3. Sahibkarlıq fəaliyyətinin anlayışı, mahiyyəti və məqsədi
Mülkiyyətə olan münasibət əmlakla yaranan hissələrdir. Yəni əmlak üzərində sahiblik, ona sərəncam vermək, onun nəticələrindən istifadə etmək hissələridir.
Mülkiyyətlə sahiblik yanaşı, bir sırada durur və ayrılmazdır.
Sahibkarlığın özü mülkiyyətdən, axırıncının məzmunundakı sahiblik hissindən irəli gəlir.
Sahibkarlıq xüsusi mülkiyyətlə birgə təşəkkül tapsa da, kapitalizmin yaranması ilə daha da genişlənir. Lakin sahibkarlıq fəaliyyətinin müəyyənləşməsində müxtəlif iqtisadçıların verdikləri təriflər fərqlənir. Bəzi iqtisadçılara görə sahibkar mənfəət əldə etmək naminə istehsal üçün maddi amillərə yiyələnən, digərlərinə görə istehsal amillərini kombinələşdirən və idarəedən, müasir Qərb iqtisadçılarına görə isə istehsalı yaradan, onun təşəbbüskarıdır.
Sahibkar mənfəət və yaxud şəxsi gəlir götürmək məqsədilə hər hansı növ təsərrüfat fəaliyyəti üçün zəruri olan amillərə malik təsərrüfat subyektinə deyilir.
Sahibkarlıq fəaliyyəti ilə ayrı-ayrı adamlar, adamlar qrupu, dövlət və başqa subyektlər məşğul olur, iqtisadi məsuliyyət və ticarət göstərməklə ümumi gəlir və mənfəət əldə etmək istiqamətində fəaliyyət görtərirlər.
Bazarın əsas subyekti olan sahibkar özünə məxsus mülkiyyətin iqtisadi cəhətini hüquqi bazaya əsaslanaraq konkret təşkilati mexanizm vasitəsilə reallaşdırır.
Sahibkarlıq, yaxud sahibkarlıq fəaliyyəti iqtisad elminin mühüm tədqiqat obyektlərindən biridir. Təsadüfi deyildir ki, bazar təsərrüfatının mühüm aparıcı şəxsi məhz sahibkar hesab edilir. Hazırda sahibkarlığın mahiyyətini bir çox cəhətdən müəyyən etməyə səy göstərirlər. Bunlardan daha ümumilərini ayırmaq istəsək, bunlar aşağıdakılardan ibarət olar:
Sahibkarlıq fəaliyyətinin məqsədi mənfəət götürməkdir. Yəni malların satışından əldə edilən pul gəlirləri həmin malların istehsalı və satış xərclərindən çox olmalıdır;
Sahibkarlıq fəaliyyətinin məzmunu sahibkarın sərəncamında olan resursların (pulun, maddi resursların, əməyin və s.) elə kombinasiyasının tapılmasıdır ki, qarşıda duran məqsədə çatmaq təmin oluna bilsin.
1. Sahibkarlıq fəaliyyətinin (sahibkarlığın) subyekti yalnız ayrı- ayrı vətəndaşlar və onların birliyi ola bilər;
2. Sahibkar bır istehsalçı kimi mülkiyyətçi və menecerlə (idarəedici) eyniləşdirilə bilməz; a) sahibkar istifadə etdiyi resursların mülkiyyətçisi ola da bilər, olmaya da, mülkiyyətçi isə sahibkarlıqla məşğul olmadan mülkiyyət hüququna görə ona məxsus torpağı icarəyə verə bilər (belə halda sahibkar icarədar kimi çıxış edir); b) İdarəetmə obyektindən asılı menecer fəaliyyətinin bilavasitə məqsədi mənfəət götürmək deyildir.
Azərbaycan qanunvericiliyi sahibkarı mənfəət əldə etməyə yönələn fəaliyyətin subyekti, özünün xüsusi əmlakına cavabdeh olan şəxs kimi müəyyən edir.
Yeni siyasi və iqtisadi sistemə keçid mərhələsində sahibkarlıq fəaliyyəti yaranmağa və milli iqtisadiyyatda özünəməxsus yer tutmağa başladı.
Azad insan hüquqları təmin edə bilən sistem mülkiyyəti sərbəst artırmaqla, azad əmək fəaliyyəti ilə, qanun qarşısında insanların bərabərliyi ilə və digər amillərlə birlikdə hər kəsə öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə etmək imkanı yaradır, təkbaşına və ya qrup halına sahibkarlıq fəaliyyətilə məşğul olmaq hüququ verir. Dövlət əmlakının özəlləşdirilməsi və sahibkarlıq fəaliyyətindən vergi və icbari ödənişlər şəklində daxil olan vasitələrin böyük xüsusi çəkiyə malik olması, işçi qüvvəsinin əksər hissəsinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, milli kapital və milli sahibkarların formalaşması sürətlənir. Beləliklə, milli iqtisadiyyatın formalaşmasında, əhalinin maddi rifahının yaxşılaşmasında sahibkarlıq fəaliyyəti aparıcı subyekt kimi öz yerini tutur.
Sahibkarlıq fəaliyyəti dövlət tərəfindən toxunulmazlığı və müdafiəsi təmin edilən müxtəlif mülkiyyət növləri əsasında həyata keçirilir.
Sahibkarlıq fəaliyyəti fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə etməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti təsərrüfat fəaliyyətinin bütün növləri, o, cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi üzrə həyata keçirdikləri müstəqil təşəbbüskar fəaliyyətidir.
Sahibkarın hüquqları “Azərbaycan Respublikasının Konstitusiyası”, “Mülkiyyət haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” və digər AR qanunları ilə müdafiə olunur.
Hüquqi şəxs ayrıca əmlakı olan, öz adından fəaliyyət göstərən, məhkəmədə iddiaçı və cavabdeh olan, müstəqil balansa və möhürə malik, öhdəliklərinə görə ancaq öz əmlakı ilə məsuliyyət daşıyan qurumdur.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs əldə etmək məqsədilə öz şəxsi adından fəaliyyət göstərən, məhkəmədə fəaliyyətlə bağlı iddiaçı və cavabdeh kimi çıxış edə bilən, öhdəliklərinə görə öz şəxsi əmlakı ilə cavabdeh olan vətəndaşdır.
Sahibkarlıq fəaliyyətini hüquqi şəxs kimi və hüquqi şəxs yaratmadan (fiziki şəxslər) həyata keçirmək olar.
Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkarlar seçilmiş təşkilat formasından asılı olaraq tam və ya məhdud əmlak məsuliyyəti daşıyırlar.
Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyəllə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir.
Sözsüz ki, hər bir fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yanılmaqla və ya hüquqi şəxs yaratmamaqla apara bilər. Lakin bizim fikrimizcə, Azərbaycan şəraitində kiçik və orta biznesdə fəaliyyət sahəsindən asılı olaraq əksər hallarda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti daha sərfəlidir. Bunu hüquqi şəxs və yaxud fiziki şəxs kimi aparılan sahibkarlıq fəaliyyətinin üstün və çatışmayan cəhətlərində aydın görə bilərik. Hüquqi şəxslərlə müqayisədə sahibkar lizki şəxslərin üstün cəhətləri:
1. Qeydiyyatın asanlığı:
Siz özünüz kitabın müvafiq mövzularını oxuduqda görəcəksiniz ki, sahibkarın fiziki şəxs kimi qeydiyyata düşməsi hüquqi şəxslərin qeydiyyatına nisbətən çox asan və xərcsizdir.
2. Bürokratik işlərin məhdudluğu
Sahibkar fiziki şəxslər hüquqi şəxslərə nisbətən daha az “kağiz” işləri aparır və dövlət orqanlarına çox az sayda hesabatlar (balans və s.) təqdim edirlər. Kiçik biznesdə fəaliyyət göstərən sahibkarla! ümumiyyətlə münasibətlərin əməyindən istifadə etməyə bilərlər.
3. Sahibkar fiziki şəxslər hüquqi şəxslərə nisbətən daha az sayda vergi ödəyirlər, eyni fəaliyyət növündə çalışan sahibkar fiziki şəxslər əlavə dəyər vergisi (idxal əməliyyatları istisna olmaqla), avtomobil yolları istifadəçilərindən tutulan vergi və s. icbari ödənişləri ödəmirlər. Bu, sözsüz ki, eyni fəaliyyət sahəsində olan hüquqi və fiziki şəxslərin rəqabətində sahibkar fiziki şəxslərə üstünlüklər verir. Bununla dövlətin vergi siyasəti rəqabət şəraiti yaranmasına səbəb olur.
4. Sahibkar fiziki şəxs əmlakının tam sahibidir, bütün qərarları özü verir, mənfəətdən necə istifadə edilməsini özü müəyyən edir.
5. Bir sıra sahibkarları fiziki şəxs kimi fəaliyyət göstərməyə həvəsləndirən səbəblərdən biri də vergidən yayınmanın hüquqi şəxslərə nisbətən asan olmasıdır. Çünki hüquqi şəxslərə nəzarət daha güclüdür.
Bir sıra Qərb ölkələrində sahibkarlıq fəaliyyətinin fiziki şəxs kimi aparılmasının ən əsas stimulu fəaliyyətindən əldə edilən mənfəətin vergiyə cəlb edilməsi qaydasıdır.
Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən fiziki şəxsin əldə etdiyi gəliri ikiqat vergi qoymadan keçir. Birinci hüquqi şəxs kimi sahibkarlıq fəaliyyətindən götürülən mənfəət gəlir vergisinə cəlb edilir, yerdə qalan mənfəət fiziki şəxsə ödənildikdə həmin məbləğdən gəlir vergisi tutulur.
Sahibkarlıq fəaliyyəti fiziki şəxs kimi həyata keçirildikdə isə fəaliyyətdən əldə edilən deklarasiya mənfəətindən sahibkar gəlir vergisi ödəyir.
Lakin bu üstün cəhətin təsirini Azərbaycanın vergi qanunvericiliyi nəinki heçə endirib, hətta əksinə çevirib. Belə ki, sahibkar fiziki şəxslər mənfəətdən gəlir vergisindən başqa 20% məbləğində məcburi sosial sığorta haqqı ödəyirlər.
Sahibkarlıq və biznes fəaliyyətinin obyekti və subyektləri.
Sahibkarlıq və eləcə də biznes fəaliyyəti müəyyən obyekt və subyektlərin iştirakı ilə mümkün olur. Başqa sözlə sahibkarlıq və biznes fəaliyyəti zəruri maddi-iqtisadi resurslar və müəyyən peşə adamlarının birləşdirilməsi ilə baş tutur.
Sahibkarlıq və biznes fəaliyyətinin obyektləri hər şeydən əvvəl mülkiyyət formaları ilə səciyyələnir. Burada obyektlər xüsusi, dövlət, kollektiv, kooperativ, bələdiyyə və başqa formalarda ola bilir. Xüsusi obyektlər iri, orta və xırda əhatəli formalarda olurlar.
Sahibkarlarda təsərrüfat obyektləri, başqa sözlə mikroiqtisadi özəklər struktur şəkildə fəaliyyət göstərirlər. Mikroiqtisadi özəklərin ən geniş istiqamətlisi firma (müəssisə) adlanır (“firma” italyan mənşəli məfhumdur. O, tarixən, yəni ilkin dövrlərdə biznesmenin “ticarət adr mənasında işlədilmişdir).
Mikroiqtisadi özəklərin tarixən yaranmasının ilk əsasını yəqin ki, sadə əmək kooperasiyası təşkil edib. Sahibkarlıq və biznes fəaliyyəti tarixən inkişaf etdikcə obyektlərin də strukturunda çox müxtəliflik meydana gəlmişdir. Firma adı ilə birlikdə, ümumıyyyətlə, zavod, fabrik, şirkət, koperasiya, konsorsium, səhmdar cəmiyyətləri, fermer təsərrüfatları, trest, supermarketlər, birliklər və s. yaranmışdır.
Sahibkarlıq və biznes fəaliyyətində obyekt mülkiyyətçiləri, sahibləri çalışırlar ki, yüksək mənfəətə nail olmaq üçün istehsalın, ticarətin və digər məşğuliyyət dairələrinin həcmini artırsınlar. Bunun üçün texnoloji proseslərin təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır, daha yüksək artım sürətinə nail olmağa cəhd göstərilir, ümumi məsrəflərə nisbətən mənfəətin artım səviyyəsinin yüksək olması məqsədi güdülür. Onların hər biri yüksək mənfəətə nail olmaq üçün, rəqabət mübarizəsində fəallıq göstərmək üçün bütün vasitələrdən istifadə etməyə can atırlar.
Sahibkarlıq və biznes fəaliyyətinin subyektlərilə bazar iqtisadiyyatının subyektləri, demək olar ki, eyni məna kəsb edirlər.
Bu barədə isə bəzi əvvəlki mövzularda (xüsusilə birinci, səkkizinci) müxtəsər açıqlanma verilmişdir. Həmin məsələ bu mövzu ilə də bilavasitə üzvi əlaqəli olduğuna görə onlar haqqında nisbətən təkrar da olsa burada da qeyd etmək lazmıdır.
Sahibkarlıq və biznes fəaliyyətinin subyektlərinin hamısı bu və ya digər dərəcədə bazar agentləri adlanırlar. Birinci növbədə sahibkar və biznesmen subyektləri hesab olunurlar. Sahibkar, yuxanda qeyd edildiyi kimi, yüksək mənfəətə nail olmaq üçün hər hansı bir obyektin sahibinə, mülkiyyətçisinə deyilir.
Biznesmen də mənfəət, qazanc götürmək üçün müəyyən subyektə deyilir.
Sahibkarlıq və biznes fəaliyyətinin ayrılmaz, zəruri subyektləri orada çalışan kütləvi işçi qüvvələri və digər bütün muzdla işləyənlər hesab olunurlar.
Sahibkarlıq və biznes fəaliyyətinin subyekti eyni zamanda kütləvi alıcılardır. Bunların çoxluğu və alıcılıq qabiliyyətinin yüksək olması bir subyekt kimi həmin fəaliyyətdə çox mühüm rol oynayırlar.
Müasir sahibkarlıq və biznes fəaliyyətinin fəal subyektləri sırasında menecerlər xüsusi yer tuturlar. Onlar obyektlərin xüsusi idarəedicilərdirlər. Kənd təsərrüfatı istehsalı sahəsində subyekt kimi fermerlər fəaliyyət göstərirlər. Fermer - gəlir götürmək, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı istehsalı sahəsində fəaliyyət göstərən iş adamına deyilir. Ticarət sahəsində çalışan biznes fəaliyyətinin subyekti kommersant adlanır.
Kommersant qazanc, mənfəət əldə etmək məqsədilə ticarət fəaliyyətilə məşğul olan insanlara deyilir.
Beləliklə, göründüyü kimi, sahibkarlıq və biznes fəaliyyətində obyekt və subyektlərin hər biri özlərinə məxsus xüsusi mənalar kəsb edirlər.
Sahibkarlıq fəaliyyətinin kompleks inkişafı.
Azərbaycan Respublikasının Konstitusiyasında bazar iqtisadiyyatı və onun əsas elementlərindən olan işgüzarlıq və rəqabət mexanizminin formalaşması, inkişafı, həmçinin onun qorunması ilə bağlı fundamental müddəalar öz əksini tapmışdır. 1997-ci ildən başlayaraq bir sıra baza qanunvericilik aktları (proqramları) ilə ölkəmizdə sahibkarlığın hüquqi bazasımn formalaşmasında zəruri səviyyəyə nail olunmuş, təsərrüfat subyektlərinin dövlət qeydiyyatı prosesi xeyli təkmilləşdirilmişdir. Sahibkarlığın inkişafına maliyyə köməyinin göstərilməsi məqsədi ilə Nazirlər Kabineti tərəfindən Sahibkarlığa Kömək Fondunun fəaliyyətini təmin edərək zəruri mexanizmlər də yaradılmışdır. Fondun vəsaitinin formalaşdırılması mənbəyi əsasən dövlət büdcəsi olmuşdur. 1993-1999-cu illərdə fond tərəfindən kiçik sahibkarlığın öncül inkişafı istiqamətləri üzrə: yerli və gətirilmə xammaldan istifadə etməklə idxalı əvəz edən məhsulların istehsalı, yeni texnologiyaya əsaslanan ixrac qabiliyyəti məhsulların istehsalı, innovasiya yönümlü layihələr, qədim xalq sənətinin inkişafı sahələri üzrə layihələrə üstünlük verilmişdir. Bu müddət ərzində 900-dək sahibkarın investisiya layihəsi ekspertizadan keçirilmişdir. Belə ki, müsabiqə əsasında seçilmiş 20 investisiya layihəsinə 1999-cu ildə 3,1 milyard manat investisiya yardımı göstərilmişdir.
Respublikada kiçik və orta sahibkarlığın inkişafı sahəsində beynəlxalq və xarici ölkə təşkilatları ilə geniş əməkdaşlıq əlaqələri qurulmuşdur. Belə ki, BMT-nin İnkişaf Proqramı, Dünya Bankı, BVF, TASİS, BMT-nin Avropa İqtisadi Komissiyası, OECD, KTZ, EKO kimi təşkilatlarla geniş əməkdaşlıq həyata keçirilir. MDB, Balkan və Qara dəniz ölkələri ilə sahibkarlığın inkişafı sahəsində sabit əməkdaşlıq əlaqələri yaradılmışdır. Dünyanın inkişaf etmiş ölkələri - ABŞ, Türkiyə, AFR, Rusiya, Yaponiya, İsrail, İtaliya və Çin ilə ikitərəfli əlaqələr formalaşmaqdadır. Son illər kiçik sahibkarlığın inkişafına yardım sahəsində TASİS-in “Azərbaycanda kiçik və orta sahibkarlıq sektorunun inkişafı”, UNDP-nin “Azərbaycanın kiçik və orta özəl müəssisələri inkişafına yardım”, KTZ-nin “Azərbaycanda kiçik və orta müəssisələrə kömək” layihələri həyata keçirilir.
Kiçik və orta sahibkarlıq üçün təhsil, məsləhət və informasiya xidmətinin təşkili sahəsində həyata keçirilən tədbirlər də məqbul sayılmalıdır. Onların içərisində müasir tələblərə cavab verən işgüzar informasiya bankının yaradılması daha təqdirəlayiq haldır. Eyni zamanda yaradılmış strukturlar tərəfindən kiçik və orta bizneslə məşğul olan 1500 nəfərdən çox sahibkarların hazırlıq kursları və seminarlarda xüsusi hazırlıq keçmələri və qabaqcıl dünya təcrübəsinə yiyələnməkləri də kiçik biznesə kömək sahəsində ölkə miqyasında həyata keçirilən önəmli tədbirlər sırasındadır. Bu məqsədlə 100-dən çox iş adamı beynəlxalq təşkilatların proqramları çərçivəsində Avropa ölkələrində hazırlıq keçmiş və ixtisaslannı artırmışlar.
Kiçik və orta sahibkarlar üçün məsləhət xidmətinin təşkilində də dövlət tərəfindən fəal köməklik göstərilmişdir. Son illərdə xarici ekspert cəlb olunmaqla məsləhət xidməti ilə 2 mindən çox kiçik və orta müəssisə əhatə olunmuşdur. 1994-1999-cu illərdə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi tərəfindən 1500-dən çox biznes-təklif hazırlanmışdır. 1200-dən çox sahibkara əlavə məlumatların təminatı, işgüzar təkliflərin işlənməsi və yayılması, tərəf-müqabillərin axtarışı, danışıqların aparılması, reklam materiallarının hazırlanması və çap olunması xidmətləri göstərilmişdir.
Son illər kiçik və orta bizneslə məşğul olan sahibkarlar üçün vergi yükünün azaldılması istiqamətində də dövlət səviyyəsində müəyyən addımlar atılmışdır. Belə ki, mənfəət vergisi dərəcəsinin və məcburi sosial sığorta haqqının aşağı salınması istiqamətində konkret addımlar atılmış, kiçik biznes subyektlərinin bir qisminə vahid verginin tətbiqi, qanunvericilikdə təsbit olumnuş, əsas sənətkarlıq sahəsində hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti göstərən şəxslərin gəlir vergisindən və həmin sənətkarların emalatxana binaları üçün əmlak vergisindən azad edilməsinə dair ölkə parlamenti tərəfindən çox önəmli qərarlar qəbul olunmuşdur.
Ölkə miqyasında kiçik biznesə kömək sahəsində yuxanda qeyd edilən və diqqət mərkəzindən qaçırılmış təşkilati-hüquqi, beynəlxalq, sosial-iqtisadi tədbirlərin əhəmiyyətini azaltmadan qeyd etməliyik ki, hazırda kiçik sahibkarlıq sektorunun inkişafı sahəsində dövlətin fəaliyyəti, sahibkarların qarşılıqlı əməkdaşlığı, onların xarici-iqtisadi əlaqələri, bank-kredit və maliyyə məsələləri ilə bağlı bır sıra problemlər öz həllini gözləyir. Bu məqsədlə hazırlanan Sahibkarlığa Kömək Dövlət Proqramı özündə büdcədən maliyyələşmə, normativ-hüquqi, vergi güzəştləri və s. kimi məsələləri əhatə etməlidir. Ərazi və Sahə proqramları isə yerli xüsusiyyətləri nəzərə alan təşkilati-texniki təminat, təchizat, mövsümi yardım, kadr hazırlığı, yerli vəsaitdən maliyyə köməyi və şairəni özündə əks etdirməlidir.
Sahibkarlıq fəaliyyəti, xüsusilə də kiçik biznes - hüquqi-iqtisadi bazaya əsaslanan azad rəqabət şəraitində, maliyyəsiz, dövlət qayğısı hiss edən, işin son nəticəsi tam stimullaşan şəraitdə həyata keçirilməlidir. Eyni zamanda sahibkarlığın idarə edilmə prosesi təkcə ölkə səviyyəsindəki idarəetmə orqanları tərəfindən deyil, həm də müəssisənin yerləşdiyi ərazidə də məqsədli sistem yanaşması əsasında şərtləşməlidir. Belə ki, sahibkarlığın inkişafı prosesini təmin edən ərazi idarəetmə orqanlarının formalaşması vacibdir. Bu işdə Sahibkarlara Kömək Ərazi Proqramı bələdiyyələrin fəaliyyətinin əsasını təşkil etməlidir.
Sahibkarlara kömək üzrə müvafiq sahə proqramı isə əsasən lokal məsələlərin həlli üzrə istiqamətləri şərtləşdirməlidir. Təəssüflə qeyd etməliyik ki, hazırda respublikamızda sahibkarlara kömək üzrə Ərazi və Sahə proqramları təıtib edilməlidir. Bu təbiidir, Belə ki, bazar münasibətlərinə keçidlə əlaqədar dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində həmin proqramları tərtib edə biləcək bir sira sahə elmi- tədqiqat təşkilatları ləğv edilmişdir. Yeni məzmunda fomıalaşan İqtisadi İnkişaf Nazirliyi də vəsait və kadr çatışmaqlığı səbəbindən göstərilən proqramları hələ ki, tez bir zamanda işləyib hazırlamaq iqtidarında deyildir. Ona görə də bu nazirlik sahibkarlara kömək və onun inkişafı üzrə ərazi (region) kompleks proramının nümunəvi quruluşunun və məzmununun tərtib edilməsini ön plana çəkməlidir. İlkin cəhd saydığımız və məzmununa tam iddia etmədiyimiz, tövsiyə xarakterli həmin proqram ilk növbədə özündə ərazinin sosial-iqtisadi cəhətdən qiymətləndirilməsinin mövcud vəziyyətini əks etdirməlidir. Proqramda sahibkarlıq fəaliyyətinin inkişafının prinsipləri, öncüllüyü, mərhələləri, forma və metodları, maliyyə-kredit, maddi-texniki təchizatla təminat bölmələri əks olunmalıdır.
Respublikada sahibkarlığa kömək məqsədilə hazırlanan kompleks proqramının nümunəvi strukturunu aşağıdakı kimi təklif etmək olar:
Proqramın məqsədi və vəzifələri:
a) regionun əhalisinin işgüzar aktivliyini təmin etmək məqsədilə sahibkarlıq fəaliyyəti üçün bazar infrastrukturlarının iqtisadi və hüquqi mühitinin formalaşdırılması;
b) ərazidə əhalinin sərbəst sahibkarlıq fəaliyyəti göstəricisinə real imkan yaratmaq üçün onların - istehsal, maddi-texniki təchizat, maliyyə, informasi və digər ehtiyatlardan istifadə edə bilmək imkanının yaradılması;
v) iqtisadiyyatın özəl bölməsini inkişaf etdirməklə bazarı əhalinin tələbatını ödəyən məhsullarla (xidmətlə) təmin etmək, regionda ayrı-ayrı sahələrin sürətli inkişafına şərait yaratmaq və kütləvi işsizliyi aradan qaldırmaq;
q) ərazidə əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmək və sahibkarlıq fəaliyyəti haqqında müsbət ictimai rəyin formalaşması və s.;
Sahibkarlıq fəaliyyətinin inkişafının prnsipləri və metodları isə bunlardan ibarətdir:
a) mülkiyyət formasından asılı olmayaraq, bütün təsərrüfat subyektlərinə mövcud qanunvericilik əsasında azad və bərabər iş şəraiti yaratmaq;
b) sahibkarlığın inkişafı üzrə dövlət və ərazi idarəetmə orqanlarının aktiv cəlb olunması ilə işgüzar insanların hüquq və vəzifələrini nəhdudlaşdırmağa imkan verməmək;
c) müxtəlif bazar infrastrukturlarının inkişafını balanslaşdırmaq;
ç) proqramlara məqsədli yanaşılması əsasında ictimai problemlərin həllini ərazinin (şəhərin, rayonun) sosial-demoqrafık və təbii coğrafi xüsusiyyətlərinə uyğun kiçik biznesin inkişaf etdirilməsi;
d) sahibkarlıq fəaliyyətinin inkişaf problemləri üzrə ərazi (yerli) normativ aktlarının, metodiki vəsaitlərin və təkliflərin hazırlanması.
1) sahibkarlığa kömək və onun inkişafı üzrə görülmüş işlər haqqında əhali kütləsinə geniş məlumat vermək, onlara məsləhət xidməti göstərmək;
ə) daha səmərəli layihələri seçmək məqsədilə dövlət köməyi almaq istəyən sahibkarlar arasında müsabiqə (tenderlər) təşkil etmək;
f) sahibkarlıq fəaliyyəti üçün aktual sayılan problemlərin həlli üçün maraqlı təklifləri də cəlb etməklə ərazi (rayon, şəhər) üzrə sahibkarların yığıncaqlarını, konfranslarını, konqreslərini, dəyinni masalarını v. s. keçirmək.
Qeyd etmək lazımdır ki, proqramın həyata keçirilməsinin hər mərhələsi öncül istiqamətləri, vaxt amili baxımından özündə əks etdirməlidir.
Proqramda prioritet istiqamət olaraq ərzaq məhsullarının istehsalı və emalı, sənaye məhsullarının, xalq istehlakı mallarının, dərman preparatlarının, tibbi-texniki ləvazimatların istehsalı, əhaliyə məişət və kommunal xidmətləri göstərmək, istehsal mənzil və sosial təyinatlı obyektlərin tikilməsi, əhaliyə satmaq üçün tikinti materiallarının istehsalı, innovasiya fəaliyyəti, sahibkarlıq fəaliyyəti üçün kadr hazırlığı və onların ixtisasının artırılması, sahibkarlıq fəaliyyətinin inkişafını təmin edən investisiya komplekslərinin genişləndirilməsi, ekoloji təhlükəsizlik, fond bazarının inkişafı və s. nəzərdə tutulur.
Sahibkarlıq fəaliyyətinin inkişafının mərhələləri və formalarına gəldikdə isə ərazinin 2001-2005-ci illər üzrə sosial-iqtisadi inkişafının konsepsiyası əsasında sahibkarlıq fəaliyyətinin normal inkişafım təmin edən kompleks tədbirlər işlənib hazırlanmalıdır.
Respublika üzrə qəbul edilmiş proqram çərçivəsində (2005-2010) sahibkarlığa kömək və onun inkişafı üzrə uzunmüddətli strategiyanın formalaşdırılması təmin edilməlidir. Sahibkarlıq fəaliyyətinin inkişafında yeni tipli bazar infrastrukturlarından (səhmdar cəmiyyəti, inkubatorlar, sahibkarlığa kömək mərkəzləri, texniki parklar, maliyyə-kredit təminatı proqramları və s.) geniş istifadə edilməlidir. Bu işdə isə dövlət idarəetmə orqanlan ilə ərazi (bələdiyyə) orqanları arasında koordinasiya əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir.
Proqramın maliyyə-kredit və maddi-texniki təchizat təminatı məsələsi olduqca vacib məsələdir. Bu məsələlərin həll edilməsi, proramın həyata keçirilməsi, sahibkarlığa kömək və rəqabət şəraitində inkişafını təmin etmək üçün aşağıdakı mənbələrdən formalaşan sosial- iqtisadi inkişaf fondunun maliyyə ehtiyatlarından, ərazi (rayon, şəhər) büdcəsinin vəsaitindən, bələdiyyələrin vəsaitlərindən, sahibkarlığın inkişafı məqsədilə respublika büdcəsindən ayrılan vəsaitdən istifadə edilməlidir. Qeyd etmək lazımdır ki, yerli büdcələrə köçürülmüş vəsait məbləğində istehsal təyinatlı sahibkarlıq fəaliyyəti göstərən müəssisələrə differensial məqsədli vergi güzəştləri də tətbiq edilməlidir. Bundan başqa sahibkarlara kömək və onun inkişafı üçün kommersiya banklarının sosial-iqtisadi inkişaf fondu üzrə zəmanət krediti, investisiya təyinatlı vergi kreditlərindən də istifadə edilməlidir.
Bazar iqtisadiyyatına keçid şəraitində mühüm məsələlərdən biri proqramların normativ-hüquqi təminatı və sahibkarlığın inkişafı üçün təşkilati tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi məsələsidir.
Sahibkarlığa kömək və onun inkişafı üzrə “Sahə proqramı7' öz məzmunu və quruluşu ilə “Ərazi proqramı”ndan köklü surətlə fərqlənir. Lakin həmin proqramların əhatə etdiyi subyektlər eyni coğrafi ərazidə bir-birini tamamlayır, daha doğrusu, sahə proqramı ərazi proqramının müəyyən hallarda tərkib hissəsinə çevrilirlər.
Qeyd edilən sahə proqramında əsasən aşağıdakı istiqamətdə tədbirlər əks olunur:
a) ölkəyə məcburi idxal olunan məhsul axınını azaltmaq məqsədi ilə əhalinin tələbatını ödəyən, rəqabət qabiliyyətli xalq istehlakı mallarının istehsalına nail olmaq;
b) yeni növ məhsul istehsal edən sexlər, istehsalatlar, iş yerləri yaratmaq, əhalinin məşğulluq səviyyəsini yüksəltmək, onları yeni texnika və texnologiya, ehtiyat hissələri ilə təmin etmək;
c) iri sexlərin (sahələrin) müxtəlif regionlarda filiallarının yaradılması, onlar üçün yüksək ixtisaslı menecerlərin və fəhlə kadrlarının hazırlanması, ixtisaslarının artırılması.
Qeyd etmək lazımdır ki, proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi maliyyə mənbələrindən, sahənin mərkəzləşdirilmiş maliyyə vəsaitindən, bank kreditindən, mənfəətdən ayırmalar və digər fəaliyyətdən əldə edilən gəlirdən, xarici investisiya və müvafiq inkişaf banklarının proqramlarının vəsaitindən və yerli icra orqanlarının məqsədli vəsaitindən ibarətdir.
Nəhayət, sahibkarlığa dövlət köməyi sahəsindəki siyasət kompleks və koordinasiya xarakteri daşımalıdır. Yerli icra orqanları və bələdiyyələr, İqtisadi İnkişaf Nazirliyi arasında sahibkarlığın inkişafına dair koordinasiya və dövlət maraqları təmin edilməlidir.
Dostları ilə paylaş: |