Tibbi-psixoloji tipli konsiliumlar təhsil subyektlərini tibbi-psixoloji problemlərinini həllinə yönəldilir. Belə konsilumlar diaqnostik nəticələr əsasında aşkar edilmiş problemlərlə bağlı olaraq tibbi personal (həkim, tibb bacısı) və psixoloq arasında aparılır. Birgə rəy əsasında nəticələr qeyd olunur, problemin həlli yolları göstərilir.
Fizioloji-psixoloji tipli konsiliumlar şagirdlərin fizoloji problemləri ilə əlaqədar olaraq pediatr, fizioloq, valideyin və psixoloq arasında keçirilir. Buraya antropometriya da daxildir. Məsələn, uşaqlarda 1 il müddətində atropometrik göstəricilərin dəyişməməsi konsiliumun müzakirə mövzusu ola bilər, çünki bu ləngimə uşaqda ciddi fizioloji problemləri olmasından xəbər verən faktdır. Onun yaranma səbəblərinin aşkar edilməsi, aradan qaldırılması zəruridir. Konsiliumlar uşaq bağçasında, məktəbdə, poliklinikalarda, tədqiqat laboratoriyalarında və digər münasib yerlərdə təşkil olunur. Lazım gəldikdə,valideyin və yeniyetmələr konsiliumlarda dinləyici kimi iştirak edirlər.
Defektoloji-psixoloji tipli konsiliumlargözlənilmədən yaranmış nitq, eşitmə, əqli qüsurların ağırlıq dərəcəsinin, mənşəyinin, səbəblərinin müəyyənləşdirilməsi nməqsədilə aparılır. Belə konsiliumlar məktəbdə, poliklinikada, xüsusi təhsil müəssisələrində və digər yerlərdə təşkil edilir. Burada defektoloq loqoped, tiflopedaqoq, surdopedaqoq, psixiatr, həkim, pedaqoq və digər mütəxəssislər iştirak edirlər.
Pedaqoji-psixoloji tipli konsiliumlarməktəb təcrübəsində daha geniş yayılmışdır. Çünki məktəb praktik psixoloqunun fəaliyyəti bütün təhsil subyektlərinin əməkdaşlığını tələb edir. Bunun üçün psixoloq vaxtaşırı konsiliumlar keçirir. Bu sahədəki işin təşkili forması (tədris – tərbiyə problemlərinin həlli metodları) pedaqoji-psixoloji konsilium adlanır.
Psixoloji tipli konsiliumlarpraktik psixoloqların öz həmkarları ilə təcrübədə üzləşdikləri problemlərlə bağlı, ya planlı, yaxud gözlənilmədən qarşıya çıxmış problemlərin, faktların, situasiyaların hərəkət planının müzakirəsinə həsr olunur.
Psixoloji konsiliumların daha geniş yayılmış forması planlı konsiliumlardır. O, psixoloji xidmət şəbəkəsinin müxtəlif statuslu mütəxəssisləri: inspektor, məsləhətçi, koordinator, kabinə müdiri, praktik psixoloq və s. tərəfindən təşkil edilərək aşağıdakı məsələlərin müzakirəsinə həsr olunur:
Psixoloji xidmətin təşkili qaydaları;
Psixoloji xidmətin təşkili metodları;
Psixolji vəziyyətin diaqnostikası, korreksiyası;
Testlərin tətbiqi qaydaları;
Şagirdlərin psixoloji problemləri: nitq, davranış, şəxsiyyət, cinsi inkişaf pozuntuları və s. (frustrasiya, sıxışdırma, aqresiyya, stress, depressiya, apatiya, maskulinizasiya, feminizasiya və s.)
Peşəyönümü üzrə qabiliyyətlərin müəyyənləşdirilməsi;
Yeniyetmələrin özünüidentifikasiya problemi;
Məktəbə hazırlığın psixoloji problemləri.
Psixoloji konsiliumların nəticələri müzakirə olunan problemin xarakterinə görə müəyyənləşdirilir. Problemin həlli məqsədilə işçi qrup da yaradıla bilər.
Konsiliumlar əsasən 5 mərhələdə həyata keçirilir. I mərhələdə müzakirəyə çıxarılacaq problem müəyyənləşdirilir, onun məzmunu konkretləşdirilir, mövzu seçilir.II mərhələdə psixoloq həll olunacaq problemin xarakterini öyrənir. III mərhələdə əldə olunmuş dəlillər sistemləşdirilir, onun təcrübəyə tətbiqi yolları seçilir. IV mərhələdə psixoloq konsiliumların təşkilatçısı və fəal iştirakçısı olaraq onun müzakirəsini keçirir. Belə müzakirələrdə müxtəlif statuslu mütəxəssislər, ictimaiyyət nümayəndələri, məktəb direktorundan tutmuş valideyinlərə qədər iştirak edə bilər. Bir sıra hallarda yuxarı sinif şagirdləri də konsiliumlardakı müzakirələrə cəlb olunurlar. V mərhələdə psixoloq nəticələrin hazırlanmasında, ümumiləşdirmələrin aparılmasında iştirak edir.
Konsiliumlarda aşağıdakı məsələlər üzrə müzakirələrin aparılması məqsədəuyğundur: reproduktiv sağlamlıq; narkomaniyaya qarşı mübarizə; “Sağlam həyat tərzi” və onun şərtləri; gün rejiminə əməl etməyin qaydaları; psixoloji ekologiyanın qorunması yolları; “Həyat enerjisi”, ondan səmərəli istifadə yolları və s.
Psixokonsiulumlarda problemlərin həllinə müxtəlif qayda və vasitələrlə yanaşılır: psixometrik, nəzəri, etik.