Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


İşlənən ( emaledilən ) məhsulların aqreqat halı ( vəziyyəti )



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   101
ST müh

1.8 İşlənən ( emaledilən ) məhsulların aqreqat halı ( vəziyyəti ) 
..... Bəzi müəssisələrdə ( xüsusilə kimya sənayesi müəssisələrində ) bərk 
maddələr əvvəlcədən məhlula, suspenziya və ərintiyə çevrilir. Müəssisələrə daxil 
olan bərk maddələrin həll edilməsi xüsusi qurğularda həyata keçirilir və burada 
xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilməlidir. 
Bəzi hallarda təhlükəsizliyi təmin etmək üçün geotexniki üsullardan istifadə 
edirlər.
Bu üsul bərk maddələrin faydalı qazıntıların çıxarılması zamanı məhlula və ya 
ərintiyə çevrilməklə sonradan müəssisələrə nəql edilməsini nəzərdə tutur. Məsələn, 
yer altında olan natrium xloridi qaynar su yeritməklə həll edir,sonra boru kəmərləri 
ilə elektroliz prosesinə və ya digər istifadə müəssisəsinə nəql edirlər. 
Eləcə də kükürdü yeraltından çıxarmaq üçün 160-170
0
C qızdırılmış suyu 
kükürdlü əhəngdaşına vurmaqla (çatlara və məsamələrə dolmaqla ) kükürd 
əriyir.(112-119
0
C) və ərinti formasında qazıntı sahəsinə yığılır. Sonra təzyiq 
altında hava vurmaqla kükürd səthə çıxarılır və toplanaraq istilik sistemi ilə təchiz 
olunmuş sistemlərlə nəql olunur. Beləliklə həm kükürd 3-5 dəfə ucuz başa gəlir, 
insanların yer altında olması aradan qalxır, proses səssiz və tüstüsüz, eləcə də 
təhlükəsiz həyata keçirilir. Bu həmdə ekoloji təhlükəsizliyi təmin edir. 
Geotexniki üsulla daha bir çox digər proseslərin həyata keçirilməsi üzrə işlər 
aparılır. Nəql zamanı toz yaranmasının qarşısını almaq üçün tozvarı maddələri 


dənəvərləşdirir, pasta formasına keçirilir, dondurulur, onlarla reaksiya girməyən 
maddələrlə qarışdırılır və s. 
Bütün bunlar texnoloji proseslərin təhlükəsiz aparılması üçün edilir.
1.9 Partlayış təhlükəli əmələgələnlərin aradan qaldırılması. Fleqmatizasiya 
...... Statistik məlumatlar (FHN ) göstərirki, ümumi qəzaların 50%-dən çoxu 
buxar qaz qarışığının partlayışından əmələ gəlir. Həm də bu partlayışlar əsasən 
çoxu bağlı aparatlarda və boru kəmərlərində baş verməklə, böyük dağıntılara səbəb 
olur. Ona görə də olduqca vacib amillərdən biri aparatlarda partlayış yaradan 
qazların əmələgəlmə səbəblərinin öyrənilməsi və onların aradan qaldırılması üzrə 
tədbirlərin görülməsi olduqca vacibdir. 
Bir çox böyüktonnajlı məhsulların alınması prosesi üzvi maddələrin 
oksidləşməsi yolu ilə aparılır. Belə proseslərə metanolun formaldehidə çevrilməsi, 
etilenin etilen oksidinə çevrilməsi, ammonyakın azor oksidinə çevrilməsi və s. 
aiddir. Belə oksidləşmə prosesində aparatlarda partlayış təhlükəli maddələr əmələ 
gəlir və olduqca təhlükəli qəzalar baş verir ( inisatorların iştirakı ilə ). 
Belə partlayışların qarşısının alınması üçün texnoloji prosesi elə şəraitdə 
aparırlar ki, partlayış törədici maddələrin miqdarı aşağı həddən az olsun, yaxud 
yuxarı partlayış həddi qatılığından yüksək olsun. 
Eyni zamanda elə tədbirlər görülür ki, aparatın daxilində alovlanma implusları 
olmasın, elektrik yükləri yaranmasın, öz-özünə alışan maddələr ( pirofor) əmələ 
gəlməsin. 
Aşağı alışma həddində prosesin aparılması olduqca çətindir. Çünki aşağı alışma 
həddi-qatılığı olduqca azdır. Ona görə də bağlı aparatlarda prosesləri alışma 
həddinin yuxarı qatılığında yüksək həddə aparırlar. Lakin burada prosesə əlavə 
komponentlər-fleqmatizatorlar qatırlar və onların iştirakı ilə qarışıq yanmayan olur. 
Fleqmatizatorlar inert komponent və yaxud inqibitorlar ola bilərlər. 


Inert komponentlər (istilik fleqmatizatorları ) birbaşa yanacaq maddə ilə 
oksidləşdiricinin işində iştirak etmir, alışma temperaturunu aşağı salır və alışma 
həddi qatılığına təsir edir. Inert komponentin əlavə edilməsi ( durulaşdırılması ) 
yanacaq maddə ilə oksidləşdirici qarışığının alışma qatılığını yaxınlaşdırır və inert 
komponentlə yanacaq maddənin elə qarışığı yaranır ki, bu həddə ( alovlanma 
həddinin “MİS”i yaranır ) alovlanma-partlayış yaranmır. ..... 
Inqibitor-fleqmatizatorlar əks halda katalizator təsiri yaradır, dəyişməyən 
temperaturda reaksiyanı əyləndirir........ 
Texnoloji proseslərin təhlükəsizliyini təmin etmək üçün yanacaq maddə ilə 
oksidləşdirici, eləcə də fleqmatizator qarışı nisbətləri aparatlarda avtomatik 
üsullarla tənzimlənməlidir....... 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin