Məsələ 2.6. Şəkil 2.9-də verilmiş yükqaldırma maşınında barabanı firladan bir pilləli konusvarı reduktorlu güc və hərəkət mexanizminin kinematik hesabını aparın.
Şəkil 2.9
Şəkil 6.10.
Barabanın və ya reduktorun aparılan valındakı güc Pç = P2 = 28 kW və verilir. Elektrik mühərriyi ilə hərəkət ettirilən yük orta zərbəlidir
Şəkil 2.11. Məsələ 2.7. İki ədəd lentli konveyerin barabanını hərəkət etdirən mexanizminin (şəkil 2.10) kinematik hesabını aparın. Güc ötürən mexanizm sonsuv vint reduktorundan və iki zəncir mexanizmidən ibarətdir.
Konveyerin barabanındakı (çıxışda) burulma momenti Tç = 1 100 Nm və bucaq sürəti wç = 3,1 r/s verilir.
Məsələ 2.8. Lentli konveyerin barabanını hərəkət etdirən silindirik dişli və zəncir ötürmələrindən ibarət olan mexanizmlərin (şəkil 2.11) kinematik hesabını aparın.
Konveyerin lentinin dartma qüvvəsi Ft = 8,0 kN və sürəti V = 3 m/s verilir.
Məsələ 2.9. Lentli konveyerin barabanını hərəkət etdirən dişli qayış və konusvarı dişli çarx ötürmələrindən ibarət olan mexanizmlərin (şəkil 2.12) kinematik hesabını aparın.
Şekil 6.13. Konveyerin lentinin dartma qüvvəsi Ft = 16,0 kN və sürəti V = 3,3 m/s və barabanın diametri D = 560 mm verilir.
Şəkil 2.12.
Məsələ 2.10. İki barabanlı lentli konveyerin barabanlarını hərəkət etdirən ensiz pazvarı qayış və silindirik dişli çarx ötürmələrindən ibarət olan mexanizmlərin (şəkil 2.13) kinematik hesabını aparın.
Konveyerin lentinin dartma qüvvəsi Ft = 6,5 kN və sürəti V = 2,5 m/s və barabanın diametri D = 420 mm verilir.
Məsələ 2.11. Lentli konveyerin barabanını hərəkət etdirən iki pilləli qoşalaşmış silindirik dişli çarx və zəncir ötürmələrindən ibarət olan mexanizmlərin (şəkil 2.14) kinematik hesabını aparın.
Konveyerin lentini dartma qüvvəsi Ft = 17 kN və sürəti V = 1,6 m/s və barabanın diametri D = 500 mm verilir.
Məsələ 2.12. Lentli konveyerin barabanını hərəkət etdirən normal pazvarı qayış və iki pilləli konusvarı-silindirik dişli çarx ötürmələrindən ibarət olan mexanizmlərin (şəkil 2.15) kinematik hesabını aparın.
Konveyerin lentini dartma qüvvəsi Ft = 26 kN və sürəti V = 1,1 m/s və barabanın diametri D = 600 mm verilir.
Məsələ 2.13. Lentli konveyerin barabanını hərəkət etdirən iki pilləli konusvarı-silindirik və zəncir ötürmələrindən ibarət olan mexanizmlərin (şəkil 2.16) kinematik hesabını aparın.
Konveyerin lentini dartma qüvvəsi Ft = 14 kN və sürəti V = 1,3 m/s və barabanın diametri D = 700 mm verilir.