MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n


Əmtəə istehsalı və təsərrüfatın təşkilati formaları



Yüklə 362,16 Kb.
səhifə24/68
tarix02.01.2022
ölçüsü362,16 Kb.
#43856
1   ...   20   21   22   23   24   25   26   27   ...   68
iqtisadiyyat az

Əmtəə istehsalı və təsərrüfatın təşkilati formaları.

Cəmiyyətin tarixi inkişaf prosesinin müxtəlif mərhələlərində iqtisadi həyatın ümumi formaları fəaliyyət göstərir. İqtisadi həyatın ümumi formaları keyfiyyətcə bir-birindən fərqlənir və daimi xarakter daşımırlar. İqtisadi həyatın bu formaları və ya təsərrüfat təşkilinin ümumi tipləri ictimai əmək bölgüsü və iqtisadi inkişaf səviyyəsi ilə səciyyəvidirlər. Bu ümumi iqtisadi proseslər və hadisələr vaxtaşırı dəyişirlər və təsərrüfat formalarınını inkişafına təkamül yaradırlar.

Təsərrüfatçılığın elə formaları vardır ki, onlar istehsal üsulundan, istehsalın konkret tarixi formalarından asılı olmayaraq bütün dövrlərdə mövcud olmuş və ümumi qanunlarla idarə olunmuşlar. İstehsalın natural və əmtəə təşkili formaları buna misal ola bilər. Bunlar istehsalın ictimai təşkilinin tarixən mövcud olan iki əsas formasıdır.

Natural istehsal (təsərrüfat) bazar iqtisadiyyatının hakim olduğu kapitalizmə qədərki, bütün istehsal üsulları şəraitində təsərrüfatçılığın əsas forması olmuşdur. Bu təsərrüfat formasının qapalı xarakterdə olması onun başlıca cəhətidir. Natural təsərrüfatda istehsal olunan məhsul istehsalçının öz ehtiyaclarını, təsərrüfatdaxili tələbatın ödənilməsi məqsədi ilə istehsal olunur. Burada istehsal istehlaka uyğun gəlir və məhsul əsasən istehsalçı tərəfindən istehlak olunduğu üçün kənara getmir. Qapalı təsərrüfatın bu forması özü üçün məhsul hazırlayan icmalarda olmuşdur. Quldar latıfundiya təsərrüfatları da natural xarakterli olur. Patriarxal kəndli təsərrüfatları və feodal malikanə təsərrüfatları da əsasən natural idi. Təhkimli kəndli və feodal münasibətləri açıq şəkildə, bilavasitə insani münasibətlər şəklində meydana çıxırdı, natural xarakter daşıyırdı. Xidmətlər və mükəlləfiyyətlər natural formalarda həyata keçirilir. Feodalizm cəmiyyətində təsərrüfat bütövlükdə natural xarakterdədir və istehsal olunan məhsullar əsasən daxili tələbatların ödənilməsinə yönəldilir.

İstehsalın natural formada olması məhsuldar qüvvələrin inkişaf səviyyəsinin aşağı olması və ictimai əmək bölgüsünün zəif inkişafı ilə bağlıdır. Buna görə də istehsalın müxtəlif sahələri və müxtəlif peşələr arasında iqtisadi əlaqələr zəif olur. İstehsalın natural forması xarici iqtisadi əlaqələrin yolunu bağlayır, onu məhdudlaşdırır, istehsalın mütərəqqi inkişafına mane olur, iş qüvvəsi konkret bir sahəyə bağlanıb qalır. Kənd icmalarının min illərlə yaşamasının səbəbi də təsərrüfatın natural forması olmuşdur. Xüsusi mülkiyyətlə bağlı olan natural iqtisadiyyatlar qeyri-iqtisadi məcburiyyət və şəxsi asılılıq münasibətlərinə əsaslanır.

Bütün deyilənlər onu sübut edir ki, natural təsərrüfat iqtisadi münasibətlərin qapalı sistemidir. Bu sistemdə bazarla əlaqə çox zəifdir. Ölkənin daxili regionları arasında iqtisadi əlaqələr yox dərəcəsində olur.

Qərb ədəbiyyatında natural münasibətlər sisteminin üstün olduğu təsərrüfatları ənənəvi iqtisadiyyat adlandırırlar.

Təsərrüfatın təşkilinin əsas formalarından biri də əmtəə istehsalıdır. Əmtəə istehsalınını meydana gəlməsi ibtidai icma istehsal üsulunun dağıldığı dövrə təsadüf edir. O quldarlıq və feodal istehsalı şəraitində daha da inkişaf edir. Kapitalizmdə isə özünün ən yüksək zərvəsinə çatır və bazar iqtisadiyyatının genetik əsası olmaqla onun formalaşmasına səbəb olur. Əmtəə istehsalı təsərrüfat təşkilinin xüsusi bir forması kimi natural təsərrüfatın alternativi (əksliyi) kimi meydana gəlmişdir və ona belə bir tərif vermək olar: əmtəə istehsalı elə bir ictimai təsərrüfat sistemidir ki, burada istehsalçılar və istehlakçılar ictimai əmək bölgüsü sistemində fəaliyyət göstərir, məhsulları bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı adamlar istehsal edirlər. Həm də onlar, özləri də bilmədən bir-biri üçün işləyirlər və tələbatlarını ödəmək üçün bazar vasitəsi ilə əlaqəyə girib məhsullarını mübadilə edirlər. Elə bu səbəbdən də mübadilə olunan məhsullar əmtəə olur və adamlar arasındakı münasibətlər bazar vasitəsilə, onların əməklərinin məhsullarının alqı-satqısı vasitəsilə meydana çıxır.

İstehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslanan əmtəə istehsalının iki əsas tipi: sadə və kapitalist əmtəə istehsalı mövcuddur.

Sadə əmtəə istehsalı hər hansı bir cəmiyyətin inkişafında ayrıca, müstəqil bir təsərrüfat forması olmamışdır. O təkcə bir istehsal üsulunda deyil, bütün sosial-iqtisadi sistemlərdə mövcud olub fəaliyyət göstərir.

Sadə əmtəə istehsalı kapitalist əmtəə istehsalının meydana gəlib inkişaf etməsində xüsusi rol oynamışdır. Sadə əmtəə istehsalı xırda xüsusi mülkiyyətçilərin, məsələn, kəndlilərin, sənətkarların öz istehsal vasitələri və şəxsi əməklərinə əsaslanan, bazarla bağlı olan istehsaldır. Kapitalist əmtəə istehsalı isə xüsusi mülkiyyətə və muzdlu əməyə əsaslanan sahibkarlar tərəfindən idarə olunan və nəticəsi xüsusi formada mənimsənilən istehsaldır. Kapitalizmdə əmtəə istehsalı ümumi xarakter alır.

Əmtəə istehsalının mövcudluğunun ilkin şərti və ümumi əsası ictimai əmək bölgüsüdür. Nə qədər ki, texniki tərəqqinin hüdudu yoxdur, əmək bölgüsünün inkişafının da sonu yoxdur. Deməli, əmtəə təsərrüfatının təkmilləşdirilməsinin də hüdudu yoxdur.

İctimai əmək bölgüsü əmək fəaliyyətinin müxtəlif növləri üzrə xüsusiləşməsidir. Lakin ictimai əmək bölgüsü özlüyündə məhsul istehsalını əmtəə kimi zəruri etmir. Əmək məhsulu o zaman əmtəə olur ki, istehsalçılar mülkiyyətçi kimi xüsusiləşmiş olurlar.

Ayrı-ayrı istehsalçıların xüsusiləşmiş xarakteri və onlar arasında ictimai əlaqə isə istehsal vasitələri üzərində mülkiyyətin forması ilə müəyyən olunur. Beləliklə, istehsal olunan məhsulun əmtəə kimi meydana gəlməsinin ümumi əsası, ictimai əmək bölgüsü, zəruri şərtləri isə istehsal vasitələri və əmək məhsulları üzərində xüsusi mülkiyyətin olmaması və istehsalçıların xüsusi mülkiyyətçi kimi əlahiddələşib müstəqil fəaliyyət göstərmələri çıxış edir.



Əmtəə istehsalının meydana gəlməsinin maddi şərti ictimai əmək bölgüsünün inkişaf səviyyəsidirsə, sabəbi istehsal vasitələri üzərində xüsusi mülkiyyətdir.

Əmək bölgüsü yanaşı olan müxtəlif konkret əmək növlərinini məcmusu olub, ictimai əməyin hissələrini təşkil edir. İctimai əmək bölgüsü cəmiyyətin inkişafı prosesində əmək fəaliyyətinin keyfiyyətcə differensiasiyasıdır. Onun inkişafı istehsalın tərəqqisinin: işçilərin ixtisasının və bacarığının yüksəlməsini, həmçinin də əməyi asanlaşdıran və ixtisar edən, bir adamın bir neçə nəfərin işini yerinə yetirməsinə imkan verən maşının ixtira edilməsini nəzərdə tutur. İxtisaslaşdırılan müəssisələrdə nemət istehsalının artması, onların artıq sayının, böyük sayda digər faydalı şeylərə dəyişdirilməsi imkanı və zərurəti yaradır.

Tarixən üç böyük ictimai əmək bölgüsü olmuşdur. Birincisi, maldarlığın əkinçilikdən ayrılması; ikincisi sənətkarlığın əkinçilikdən ayrılması; üçüncüsü, tacir tayfalarınını meydana gəlməsidir. Əmək bölgüsünün sonrakı inkişafı onun daha da dərinləşməsinə, əməyin differensiasiyası və bir-birindən ayrılmış əmək növləri arasındakı asılılığın güclənməsinə səbəb olmuşdur.

İctimai əmək bölgüsünün aşağıdakı formaları meydana gəlmişdir:



  1. Beynəlxalq əmək bölgüsü.

  2. Ümumi (xalq təsərrüfatının sənaye, kənd təsərrüfatı, nəqliyyat və s. kimi iri sahələrə ayrılması) əmək bölgüsü.

  3. Xüsusi (sahələrdaxili müəssisələr daxilində istehsalın növləri üzrə bölünməsi) əmək bölügüsü.

  4. Fərdi (peşələr üzrə) əmək bölgüsü.

Əmək bölgüsünün inkişafı, təsərrüfat əlaqələrinin açıq olmasına, bazar xarakterli münasibətlərin əmələ gəlməsinə şərait yaratmışdır.

Məhz ikinci böyük ictimai əmək bölgüsü və xüsusi mülkiyyətin yaranması nəticəsində sadə əmtəə istehsalı meydana gəlmişdir. Sadə əmtəə istehsalı feodalizmin dağılmasında və kapitalizmin meydana gəlməsində mühüm rol oynamışdır.

İnkişafın ilk çağlarında əmtəə istehsalı sahəsindəki işçilərin nisbətən az məhsul istehsal etmələri və kifayət qədər inkişaf etməyən tədavül çox vaxt iqtisadiyyatda başlıca mövqe tutan natural təsərrüfatla qonşu olur. Kapitalizmdə inkişaf etmiş əmtəə təsərrüfatının meydana gəlməsi natural istehsalın hökmranlığına son qoyur, bütün məhsullar əmtəəyə çevrilir. İnsanların iş qüvvəsi də alqı-satqı obyektinə çevrilir.

Klassik kapitalizm şəraitində əmtəə istehsalı daha da inkişaf edir. Sadə və kapitalist əmtəə istehsalı arasında ümumi fərqli cəhətlər vardır. Ümumi cəhətlər bunlardır:



  1. Hər ikisi, istehsal vasitələri üzərində xüsusi mülkiyyətə əsaslanır.

  2. Hər ikisi üçün istehsalçılar arasında rəqabət mübarizəsi xarakterikdir.

Bu növ əmtəə istehsalı arasında fərqlər də vardır.

  1. Sadə əmtəə istehsalında istehsal vasitələri və istehsal olunan məhsul bilavasitə istehsalçıya məxsusdur. Kapitalist əmtəə istehsalında isə sahibkar kapitalistə məxsusdur.

  2. Sadə əmtəə istehsalının məqsədi istehsalçının öz şəxsi tələbatını ödəməkdir. Kapitalist əmtəə istehsalının məqsədi isə gəlir əldə etməkdir.

3. Sadə əmtəə istehsalı şəxsi əməyə, kapitalist əmtəə istehsalı isə muzdlu əməyə əsaslanır.

Sadə əmtəə istehsalçısı ikili təbiətə malikdir. Onlar bir tərəfdən şəxsi əməyi ilə yaşayış vasitələri əldə edən zəhmətkeşlərdir, digər tərəfdən xüsusi mülkiyyətçilərdir. Onlar bazarda öz əməklərinin məhsullarını satırlar, digər tərəfdən isə varlanmağa çalışırlar.

Hər iki əmtəə istehsalı tipi bazar iqtisadiyyatının mövcudluğunun zəruri şəraitini təşkil edir və yanaşı mövcud olurlar.


Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin