Uşaq və yeniyetmələrdə təlim çətinlikləri yaradan psixoloji amillər
....
..............................
Nümunə 3. Şagirdlərlə özünüinkişaf, özünütərbiyə, təlim motivasiyası, pedaqoq və həmyaşıdlarla qarşılıqlı münasibətlərin psixologiyası, “Sağlam həyat tərzi”haqqında aparılan maarifləndirmə işinin qısa məzmunu
“Risk” qrupuna daxil olan uşaq və yeniyetmələrin psixoloji problemləri
8
Həmyaşıdlarla qarşılıqlı münasibətlər
9
Müəllimlərlə qarşılıqlı münasibətlər
10
Psixi inkişafı ləngidən bioloji, sosiloji və psixoloji amillər
11
“Sağlam həyat tərzi” lahiyəsi
12
QİÇS -ə qarşı nə etməli?
13
Alkoqol və narkomaniyanın insan psixikasına təsiri
14
Peşəyönümümün düzgün müəyyənləşdirilməsi
15
İnsan münasibətlərinin psixoloji məzmunu
...
............................
2-ci sual. Praktik psixoloq özünün peşəkar fəaliyyətinin bütün istiqamətlərində valideynlərlə birgə fəaliyyətin zəruriliyini daim diqqət mərkəzində saxlamalıdır. Bu, ilk növbədə inkişafın sosial situasiyasının formalaşdırılmasında valideyinlərin rolu ilə əlaqədardır.
Məktəb psixoloqunun valideyinlərlə işi bir neçə istiqaməti əhatə edir. Şagirdlərin ailələri ilə sıx əməkdaşlıq və qarşılıqlı inam şəraitində işləmək üçün praktik psixoloq ilk növbədə xeyirxah məsləhətçi rolunda çıxış etməli, ailənin daxili işlərinə fəal müdaxilə etmək cəhdlərindən uzaq olmalıdır. Psixoloq valideyin yığıncaqları təşkil etmək və ailələrə getmək yolu ilə uşaqların aktual problemlərinin həll edilməsində valideyinlərin yaxın həmkarı olmalı, maarifləndirmə və məsləhətvermə sahəsində görəcəyi konkret işləri irəlicədən planlaşdırmalıdır. Psixoloq uşaqların hüquqlarının müdafiəçisi olsa da övlad – valideyin ünsiyyəti ilə bağlı yaranan problemlərin həllində fəal iştirak etməli, zəruri hallarda valideyinlərə psixoloji dəstək verməlidir.
Ailə mühitinin mənəvi-psixoloji cəhəddən qeyri-sağlam olması, ailə üzvləri arasında qarşılıqlı münasibətlərin qeyri-adekvatlığı uşağın koqnitiv sferası ilə yanaşı, ünsiyyət sferasının formalaşmasına da mənfi təsir göstərir. Qeyri-sağlam təsirlər və həyat tərzi çox vaxt müxtəlif psixi pozuntuların, normadan kənaraçıxma hallarının yaranmasına və şəxsiyyətin disharmoniyasına səbəb olur, aşağı özünüqiymətləndirmənin və aqressivliyin səbəbi kimi özünü göstərir. Valideyinlərin uşaqlara qeyri-normal yaşanma tərzi, onların şəxsiyyət keyfiyyətlərindəki əlverişsiz amillər(prinsipiallıq, hədsiz tələbkarlıq, səbirsizlik, yüksək iddialılıq, eqosentrizm, tez-tez təkrarlanan nevrotiv hallar, affektivlik, uşağı hər bir göstərişi sözsüz yerinə yetirməyə təhrik etmə, uşaqlara qarşı inamsızlıq, emosional kütlük və introvertlik kimi xüsusiyyətlər) onlarla valideyinlər arasında qarşılıqlı sevgi və etibarın itməsinə gətirib çıxarır. Ailədə uşaqlarla qarşılıqlı münasibətin tez-tez pozulması fonunda onlara güclü psixoloji xəsarət yetirilmiş olur. Bu isə nevrotik reaksiyaların yaranmasının katalızatoruna çevrilir.
Uşaqlarla,xüsusilə də “çətin” və ya mürəkkəb davranışlılarla aparılan profilaktika və korreksiya işləri, ailə və valideyinlərlə iş çox mühüm, mürəkkəb və zəruri fəaliyyət sahəsidir. Bu istiqamətdə aparılan işlər pedaqoq, psixoloq, həmçinin sosial pedaqoq vəpedaqoji-psixoloji xidmət sahələrini də əhatə edir.Məlum olduğu kimi, “çətin” uşaq və yeniyetmələrin davranış qüsurlarının profilaktikası və korreksiyası sahəsində həyata keçirilən tədbirlər bütöv bir sistemdir və burada ailə əsas təsirə malikdir.
“Çətin” uşaqların davranış qüsurlarının yaranmasında ailədaxili münasibətlərdəki disharmoniya və nöqsanların təsiri heç də az deyildir. Bu baxımdan, psixoloq valideyinlərlə psixoprofilaktika və korreksiya məqsədilə apardığı işlərdə aşağıdakı cəhədlərə xüsusi diqqət yetirməlidir:
ailə münasibətlərindəki disharmoniyanın və ailə tərbiyəsindəki qüsurların aradan qaldırılmasının profilaktikası məqsədilə məlumatverici-maarifləndirici işin həyata keçirilməsi;
ailə tərbiyəsi tipinin müəyyənləşdirilməsi, valideyinlərin uşaqlarla münasibətini və bütövlükdə ailədaxili münasibətlərin öyrənilməsi məqsədilə diaqnostik işlərin həyata keçirilməsi;
ailə üzvləri arasında sağlam qarşılıqlı münasibətlərin bərpa edilməsi məqsədilə kompleks korreksiyaedici tədbirlərin həyata keçirilməsi və ailə tətbiyəsində özünügöstərən qüsurların korreksiyası.
Uşaq və yeniyetmələrin tərbiyəsindəki kənaraçıxma hallarının profilaktikası və korreksiyası məqsədilə psixoloq ailələrlə aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlanılmalıdır.
Valideyinlərlə məlumatlandırıcı-maarifləndirmə işləri ailə tərbiyəsində və ailədaxili münasibətlərdə yol verilmiş mümkün qüsurların profilaktikası məqsədilə həyata keçirilir. Bununla əlaqədar valideyinləri uşaq və yeniyetmələrin rəftar və davranışında pozuntulara səbəb olan ailə münasibətləri tiplərilə tanış etmək lazımdır. Ailədaxili münasibətlərdəki qüsurların əsas mənbəyi ailə cütlüyü adlanan ərlə arvad arasındakı disharmoniya və onu şərtləndirən ailə münaqişələridir. Ailə münaqişələri mürəkkəb sosial hadisədir. Bu münaqişələr bir tərəfdən ərlə arvadın münasibətlərindəki soyuqluq, yadlaşma, get-gedə onlarına normal xarakter alması, digər tərəfdən, şəxsi ustanovkaların, rol gözləmələrinin təhrif olunmasıdır.
Sağlam ailədə hər bir ailə üzvünün psixoloji rolu olur. Belə ailələrdə mütəhərrik müvazinət, ailə ümumini əks etdirən “Biz” formalaşır, ailədaxili münasibətlərdə yarana biləcək ziddiyyətləri və münaqişələri ailənin hər bir üzvü tərəfindən sərbəst aradan qaldırmaq istəyi olur.
Ahəngdarlıq olmayan ailələrdə isə qarşılıqlı münasibətlər səmimiyyətdən uzaqdır, müvazinət tez-tez pozulur, ailədaxili və xarici funksiyaların həllinin optimal yollarını müəyyənləşdirməkdə çətinliklər özünü göstərir. Belə ailədə hər bir ailə üzvü özünün üstünlüyünü, şəxsi iddia və tələblərini qabarıq şəkildə ortaya ataraq ailədə ziddiyyət və münaqişələrin alovlanmasına bais olur.
Ər-arvad cütlüyü arasındakı disharmoniya uşağın emosional və şəxsi inkişafına mənfi təsir göstərir ki, bu da uşaq və yeniyetmələrin davranışında normadan kənaraçıxma hallarının əsas mənbələrindən biridir. Korlanmış ər-arvad münasibətləri dolayısı iləvalideyin-övlad münasibətlərinə, bununla da uşaq və yeniyetmələrin davranışında normadan kənara çıxma hallarının əsas mənbələrindəndir və onların davranış və tərbiyəsində qüsurların yaranmasına güclü təsir göstərir.
Məhəbbət, nəvaziş və qayğı uşaqlarda təhlükəsizlik hissi yaradır. Açıq-aşkar imtina və baxımsızlıq isə aqressivliyə, emosional qeyri-yetkinliyə səbəb olur.
Psixoloqun valideyinlərlə apardığı maarifləndirmə işləri ər-arvad cütlüyü arasındakı münasibətlərin uşaqların tərbiyəsinə təsirinə və ailə tərbiyəsi tiplərinin izahına yönəldilməlidir. Belə iş formaları mühazirələrdən, seminarlardan, söhbətlərdən, mütəxəssisləri də cəlb edildiyi tematik valideyin yığıncaqlarından ibarət ola bilər.
3-cü sual.Təhsil sistemində psiхоlоji хidmət işində ən аktuаl məsələ təhsil subyеktləri: uşаqlаr, şаgirdlər, müəllimlər və vаlidеynlər аrаsındа psiхоlоji mааrifləndirmənin аpаrılmаsıdır. Bu, həm оnlаrın özləri, həm də uşаq, yеniyеtmə və gənclərin psiхоlоji sаğlаmlığının təmin еdilməsi üçün vаcibdir.
Müəllim və tərbiyəçinin fəaliyyətinin səmərəliliyi onların peşə mühiti ilə yanaşı, pedaqoji ünsiyyət bacarıqlarından, şagirdlərin yaş və psixoloji xüsusiyyətləri haqqında biliklərinin səviyyəsindən, başqa sözlə, peşə səriştəliliyindən əhəmiyyətli dərəcədə asılıdır.
Ali pedaqoji məktəblərdə gələcək müəllimlərin psixoloji hazırlıq səviyyəsi ilə müasir məktəbin müəlliminə verilən peşəkar fəaliyyət tələbləri arasındakı ziddiyyət danılmaz fakta çevrilmişdir. Müəllimin psixoloji səriştəliliyi onun peşəkar fəaliyyətinin zəruri tərkib hissəsi olduğuna görə, hər şeydən əvvəl, ali məktəblərdə psixologiya kursunun praktik istiqaməti, psixoloji biliklərin konstruktiv imkanları genişləndirilməlidir. Müəllimin peşəkar psixoloji səriştəliliyinin yüksəldilməsində aşağıdakı amillər kompleks şəkildə nəzərə alınmalıdır:
psixologiya üzrə qazanılmış bilik, bacarıq və vərdişlərin səviyyəsi;
müəllimin öz peşə fəaliyyətində psixoloji biliklərin rolunu və əhəmiyyətini aydın dərk etməsi;
şagirdlərlə iş prosesində psixoloji biliklərdən istifadə bacarıqları;
uşaqların idrak proseslərinin, emosional və iradi aləminin, xarakter əlamətlərinin forma-laşdırılmasında, psixoloji situasiyanın qiymətləndirilməsində rasional təsir metodlarından istifadə bacarıqları;
uşağın hərtərəfli inkişafı üçün onun psixikasına uzunmüddətli optimal təsir imkanları.
Təhsildə praktik psixoloji xidmət şəbəkəsinin genişlənməsi zəruri həyati tələbat və reallıqdır. Uzun müddət pedaqoji fəaliyyətlə məşğul olan müəllimlər ixtisasartırma və təkmilləşdirmə kursları vasitəsilə psixologiya elmindəki yeniliklərlə tanış olsalar da, indi bu sahədə ağırlıq mərkəzi əhəmiyyətli şəkildə məktəb psixoloqunun üzərinə düşür. Onun iş sistemində müəllimlər arasında aparılan psixoloji maarifləndirmə işləri müəyyən yer tutur. Bu istiqamətdə aparılacaq işlərin sistemində aşağıdakı məsələlər diqqət mərkəzində saxlanılmalıdır:
müəllimlərin ümumi psixoloji savadının yüksəldilməsinə kömək etmək;
şəxsiyyətin inkişafı prosesini öyrənmək üçün asan diaqnostik metodikaları mənimsəməkdə onlara kömək göstərmək;
şagirdlərin və şagird kollektivlərinin psixi inkişafında müşahidə olunan qüsurların aradan qaldırılmasında psixoloji biliklərə istinad edilməsini təmin etmək;
Psixoloqun müəllimlərlə işi o halda səmərə verə bilər ki, müəllimlər öz peşə fəaliyyətinin mahiyyətini dərk edərək özünütəhsil və özünüinkişafın zəruriliyini anlamış olsunlar.
Pedaqoji konsiliumların təşkili və keçirilməsində psixoloq öz mütəxəssis mövqeyini ortaya qoymağı bacarmalı, şagirdlər haqqında məlumatların yalnız müəllimlərdən deyil, müxtəlif mənbələrdən əldə edilməsinin mümkünlüyünü və zəruriliyini əsaslandırmağı bacarmalıdır.
Psixoloqun müəllimlərlə işinin əsas məqsədlər pedaqoji prosesin hər bir uşağın azad inkişafı mühitinə çevrilməsinə yardım göstərməkdən, təlim-tərbiyə prosesində hər bir uşağın fəaliyyətinin, maraq və meyillərinin formalaşmasına əlverişli zəmin yaratmaqdan ibarətdir. Bu məqsədlərə nail olmaq üçün psixoloq, ilk növbədə, müəllimlər arasında müasir pedaqoji-psixoloji nəzəriyyələrin fəal təbliğinə nail olmalıdır. Şagirdlərin təlimi, tərbiyəsi, inkişafı və bu proseslərlə bağlı fəaliyyət motivlərinin diqqətlə öyrənilməsi psixoloqun müəllimlərlə işi sistemində önəmli rol oynayır.
Pedaqoji kollektivlə iş prosesinə qoşulmaqla psixoloq müəllimlər və məktəb rəhbərləri arasında mənəvi cəhəddən sağlam və işgüzar qarşılıqlı münasibətlərin bərqərar olmasına, onların pedaqoji-psixoloji mədəniyyətinin, peşəkarlığının yüksəldilməsinə, davranış və fəaliyyətdə refleksiyanın yaranmasına xüsusi diqqət yetirməlidir. Qeyd olunan vəzifələrin yerinə yetirilməsi üçün məktəb psixoloqu müəllimlərin daimi fəaliyyət göstərən seminarını təşkil edir, burada müəllimlərin peşə fəaliyyəti ilə bağlı müxtəlif pedaqoji-psixoloji problemlərinin müzakirələrini keçirir. Belə müzakirələrdə müəllimlərlə yanaşı, sinif rəhbərləri, uşaq birliyi təşkilatının rəhbəri və məktəb rəhbərləri də iştirak etməlidirlər.
Ali pedaqoji məktəblərdə tələbəlik illərində bütün ixtisasların tələbələri psixologiya kursunu öyrənir, bəzi ixtisaslarda isə məktəbdə psixoloji xidmətin ümumi nəzəri məsələləri ilə tanış olurlar. Müasir dövrdəyeni pedaqoji təfəkkürə əsaslanan təhsil quruculuğu prosesində hər bir müəllim psixoloji bilik və bacarıqlara böyük tələbat hiss edir. Ona görə də bu sahədəki mövcud boşluğu doldurmaq üçün psixoloji xidmət sisteminin və onu həyata keçirən əsas şəxs kimi praktik məktəb psixoloqunun üzərinə bir sıra vəzifələr düşür:
1.Müəllimlər arasında maarifləndirmə işinin və psixoloji biliklərin təbliğinin forma və metodlarının müəyyənləşdirilməsi;
Bu istiqamətdə həyata keçirilən tədbirlərin təşkilində yaş və pedaqoji psixologiya kursu üzrə tematik mühazirə və seminarlardan, pedaqoji psixologiyanın aktual məsələlərinin müzakirəsinə həsr olunmuş “dəyirmi masa” və debatlardan istifadə etmək mümkündür. Müəllimlər arasında psixoloji biliklərin təbliğinin vəmaarifləndirmə işinin əsas mərkəzi kimi psixoloji xidmət kabinetindəki psixoloji ədəbiyyatlardan, respublikamızda çap olunan “Məktəb psixoloqu” qəzetindəki materiallardan, şagirdlərin öyrənilməsi üçün müxtəlif metodikalardan istifadə etmək məqsədəuyğundur. Rayon və şəhər təhsil şöbələri “Ən yaxşı psixoloji xidmət kabineti” müsabiqəsini keçirməklə bu sahədəki işlərin canlandırılmasına stimul yarada bilərlər.
2.Müəllimlərin şagirdlərin öyrənilməsi metodları ilə tanış edilməsi;
Hər bir müəllim gündəlik peşə fəaliyyətində rastlaşdığı pedaqoji situasiyaların həllində, şübhəsiz ki, psixoloji biliklərə bu və ya digər səviyyədə istinad etməli olur. Lakin müəllimlərin hamısı heç də həmişə lazımi psixoloji səriştə nümayiş etdirə bilmir, böhranlı situasiyalarda çaşıb qalır və ya gülüş hədəfi olurlar. Şagirdləri öyrənmə metodları haqqında kifayət qədər nəzəri biliyə, tədqiqat metodikalarına bələd olmayan müəllimlər onların maraq və meyillərini, təlimdə geriqalmanın, ayrı-ayrı şagirdlərin qüsurlu davranışının səbəblərini öyrənməkdə, belə halların daha səmərəli üsullarla aradan qaldırılması yollarını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Məktəb psixoloqu onları şagirdlərin təlim əməyinin nəticələrini, davranış motivlərini, həyat planlarını, idrak maraqlarını, ünsiyyət dairəsini, sinifdəki mövqeyini müəyyənləşdirməyə imkan verən təbliğat metodları ilə tanış etməli, ayrı-ayrı metodikaların tətbiqi xüsusiyyətləri haqqında məlumat verməli, tematik konsiliumlar, sosial-psixoloji treninqlər keçirməlidir. Psixoloq müəllimləri şagird haqqında informasiyanın əldə edilməsi mənbələri ilə tanış etməli, daha etibarlı mənbələrin diaqnostik metodikalar olduğunu bildirməlidir.
3.Müəllimlərin korreksiya metodları ilə tanış edilməsi.
Psixoloqun müəllimlər arasında apardığı maarifləndirmə işinin sistemində onların müxtəlif korreksiya metodikaları ilə tanış edilməsi mühüm yer tutur. Psixokorreksiya üzrə işlər şagirdlərin koqnitiv proseslərdən tutmuş, şəxsiyyət keyfiyyətlərinin, onların yaşlılar və yaşıdları ilə qarşılıqlı münasibətlərinin, davranış patologiyaları da daxil olmaqla çox böyük fəaliyyət zonasını əhatə edir. Psixoloq müəllimləri qeyd olunan sahələrdə fəaliyyət üçün zəruri metodikalarla və iş üsulları ilə tanış edir, onlarla fərdi və qrup halında iş apararaq bu metodikalarla işin xüsusiyyətləri barədə məlumatlandırır. Psixoloq bununla bağlı tematik seminarlar təşkil edə bilər.
4-cü sual.Bütün canlılarda olduğu kimi, insanın inkişafı da problemsiz ötüşmür, heç də həmişə ahəngdar formada getmir. Müxtəlif daxili və xarici təsirlərdən onun harmoniyası pozulur. Nəticədə orqanizmdə (somatik sistemdə) və psixikada gərginlik, pozuntu, ləngimə, yayınma əmələ gəlir. Bəzən də daha ciddi problemlərin yaranmasına səbəb olur. Bu məsələlərin mürəkkəbliyi göstərir ki, praktik psixoloq bir sıra problemlərin aradan qaldırılmasında insan problemləri ilə məşğul olan digər mütəxəssislərin - həkim, psixiatr, psixoterapevt, patopsixoloq, defektoloq, loqoped, sosioloq, pedaqoq, hüquqşünas və s. - məsləhətlərindən yararlanmalı olur. Belə məsləhətləşmələr psixoloji konsiliumlar adlanır.
Psixoloji konsilium (müxtəlif xarakterli psixoloji problemlərin aradan qaldırılması məqsədilə mütəxəssislər arasında aparılan fikir mübadiləsi) müzakirələr və məsləhətləşmələrdir. Bu mənada təhsil sistemində çalışan psixoloqların təşkil etdikləri konsiliumlar onun bütün mərhələləri üzrə idarəetmə sistemində işləyənləri(rəhbər, müavin, sinif rəhbərləri, müəllim, tərbiyəçi, eləcə də xidmət personalı - həkim, psixiatr, psixoterapevt, psixoloq, loqoped və defektoloq, bir sıra hallarda valideyin, yuxarı siniflərdə oxuyan şagirdlər və digər şəxsləri) əhatə edir.
Konsiliumun mövzusundan asılı olaraq bu şəxslər müzakirələrə müxtəlif funksiyalarla cəlb olunurlar. Bu zaman onların funksiyaları aşağıdakılardan ibarət olur: təşkilatçi; iştirakçi, ekspert; proqram müəllifi;həmmüəllif.
Müxtəlif situasiyalarda mövzular dəyişilir. Bununla əlaqədar göstərilən funksiyalar da dəyişə bilir.
Təhsil sistemində psixoloqun təşkilatçılığı və iştirakı ilə aparılan konsiliumlar bilavasitə onun subyektlərində, təhsil prosesində, tədrisdə, idarəetmədə yaranmış problemlərin aradan qaldırılmasına yönəldilir. Bu baxımdan təhsil sistemində işləyən praktik psixoloqların keçirdikləri psixoloji konsiliumların mövzusunu təhsil problemləri ilə bağlı olan məsələlər təşkil edir. Konkret olaraq psixoloji konsilium təhsil subyektləri, təhsil prosesi, onun strategiyası və taktikası ilə bağlı problemlərin həllində cavabdeh mütəxəssislərin birgə müzakirəsi prosesidir. Pedaqoji problemlərin həllinə yönəldilmiş psixoloji konsiliumlarda müzakirə olunan problemlər diaqnostika və psixokorreksiyada aşkar olunmuş (tematik, yaxud həll edilməsi pranlaşdırılmış) frontal psixoloji məsələlərlə əlaqələndirilir. Nəticədə problemin həlli yolları razılaşdırılaraq qərar qəbul olunur.
Psixoloji konsiliumlar çoxsaylı funksiyaların yerinə yetirilməsinə yönəldilərək müxtəlif tipli problemlərin həlli məqsədilə təşkil olunur. Məktəb təcrübəsində, ailə psixoloji xidmətində, eləcə də uşaq praktik psixologiyasında konsiliumların aşağıdakı tipləri müəyyənləşdirilmişdir: tibbi-psixoloji; fizioloji-psixoloji; defektoloji-psixoloji; pedaqoji-psixoloji; psixoloji.
Bu konsiliumlarda müzakirə olunan problemlərin həllinin optimal yolları müəyyənləşdirilir.