Mühazirə Pedaqoji biliklər sistemində "İnformatikanın tədrisi üsulları"



Yüklə 74,17 Kb.
səhifə14/17
tarix14.10.2023
ölçüsü74,17 Kb.
#155574
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17
ITM Mühazirə 1.

Diferensial təlim.
Diferensial təlim üsulları təlim materialını müxtəlif qavrama və düşüncə tərzinə malik olan şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim üsullarıdır. Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni müəllim şagirdlər üçün maksimum səmərəli şərait yaratmaqdan ötrü təlimin diferensiallaşması üzərində çalışmalıdır. [4]
Təlimin diferensiallaşması zamanı müəllim bu üsullardan istifadə edə bilər:

  • yeni mövzunu təqdim edərkən həm şifahi üsuldan, həm də əyani vasitələrdən istifadə edir (eyni zamanda danışır və göstərir);

  • kiçik qrup halında şagirdlərlə ayrıca görüşür və onlara təkrar izahat verir (bu üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb etmək olar);

    • oxu üçün nəzərdə tutulan materialı bir mətn şəklində yox, bir neçə mətn şəklində hazırlayır ki, müxtəlif oxu qabiliyyəti olan şagirdlər oxu fəaliyyətinə cəlb oluna bilsinlər;



  • şagirdlərin ehtiyaclarından asılı olaraq onlara manipulyativ alətlər verir;



  • öyrəndiklərini və bacardıqlarını nümayiş etdirmək üçün müxtəlif yollar təqdim edir: məsələn, süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi cavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlər üçün qrup və ya fərdi qaydada işləmək üçün şərait yaradır;



  • şagirdlərin müxtəlif öyrənmə üslublarını nəzərə alaraq onlar üçün fərdi şəraitin yaradılmasına çalışır: tək oturmağı sevən tək oturur, qrupda işləməyi

xoşlayan qrupda işləyir və daim bu qrupun üzvüolur və s.


Hər bir şagird fərdi keyfiyyətlərindən asılı olaraq tədris materiallarını müxtəlif cür qavrayır. Buna baxmayaraq, təhsilin əsas məqsədi bütün təhsil alanların müəyyən ictimai status qazanması və öz sosial əhəmiyyətini təsdiq etməsidir. İnklüziya sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılmasıdır.
Xüsusi təlimə tələbatı olan bu cür uşaqların diqqət və yardıma böyük ehtiyacları var. Onların qabiliyyət- lərinin və irəliləyişlərinin inkişaf etdirilməsi çox vacib amildir. İnklüziya təkcə fərqli inkişaf xüsusiyyətləri olan uşaqlara deyil, həmçinin digər xüsusiyyətləri ilə yaşıdlarından fərqlənən uşaqların da yuxarıda sadalanan məqsədlərə çatmalarına yardım edir. Onlar başqa dildə danışan, başqa mədəniyyətə malik, fərqli həyat tərzi sürən, təhsilə müxtəlif maraq göstərən və müxtəlif qavrama qabiliyyəti olan uşaqlar da ola bilərlər. Belə uşaqlarla işləyərkən müəllim informasiyanı onlara müxtəlif forma və variantlarda çatdırmağa çalışmalıdır. Yeni təlim prinsipləri imkanları məhdud olan uşaqların ümumi təhsil mühitinə inteqrasiya etmələrini və ümumi proqram əsasında təhsil almalarını tələb edir. İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. Belə ki, təlim hər bir uşağa məxsus tələbatların ödənilməsi zəminində təşkil olunmalıdır. Hər bir şagird təlimdə uğur qazanması üçün tələb olunan psi- xoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır.

Yüklə 74,17 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin