

Binalarda şəraitin gözlənilməsinə sənədlər:

  • istehsalat binalarında lazımi qaydanı təmin etmək üçün təlimatlar və binaların vəziyyətinə nəzarət jurnalı;

  • lazımi ətraf mühit şəraitinə nəzarət edən və onu gözləyən avadanlığa istismar şəraiti.

Arxiv üzrə sənədlər:

  • ölçmələrin və sınaqların nəticələrinin arxivinin aparılması qaydası haqqında təlimatlar.

  • işçi jurnalları;

  • hesabat üçün verilənlər;

  • protokollar;

  • hesabatlar;

  • nümunələri müşayiət edən sənədlər;

Sınaq laboratoriyası məcburi qaydada, on akkreditasiya sahəsinə uyğun, keyfiyyəti təmin edən daxili sistemə malik olmalıdır. Bu sistemin elementləri istifadə üçün laboratoriyanın heyətinə təqdim olunan «Keyfiyyət üzrə Rəhbərlik» sənədinə daxil edilir. Sifarişçiyə təqdim olunmaq üçün bu sənədin qısaldılmış variantının işlənməsi ilə icazə verilir. Əgər sınaq laboratoriyası uyğun Dövlət yaxud EN45001 Avropa standartlarının tələblərinə cavab verirsə, onda o, akkreditasiya üçün sifariş verir. Sifarişlə birlikdə akkreditasiya üzrə orqana laboratoriyanın qərəzsizliyini, toxunulmazlığını və texniki səlahiyyətliliyini təsdiq edən bütün lazımi sənədlər göndərilir. Həm sertifikasiya üzrə orqan üçün, həmçinin sınaq laboratoriyası üçün akkreditasiya qaydası, ümumiyyətlə eynidir.


Mövzu18

Xarici ölkələrdə sertifikatlaşdırma təcrübəsi
PLAN

  1. Rusiyada sertifikatlaşdırma təcrübəsi

  2. Registrin əsas fəaliyyət istiqamətləri

  3. Keyfiyyət sahəsində AB-nin siyasəti.

ƏDƏBIYYAT
1.QafarovА.М.,ŞıxverdiyevА.Ş.,Sertifıkatlaşdırma. Вakı. Çaşıoğlu, 2007

2.Яблонский О.П.Основы стандартизации, метрологии, сертификации М.2010
Keyfiyyəti təminetmə sisteminin İSO–nun 9000 seriyalı standartlara uyğunluğunun sertifikatlaşdırılması xarici ölkələrdə geniş inkişaf etdiyi halda Rusiyada bu problemə diqqət ancaq axırıncı illərdə ciddi olaraq yönəldilmişdir. Bu cür geri qalmanın mümkün səbəblərindən biri son zamanlarda istehsalın aşağı düşməsi və fəaliyyətdə olan müəssisələrin öz məhsullarını ixracata zəif yönəltməsidir. Rusiyanın çox az istehsalat müəssisələri keyfiyyət sisteminin sertifikatlaşdırılmasının vacibliyini və lazımlığını başa düşüblər. Cəmi bir neçə yüz Rusiya müəssisəsi keyfiyyət sisteminə sertifikata malikdir. Halbuki xaricdə on minlərlə firma bu sertifikatın sahibidir.

Xarici mütəxəssislər belə hesab edirlər ki, keyfiyyəti təmin etmə sisteminə uyğunluq sertifikatı firmaya xeyli xeyir və üstünlük verir. Sertifikat biznesdə partnyorun etibarlılığına təminat verir. Sertifikat biznesdə partnyorun etibarlılığına təminat verir. Bu həmçinin bankların münasibətlərinə də aiddir. Onlar keyfiyyət sistemləri sertifikatlaşdırılmış firmalara həvəslə kredit verirlər. Sığorta şirkətləri də bu cür firmalara üstünlük verirlər. Keyfiyyət sisteminə sertifikat məhsul təchizatı üçün kontraktların bağlanmasının xeyrinə tutarlı arqumentdir. Qərbin ekspertləri qeyd edirlər ki, yaxın gələcəkdə vahid Avropa bazarında kontraktların 95%-ə qədəri təchizatçı firmalarda keyfiyyət sisteminə sertifikat olduğu halda bağlanacaqdır. Keyfiyyətsiz məhsulla bağlı məhkəmədə vəsatətlər qaldırıldıqda keyfiyyət sisteminə sertifikata məhkəmədə firmanın təqsirkar olmadığına sübut kimi baxılır. Müxtəlif tenderlərdə iştirak etmək üçün məcburi şərt keyfiyyət sisteminə sertifikatın olmasıdır. Keyfiyyət sisteminin sertifikatlaşdırılması müəssisənin (firmanın) daxili işlərinə də müsbət təsir edir, belə ki, sertifikatlaşdırmya hazırlıq prosesində keyfiyyət sistemləri bazar iqtisadiyyatının xüsusiyyətlərinə uyğunluğa gətirilir; məhsulun sertifikatlaşdırılması prosesi yüngülləşir.

Rusiyada bazar münasibətlərinin inkişafı və həmçinin onun xarici iqtisadi məsələləri RF-in Dövlət standartını 1995-ci ildə RF-də keyfiyyət sisteminin sertifikatlaşdırılmasının inkişafı üçün iş proqramını qəbul etməyə stimullaşdırdı. Bu proqrama uyğun olaraq “Keyfiyyət sisteminin və istehsalın sertifikatlaşdırılması Sistemi” işlənmiş və qəbul olunmuşdur. Bu sistem “Keyfiyyət sisteminin Registri” (qısaca – Registr) adlanır. Bu könüllü sertifikatlaşdırma sistemidir, lakin o, Rusiya dövlətinin məcburi sertifikatlaşdırma sistemi olan QOSTP sisteminin bir hissəsini təşkil edir. Keyfiyyət sisteminin nişanından ancaq nişanın üstündə “Registr” və nişanın altında İSO standartının nömrəsinin göstərilməsi ilə fərqlənir.

Registr sistem kimi fəaliyyətdə olan qanunvericiliyə, sertifikatlaşdırma qaydalarına və Rusiya dövlətinin normativ sənədlərinə və həmçinin keyfiyyət sistemlərinin sertifikatlaşdırılması sahəsində Avropa və Beynəlxalq qaydalara və normalara uyğun təşkil olunmuşdur.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin