PP vitamini və ya nikotin turşusunun amidi maya göbələklərində,
qaraciyərdə və böyrəkdə, ətdə, düyüdə geniş yayılmışdır. Onun
çatışmazlığı zamanı insanda yorğunluq, apatiya, yuxusuzluq, selikli
qişaların pozğunluğu, dərinin qızarması və şişməsi, sinir sisteminin
işində dəyişikliklər, qulaqlarda səsküy, baş ağrıları və digər patoloji
əlamətlər yaranır. Bu vitaminə olan gündəlik tələbat 1520 mqa
bərabərdir.
PP vitamini (niasin) orqanizmin oksidləşməbərpaedici proseslərində
iştirak etməklə, koferment qrupların tərkibinə daxil olur. Mədənin,
mədəaltı vəzin, qaraciyərin fəaliyyət funksiyasını artırır. O, həmçinin
zülal mübadiləsində də iştirak edir. Orqanizmdə PP vitamini B
6
vitamininin iştirakı ilə triptofandan əmələ gəlir.
PP avitaminozu (pellaqra xəstəliyi) mədəbağırsaq pozulmalarına gətirib
çıxarır. Bu vitaminə olan gündəlik tələbat norması kişilər üçün orta
hesabla 1825 mqa, qadınlar üçün isə 1422 mqa çatır. Fiziki və əsəb
psixika gərginlikləri zamanı "PP"yə olan tələbat da çoxalır. Onu 5 mq
dan
artıq
miqdarda
qəbul
etdikdə
(əlbəttə,
məhsullarla),
dəri
kapillyarlarının genişlənməsinə, onların qızarmasına və istilik əmələ
gəlməsinə səbəb olur.
Məhsullarda olan miqdarı orta hesabla mal əti üçün 3,3
mq%, dana əti üçün 4,l mq%, qoyun ətində 4,5 mq%, donuz
ətində 2,3 mq%, balıq ətində 2,2mq%, yumurtada 0,2 mq%,
quş ətində 3,1-4,7 mq%, pomidorda 0,42mq%, paxlalılarda
2,3 mq%, çörəkdə 0,67 mq% -ə çatır.
Dostları ilə paylaş: |