Kursda şifahi xalq ədəbiyyatının tarixi, mövzusu, mili folklorşünaslığımızın təşəkkül və inkişaf mərhələləri, görkəmli folklorşünaslarımız haqqında məlumat veriləcək, Azərbaycan folklorunun zəngin və rəngarəng janrları, poetikası, ideya-bədii xüsusiyyətləri təhlil ediləcək, folklorla yazılı ədəbiyyatın qarşılıqlı təsiri məsələlərinə diqqət yetiriləcək.
Kursun məqsədləri
Kursun məqsədi tələbələrdə folklor, o cümlədən Azərbaycan folkloru barədə bitkin təsəvvür yaratmaq, onun janrları, ayrı-ayrı sahələri barədə ətrafı məlumat vermək, konkret bədii mətnlərin təhlili ilə ideya-bədii xüsusiyyətlərini incələmək, beləliklə gənc nəsildə ədəbiyyat tariximizə məhəbbət oyatmaq, onları folklor tədqiqatçılığına yönəltməkdir.
Tədrisin (öyrənmənin) nəticələri
Kursun sonunda tələbələr Azərbaycan folkloru, onun növ və janrları haqqında sistemli məlumat alacaq, folklor janrlarını ideya, məzmun və forma baxımından təhlil edə biləcək, Azərbaycan aşıq sənətini və onun görkəmli nümayəndələrinin yaradıcılığını öyrənəcək, gələcək fəaliyyətlərində yeni foklor nümunələri toplamağa həvəsli olacaqlar.
Qaydalar (Tədris siyasəti və davranış)
Fəallığa görə veriləcək bal tələbənin müzakirələrdə iştirakına, mətn təhlilində göstərdiyi fəallığa, semetsr boyu həftəlik dərs proqramına hazırlaşmalarına, yeni və əlavə ədəbiyyatlara göstərdiyi marağa görə veriləcəkdir. Davamiyyətə görə veriləcək bal zamanı tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzürsüz buraxılan hər dərs üçün 1 (bir) bal çıxılacaq.
İmtahan haqqında:
1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də müraciət etmək lazımdır.
2. İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.
3. Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.
Cəzalandırma forması:
Dərsə gecikənlər və dərsi pozmağa təşəbbüs edənlər dərsə buraxılmırlar.
Cədvəl (dəyişdirilə bilər)
Həftə
Tarix
(planlaşdırılmış)
Fənnin mövzuları
Dərslik/Tapşırıqlar
12.02.2014
13.02.2014
Şifahi xalq ədəbiyyatı haqqında ümumi məlumat. Folklor nədir? Azərbaycan folkloru və türk arealı.
Tarix və folklor. Mifologiya. Mifdən folklora keçid.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 29-37
19.02.2014
20.02.2014
Folklorşünaslıqvə onun başqa elmlərlə əlaqəsi. Folklorşünaslıqdakı əsas nəzəriyylər. Azərbaycan folklorşünaslığının tarixi. Görkəmli folklorşünaslarımız haqqında.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 686-707;
26.02.2014
27.02. 2014
Azərbaycan şifahi xalq ədəbiyyatının növləri və janrları. Lirik növ-əmək nəğmələri, mərasim nəğmələri, xalq mahnıları, laylalar, oxşamalar, bayatılar və s.Epik növ – miflər, əfsanələr, rəvayətlər, lətifələr, atalar sözləri və məsəllər, nağıllar, dastanlar və b.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 67-211; s. 241-310;
05.03.2014
06.03.2014
Azərbaycan folklorunda dramatik növ – xalq oyunları, meydan tamaşaları, məzhəkələr və b.Uşaq folkloru. Mətn üzərində iş.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 273-328;
12.03.2014
13.03.2014
Azərbaycan aşıq sənətinin genezisi, təşəkkül mərhələləri. Qam-şaman kompleksi, ozan-qopuz ənənəsi. Aşıq yaradıcılığının qonşu xalqların mədəniyyətinə təsiri. Azərbaycan türkcəsində yazan gürcü və erməni aşıqları.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 463-482;
19.03.2014
20.03.2014
Azərbaycanda aşıq mühitləri və onların görkəmli nümayəndələri (Abbas Tufarqanlı, Qurbani, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Valeh, Aşıq Hüseyn Şəmkirli, Aşıq Hüseyn Bozalqanlı, Molla Cümə, Aşıq Əmrah, Aşıq Kamandar və b.)
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 482-596;
26.03.2014
27.03.2014
Aşıq şerinin şəkilləri. Aşıq yaradıcılığının mövzu dairəsi, ideya-bədii xüsusiyyətləri. Mətn üzərində iş.
Mürsəl Həkimov. Azərbaycan aşıq şer şəkilləri və qaynaqları. Bakı, Maarif, 1999.
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 2012, s. 179-184
8.
02.04.2014 03.04.2014
Aralıq imtahanı Azərbaycan nağıllarının təsnifatı, ideya-məzmun xüsusiyyətləri və poetikası. Mətn üzərində iş.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s.217-241;
9.
09.04.2014.
10.04.2014
Dastan yaradıcılığı. Qədim türk dastan və eposları. Azərbaycan dastanlarının növləri: qəhrəmanlıq və məhəbbət dastanları haqqında məlumat.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 337-374, s. 596-628;
10.
16.04.2014
17.04.2014.
Dədə Qorqud dastanı, tədqiq tarixi, quruluşu, ideyası, poetikası. Mətn üzərində iş.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 398-463;
11.
23.04.2014
24.04.2014
“Koroğlu”dastanı, toplanması, tədqiq tarixi, strukturu, ideya-bədii xüsusiyyətləri.
Qaçaq dastanları.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004,s. 628-675, 675-686;
12.
30.04.2014
01.05.2014
Məhəbbət dastanları ( Əsli və Kərəm, Abbas və Gülgəz, Aşıq Qərib, Qurbani, Valeh və Zərnigar, Şah İsmayıl və b.)
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 602-627;
13.
07.05.2014
08.5.2014
Dastan poetikasında buta, yol, yaxşı-yaman simvolikası, məkan və zaman anlayışları. Mətn üzərində iş.
Azərb. ədəbiyyatı tarixi (6 cilddə). I c., B., 2004, s. 599-602;
14.
14.05.2014
15.05.2014
Sovet dövründə Azərbaycan şifahi xalq ədəbiyyatı. Son əsrdə folklorumuzdakı yaradıcılıq meylləri. Folkloru necə toplamalı?
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 2012, s. 310-397; Vəliyev V. Azərbaycan folkloru. B., 1985, s. 406-409
15.
21.05.2014
22.05.2014
Folklorla yazılı ədəbiyyatın qarşılıqlı əlaqə və təsirləri ( Füzuli, Vaqif, S. Vurğun, C. Cabbarlı, Y. V. Çəmənzəminli yaradıcılığı əsasında). Mətn üzərində iş
Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B., 2012,s.373-383;Hacıyeva M. Folklor poetikası. B., 2006, 240 s.