MühaziRƏ psixoloji maariFLƏNDİRMƏ və psixoloji konsiLİum psixoloji maarifləndirmənin məqsədi, vəzifələri və formaları



Yüklə 57,87 Kb.
səhifə5/6
tarix26.01.2023
ölçüsü57,87 Kb.
#81022
1   2   3   4   5   6
muhazire 3

İşgüzar görüşləreyni fəaliyyət sahəsində çalışanlar, psixoloqlar arasında təşkil olunan plan­dan kənar görüşlərdir. Demək olar ki, bütün kollektivlər üçün spesifik olan, ixtisas baxımından həl­lin­­də çətinliklər yaranan, eləcə də gözlənilmədən qarşıya çıxmış problemin müzakirəsi belə kon­si­lium­larda aparılır.
Seminarlar planlı şəkildə, tematik mövzular əsasında təşkil olunur. Onların təşkilatçısı olan prak­­tik psixoloq öz həmkarlarını seminarın gündəliyi ilə əvvəlcədən tanış edir. Eyni zamanda, on­la­rın rəy və təkliflərini də nəzərə alır. Seminarları qeyd olunan mövzularda keçirmək olar. Möv­zu­lar 2 aspektdə müəyyənləşdirilir:

    1. ümumi xarakterli məsələlərin müzakirəsi:

  1. məktəbə hazırlıq ərəfəsində uşaqların diaqnostikası və korreksiyası problemlərinin həlli yol­la­rı;

  2. təlim materiallarını mənimsəmə zamanı uşaqların yaş, fərdi xüsusiyyətlərinin nəzərə alın­ma­sı yolları;

  3. ünsiyyət problemi olan uşaqlarla işin təşkili;

  4. liderlik problemi;

  5. şagird şəxsiyyətinin formalaşdırılması sahəsində pedaqoji kollektivin və ailə ilə birgə işin təşkili və s.

    1. fərdi xaraktüerli məsələlərin müzakirəsi:

  1. istedadlı və qabiliyyətli şagirdlərin diaqnostikası;

  2. melanxolik tipli şagirdlərdə natamamlıq hissinin korreksiyası;

  3. qaçqın və məcburi köçkün uşaqlarda stresslərin profilaktikası;

  4. yeniyetmələrdə özünüidentifikasıya problemi üzrə psixoloji maarifləndirmə yolları;

  5. dezadaptasiya probleminin diaqnostikası;

  6. küçə uşaqlarının psixoloji maarifləndirilməsi;

  7. çətin tərbiyə olunanlarda motivasiyanın və davranışın korreksiyası.

Diskussiyaların mövzusu psixoloqları narahat edən, həllində çətinliklər yaranmış prob­lem­lər­­lə bağlı olur. Burada məqsəd problemin mahiyyətini aydınlaşdırmaq, fikir və təcrübə mübadiləsi apar­­maq, məsləhətləşməkdir. Diskussiyalar problemlərin operativ müzakirəsi, nəticələrin ümumi­ləş­­di­ril­məsi baxımından əlverişli olduğundan psixloqlar konsiliumun bu formasına üstünlük verir­lər.

Yüklə 57,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin