III.Tərbiyə prosesinin strukturunun mərhələləri: Tərbiyə alanın tələb olunan davranış, norma və qaydalarını başa düşməsi(bunsuz şəxsiyyətdə nəzərdə tutulan davranış qaydalarıın formalaşdırılması uğurlu ola bilməz).
Biliklərin əqidəyə çevrilməsi (Əqidə müəyyən prinsiplərə əsaslanan baxışlardır.Əqidəsiz tərbiyə prosesi ləng inkişaf edir).
Hisslərin formalaşdırılması (Tərbiyə prosesinin çox vacib komponentlərindən biri də hisslərin formalaşdırılmasıdır.Tərbiyəçilər həmin hisslərə istinad etməklə tələb olunan normaların və qaydaların düzgün və tez mənimsənilməsinə nail olurlar).