MühaziRƏ MÖvzusu I : İQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu. P L a n



Yüklə 362,16 Kb.
səhifə15/68
tarix02.01.2022
ölçüsü362,16 Kb.
#43856
1   ...   11   12   13   14   15   16   17   18   ...   68
iqtisadiyyat az

ÜDM və ÜMM əsasən üç metodla hesablanır: birincisi, sahə metodu – bura milli iqtisadiyyatın bütün sahələrində istehsal edilmiş əlavə dəyərin həcmi daxil edilir; ikincisi, xərc metoduna görə - bura il ərzində istehsal edilmiş məhsulların alınmasına sərf edilmiş bütün xərclərin həcmi nəzərdə tutulur; üçüncüsü, gəlir metoduna görə - bura il ərzində ölkədə istehsal edilmiş məhsullardan əldə olunan gəlirlər daxil edilir. Mühüm makroiqtisadi göstəricilərdən biri də xalis milli məhsuldur (XMM). Bu göstəricinin ÜDM və ÜMM fərqi ondan ibarətdir ki, onun həcminə il ərzində amortizasiya ayrımları daxil edilmir. Deməli, ÜDM və ÜMM-dən il ərzində nəzərdə tutulmuş amortizasiya ayrımlarını çıxdıqdan sonra yerdə qalan hissəyə XMM deyilir. XMM-dən dolayı vergiləri çıxdıqdan sonra yerdə qalan əmək haqqının həcmi, renta ödənişləri və mənfəətin kəmiyyəti makroiqtisadiyyatın daha mühüm bir göstəricisini – milli gəliri (MG) əks etdirir. Milli gəlir il ərzində yeni yaradılmış dəyər olub, cari istehsal ilinin əhalinin həyat səviyyəsi üçün real imkanlarını əks etdirir. Ona görə də onun kəmiyyətini hesablayarkən ÜDM fərqli olaraq onun həcmində amortizasiyanın, dolayı vergilərin, dövlətin maliyyə yardımının məbləği daxil edilmir.

Hal-hazırda Azərbacan Respublikasında da istehsal olunan məhsulun hesablanmasında dünya hesab sistemindən istifadə olunur. Yeni qaydalarla hesablamaya görə Azərbaycan Respublikasının ümumi daxili məhsulu 1995-ci ildə 10669 milyard manat, 1990-cı ildə 13663 milyard manat, 1997-ci ildə isə 15353 milyard manat olmuşdur. Bu əvvəlki illə müqayisədə 1995-ci ildə 88,0 faiz, 1996-cı ildə 101,3 faiz, 1997-ci ildə 05,8 faiz təşkil etmişdir. Adam başına düşən ÜDM-nu nəzərdən keçirsək mənzərə aşağıdakı kimi olacaq. Adam başına ümum daxili məhsul 1995-ci ildə 1420 min manat (323 ABŞ dolları), 1996-cı ildə 1806 manat (420 dollar), 1997-ci ildə 2017 manat (506 dollar) olmuşdur. ÜDM-da qeyri-dövlət bölməsinin xüsusi çəkisi 1995-ci ildə 34,0 faiz, 1996-cı ildə 38,0 faiz, 1997-ci ildə isə 46,0 faiz təşkil etmişdir.

Respublikamızda 1996-cı ildə ümumi daxili məhsul istehsalı 1,3 faiz artdığı halda, 1997-ci ildə bu artım 5,8 faiz təşkil etmişdir. Halbuki, əvvəlki illərdə (1992-1995-ci illərdə) ümumi daxili məhsul istehsalında hər il orta hesabla 20-23 faiz azalma baş vermişdir.

Təsərrüfatçılıq fəaliyyətində istehsal və istehlak edilmiş MG fərqləndirilir. İstehsal edilmiş MG dedikdə, bu istehsal edilmiş MG-dən təbii fəlakətin törətdiyi itkilərin, məhsulların saxlanılmasındakı ziyanların, xarici ticarət saldosunun fərqinin çıxılması nəzərdə tutulur.

Milli gəlirin tədqiqi demək olar ki, klassik siyasi iqtisadın yarandığı gündən indiyə qədər diqqət mərkəzində olmuşdur. İlk dəfə olaraq U.Petti 1664-cü ildə əhalinin gəlirlərinin və xərclərinin balansını tərtib etmiş və belə nəticəyə gəlmişdir ki, milli gəlir əhalinin torpaqdan, evlərdən, kapitaldan və əməkdən əldə etdiyi gəlirlərin məbləğindən ibarətdir. Onun ardınca A.Smit və D.Rikardo milli gəliri cəmiyyətin bütün gəlirlərindən ibarət olan ictimai məhsuldan istehsal vasitələrinin dəyərini çıxmaqla yerdə qalan hissə kimi qəbul edirdilər. İsveçrə iqtisadçısı Simond de Sismondi ölkənin illik məhsulu ilə milli gəliri eyniləşdirirdi.

K.Marks milli gəliri cəmiyyət miqyasında muzdlu fəhlələrin canlı əməyi ilə yeni yaradılmış dəyər hesab edirdi.

Fransız iqtisadçısı Jan Batist Sey hesab edirdi ki, dəyər və faydalılıq istehsalın üç amilinin (əməyin, kapitalın və torpağın) xidmətinin nəticəsidir.

Lakin bütün məhsulların ümumi dəyəri üç sinfin – fəhlələrin, kapitalistlərin və torpaq sahiblərinin gəlirlərindən ibarətdir. Milli gəliri gəlir əldə edən hər adam istehsal edir.

Müasir qərb məktəbinin demək olar ki, əksər nümayəndələri Seyin milli gəlirə aid olan baxışı bölüşdürülür. Belə hesab edilir ki, peşəsindən, məşğuliyyətinin növündən asılı olmayaraq hər fəaliyyət növü eyni dərəcədə gəlir gətirir.

Hər halda bütün bu deyilənlər bir daha onu sübut edir ki, cəmiyyətin milli gəliri, onun həcmi, istifadə olunması daima diqqət mərkəzində olmuşdur. Onun həcminin artımı, adamların rifah halının yaxşılaşdırılmasının xalis iqtisadi mənbəyi, maddi əsasıdır.



Milli gəlir (MG).

Bu və ya digər ölkənin iqtisadiyyatı miqyasında milli kapitallarla yeni yaradılan dəyər xalis milli məhsul adlanır.

Başqa cür desək, ümumi milli məhsuldan sərf edilən istehsal vasitələrinin dəyərini çıxdıqda xalis milli məhsul əldə etmiş oluruq. Öz natural-əşya formasına görə xalis milli məhsul istehsalın genişləndirilməsi, ehtiyatlarının artırılması üçün nəzərdə tutulan, yeni istehsal edilən istehsal vasitələrinin və istehlak şeylərinin bütün kütləsindən ibarətdir.

Milli iqtisadi göstəriciyə daha real yanaşaq. Gündəlik həyatda iş adamlarını bir məsələ daha çox maraqlandırır: sərəncamlarında olan torpaqdan, iş qüvvəsindən, kapitaldan və sahibkarlıq cəsarətindən istifadə etməklə cari ildə nə qədər xalis məhsul yaratmaq olar? Daha konkret desək, mövcud istehsal resurslarından istifadə etməklə tələb olunan həcmdə xalis məhsul istehsalı neçəyə başa gələr? Burada iqtisadiyyatın cari nəticəsini ifadə etməyən bəzi dolayı xərcləri (vergiləri) nəzərə almaq lazım gəlir. Həqiqi milli gəlir göstəricisini hesablamaq üçün xalis milli məhsulda sahibkarlıq fəaliyyətinə görə tutulan dolayı vergiləri nəzərə almalıyıq. Dövlət sahibkarlıq fəaliyyətinə görə tutduğu dolayı vergilər müqabilində istehsala birbaşa heç nə qoymur. Bu baxımdan ÜMM-un həcminin, istehsalı gedişində əldə edilən əmək haqqının, renta ödənişlərinin, faizin və mənfəətin ümumi həcm göstəricisini müəyyən etmək üçün XMM-dan sahibkarlıq fəaliyyətinə görə tutulan dolayı vergiləri çıxmaq lazımdır. Yalnız bu yolla alınan göstərici milli gəlir adlana bilər.

Milli iqtisadi göstəricilərin müəyyən edilməsi qaydasına uyğun olaraq ÜMM-n milli gəlir göstəricisini eyni zamanda bölgünün bütün növlərinə (amortizasiya ayrımlarını və sahibkarlıq fəaliyyətinə görə dolayı vergiləri çıxmaqla) vurmaq yolu ilə gəlirlər üzrə də hesablamaq mümkündür. Belə, ümumi gəliri bölgüsünü aşağıdakı cədvəldən daha aydın görmək olar.



Yüklə 362,16 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin