A vitamini və ya antikseroftalamik vitamini balıq yağında, kərə
yağında, qaraciyərdə daha çoxdur. Bitkilərdə olan karotin tipli piqment
maddələri (provitaminlər) insan və heyvan orqanizmində A vitamininə
çevrilirlər. İnsan orqanizminin A vitamininə olan sutkalıq tələbatı 1,02,5
mq, karotinə olan tələbatı isə 25 mq təşkil edir. Qidada bu vitamin
çatışmadıqda, insanda gözün fəaliyyəti zəifləyir, onun görmə qabiliyyəti
pozulur, ksenoftalamiya xəstəliyi və digər pozgunluqlar baş verir.
A vitamini tərkib etibarilə biratomlu spirt olub, molekuluna ionon həlqəsi
daxildir. Təbiətdə müxtəlif formada: A, (retinol), A
2
(dehidroretinol) və
karotin şəklində rast gəlinir. A vitamini qaraciyərdə və bağırsaqlarda
provitaminlərdən karotin və karotinoidlərdən də əmələ gələ bilər. Bunlar
isə orqanizmə bitki mənşəli ərzaq məhsulları ilə hazırlanan xörəklərlə
daxil olur. Karotinlərin sayı çoxdur. Ən geniş yayılmışları və
karotinlərdir.
A vitamini – hipovitaminozu zamanı “toyuq korluğu” deyilən xəstəlik
inkişaf edir. Belə xəstəlik keçirən adamlar gündüz heç nə hiss etmir,
qaranlıq düşən kimi köməksiz hərəkət edə bilmirlər.
Artıq miqdarda gözün örtük epitelisi qurulaşır və həssaslığı itir. Bu
xəstəlik ksenoftalamiya adını daşıyır. Sonradan göz qişası yumşalır və
ağarmağa başlayır. Bu xəstəliyə nadir hallarda rast gəlinir.
A vitamini inkişaf prosesində dəri qatının normal vəziyyəti üçün
lazımdır. onun çatışmazlığı dərinin quruluğuna səbəb olur. Çoxluğu isə
orqanizm üçün A – hipervitaminozuna səbəb olur; iştahın pozulmasına,
həzm prosesinin pozulmasına, qaraciyərin genişlənməsinə gətirib çıxarır
A vitaminin insan üçün gündəlik tələbatı orta hesabla 1,52 mq, yaxud
karotin şəkildə 25 mqa çatır. Sutka ərzində normanın 1/3nin A vitamini
şəkildə qəbul edilməsi məqsədəuyğundur.
Bir sıra məhsullarda A vitaminin miqdarı aşağıdakı kimidir. Qaraciyər –
14 mq%, balıq yağı – 19%, kərə yağı 0,6%, pendir – 0,19%, yumurta –
0,6 mq% və s. A vitamini və karotin yağların iştirakı ilə yaxşı
mənimsənilirlər.
Dostları ilə paylaş: