Nümayiş eksperimentinin metodikası. Orta məktəblərdə tətbiq olunan nümayiş eksperimentinin qarşısmda duran vəzifələr keçilən mövzu və dərsin məqsədi ilə müəyyən edilir. Bir sıra proqramın icra nümayişində məqsəd məsələlərin həllinin kompüterdə icrası haqqında təsəvvür yaratmaqdan ibarət olduğu halda, digər slayd nümayişlərinin qarşısında obyekt və hadisələrinin xassələrini öyrənmək, və yaxud onların texnikadakı tətbiqlərini göstərmək vəzifələri durur və s.
ən başlıca metodik tələblərdən biri hər bir nümayişin şərh edilən tədris materialı ilə üzvi surətdə bağlı olmasından ibarətdir. Proqramın icra nümayişinin dərsdə keçilən mövzudan ayrılmasına heç bir vəchlə yol verilməməlidir. Proqramın icrasının müvəffəqiyyətlə aparılması üçün onların məqsədi şagirdlərə izah edilməlidir. Bu və ya başqa proqramın icra nümayişinin zəruriliyi əsaslandırılmalıdır. Evristik metodla aparılan dərsdə əksər hallarda müəllimin müsahibəsi elə suala gətirib çıxarılmalıdır ki, ona cavabı nümayişi nəzərdə tutulan təcrübə versin.
Bəzi hallarda təcrübə müsahibədən əvvəl də göstərilə bilər. Bunda məqsəd dərsin gedişində həll olunacaq müəyyən problemi şagirdlər qarşısında qoymaqdır. Şagirdlərin zehni fəaliyyətini aktivləşdirən bu priyom son zamanlar müəllimlərin iş praktikasında olduqca geniş yayılmışdır. Nəhayət, bəzi hallarda dərsdə bir proqramın icrası iki dəfə (birinci dəfə dərsin əvvəlində, ikinci dəfə isə şagirdlər qarşısında müəyyən hadisə və ya proses müəllim tərəfindən şərh edildikdən sonra) göstərilməsi pedaqoji cəhətdən məqsədə daha uyğundur.
Proqram mürəkkəb olduqda, onu ayrı-ayrı hissələrə ayırmaq və hər bir hissənin məqəsdini göstərmək lazımdır.
Proqramın şagirdlərə aydın və maraqlı olması üçün müəllim onu yazı taxtasında təsvir edilmiş şəkil, yaxud təcrübə mürəkkəb olduqda, proyektr və ya plakat vasitəsi ilə yığılmış qurğunun orijinal sxemi üzərində izah etməlidir.
Əksər proqlamların icrası zamanı aşağıdakı ardıcıllığa riayət edilməsi məsləhət görülür:amın icrası məqsədini izah etmək;
2). müəllim tərəfindən yazı taxtasına çəkilmiş alqoritm və ya blok sxem vasitəsi ilə proqramın prinsipial cəhətini şərh etmək;
3). yazılmış proqram haqqında izahat vermək;
4). proqramın icrasını nümayiş etdirmək;
5). proqramın icrası nümayişdən şagirdlərin nəticə çıxarmalarına nail olmaq;
6). proqramın icra nümayişini yekunlaşdırmaq.
Təklif olunan ardıcıllıq bütün proqramın icra nümayişləri üçün əlbəttə məcburi hesab edilə bilməz. Ayrı-ayrı proqramların xüsusiyyətləri nəzərə alınınalıdır.
Proqramın icra etdirilməsi
Nümayiş eksperimentinin texnikası nümayişin metodikası ilə sıx surətdə bağlıdır.Nümayişin texnikası təhlükəsizlik qaydalarını göstərməklə işin effekti və şagirdlər tərəfindən yaxşı qavranılmasını təmin etməlidir. Bu tələblərin yerinə yetirilməsi müəllimin nəzəri biliklərindən, kompüter və onun hissələrindən istifadə, bacarıq və vərdişlərdən asılıdır.
Dostları ilə paylaş: |