İnformatikanın tədrisində nümayiş eksperimentinin rolu.
İnformatika ekpertimentinin əhəmiyəti
Təlimin əsas prinsiplərindən biri əyanilikdir. İnformatika tədrisində əyanilik prinsipi birinci növbədə eksperimentin geniş ölçüdə tətbiqi ilə həyat keçirilir. Təlim prosesində "canlı müşahidə" dedikdə aşağıdakılar başa düşülməlidir:
a)şagirdlərin gündəlik həyatdan əldə etdikləri təcrübə və bilik;
b)müəllim və ya şagirdlərin özləri tərəfindən aparılan eksperiment.Bu cür "Canlı müşahidədən" "mücərrəd təfəkkürə", yəni bilavasitə müşahidə edilən faktlardan onlarm ümumiləşdirilməsinə və sistemləşdirilməsinə keçilir, bunun nəticəsində də bu və ya başqa müddəa, qanun və ya nəzəriyyə müəyyən edilir.
Son mərhələ müəyyən edilmiş qanunauyğunluqların və onların nəticələrinin təhlili, hadisələrin izahı, həm də praktiki məqsədlər üçün istifadə olunınası ilə yekunlaşır.
İnsanları əhatə edən təbiətdəki hadisələrin ilk canlı müşahidəsi uşaq yaşlarmdan başlayır, şagirdlər topladıqları informasiya ehtiyatını məktəbə özləri ilə gətirirlər. Lakin informatika elminin öyrənilməsi üçün bu ehtiyat heç də kifayət deyil.
İnformatikanın tədrisi, hər şeydən əvvəl, canlı müşahidələrin həmçinin genişləndirilməli və dərinləşdirilməlidir. Bunun üçün mühüm vasitə məktəb informatika eksperimenti, yəni fiziki hadisələri şagirdlərə süni şəraitdə (məktəbdə, sinifdə) və bəzən də təbii şəraitdə (təbiətdə və istehsalatda) göstərməkdən və təkrar etdirməkdən ibarətdir.
Obyekt və hadisələrin xassələrinin əlverişli olan süni şəraitdə öyrənilməsi təcrübə və ya eksperiment adlanır.
Məktəb informatika eksperimentini aşağıdakı növlərə ayırmaq olar:
a) frontal laboratoriya işləri; b) praktikum;
şagirdlərin frontal sinif ekperimenti;
şagirdlərin ev təcrübələri və müşahidələri (buna şagirdlərin sinifdənkənar təcrübələri və müşahidələri də deyilir).
Dostları ilə paylaş: |