Tərbiyə metodlarının tənifatı
1) Şüuru formalaşdıran metodlar: nəqletmə, izahetmə, aydınlaşdırma, mühazirə, etik və estetik söhbət, öyüd-nəsihət, təlqin etmək, təlimat vermək, disput, müzakirə, nümunə(inandırma metodu)
2) Fəaliyyəti təşkil edən və davranış təcrübəsini formalaşdıran metodlar: çalışma, alışdırma, pedaqoji tələb, ictimai rəy, tapşırıq, tərbiyəedici situasiya(alışdırma metodu)
3) Davranışı və fəaliyyəti stimullaşdıran metodlar: yarış, rəğbətləndirmə, cəza (rəğbətləndirmə və cəzalandırma metodları).
1. Şüuru formalaşdıran metodlar
Bu qrup metodların məqsədi insanın şüuruna təsir etməklə onda düzgün təsəvvürlər,inam və əqidə yaratmaqdan ibarətdir. Onların köməyi ilə uşaq və gənclər ictimai davranış normaları ilə tanış olur,özlərini harada və necə aparmaq lazım olduğunu,yaxşını və pisi başa düşür,əxlaqi tələblərin zəruriliyinə inanırlar.Buna görə də pedaqoji mənbələrdə şüuru formalaşdıran metodlara inandırma metodları da deyilir( nəqletmə, izahetmə, aydınlaşdırma, mühazirə, etik və estetik söhbət, öyüd-nəsihət, təlqin etmək, təlimat vermək, disput, müzakirə, nümunə).Bu metodun bəzi formalarnın məzmunu :
-Əxlaqi,elmi söhbətlər –müəyyən əxlaqi,siyasi,estetik keyfiyyətlərin mahiyyətini,məzmununu,şərhlərini izah etmək məqsədi güdən inandırma metodlarıdır.Bu söhbətlər iki formada olur-kollektiv və fərdi.Bu söhbətlər müxtəlif mövzularda ola bilər: xeyirxahlıq, vətənpərvərlik, sadəlik, təvazökarlıq, yoldaşlıq,intizam və s.
-Disputlar tərbiyə məsələləri üzrə mübahisələrdir.Müxtəlif mövzularda belə mübahisələr keçirmək olar.Disputda müzakirə olunan məsələ üzrə hər kəs öz fikrini söyləyir,mövqeyini müdafiə etməyə çalışır.Disput yanlış təsəvvürləri üzə çıxarmağa və düzəltməyə imkan verir.Disput 3 mərhələdə təşkil olunur:hazırlıq,keçirilməsi və yekun mərhələ.
-Bədii əsərlərin (filmlərin) müzakirəsi - əxlaqi təsəvvür və ideyaların formalaşmasında daha böyük imkanlara malikdir.Bədii ədəbiyyat qüdrətli tərbiyə vasitəsidir.
-Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur.Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur.Tərbiyəçinin sözü ilə əməli düz gəlmədikdə onun yaxşı sözləri belə təsirini və inandırıcılığını itirir.Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif növ müsbət nümunələrdən (tarixi şəxsiyyətlərin,görkəmli elm və mədəniyyət xadimlərinin,bədii əsər qəhrəmanlarının,yaşlıların, nümunələrindən) də istifadə edilməlidir.
Dostları ilə paylaş: |