Mühazirəçi: baş müəllim İmaməliyev Elçin Qalib oğlu 4-cü mühazirə: Ali məktəb didaktikası


ALİ MƏKTƏBDƏ TƏHSİL PROSESİNİN MƏZMUNU



Yüklə 70,77 Kb.
səhifə5/9
tarix04.04.2022
ölçüsü70,77 Kb.
#54723
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
4-Ali mekteb ped-si- psix-si - MUHAZİRELER

ALİ MƏKTƏBDƏ TƏHSİL PROSESİNİN MƏZMUNU

Tahsil prosesinin məzmunu - ihisLy uAıvi öyr.nnt,-)k sualımı veribn konkret cavabdır. Ən ümumi halda, lohsilin məzmunu müəyyən tip tədris müəssisəsində öyrənilmək üçün seçilmiş bilik, bacarıq və vərdişlər sistemidir.

Ümumi təhsil gəncin ahəngdar inkişafını təmin edir, idrak maraqlarını, təfəkkürünü formalaşdırır, əməyə və sosial həyata hazırlığını təmin edir. Təlim məqsədlərini reallaşdırmağa imkan verən təhsilin məzmunu kateqoriyası həm bütövlükdə cəmiyyətin, həm də ayrı-ayrı insanların gündəlik və perspektiv tələbatlarına cavab verməlidir. Məhz cəmiyyətin və onun üzvlərinin tələbatları müxtəlif tipli, müxtəlif səviyyəli tədris müəssisələri üçün təhsilin məzmununu modernləşdirməyə imkan verir.

Beləliklə, tahsilin mdzmunu deyilərkən, elə bilik, bacarıq və vərdişlər sistemi başa düşülür ki, o, təhsil alanın ümumi inkişafını təmin etsin, intellektual, emosional, iradi və etik sferalarını inkişaf etdirsin, elmi dünyagörüşünü formakı.şdır- sın, müstəqil həyata, istehsal əməyinə hazırlasın.

Təhsilin məzmunu tədris müəssisəsinin tipinə və onun qarşısında duran təhsil-tərbiyə məqsədlərinə görə müəyyən edilir. Digər tərəfdən, təhsilin məzmunu müəyyənləşdirilərkən, konkret tarixi dövrün inkişaf səviyyəsi və perspektiv istiqamətləri. dövlətin mənafeyi, cəmiyyət üzvlərinin tələb və maraqları nəzərə alınır.

Təhsilin məzmunu problemi tarix boyu həmişə çox k,əs- kin nəzəri, ideya-siyasi diskussiya doğurmuşdur. Biri-biri ilə mübarizə aparan qüvvələr öz ideologiyası ilə məktəbə, bu yolla bütövlükdə cəmiyyətə təsir göstərməyə çalışmışlar, Bu isə təsadüfi deyil. Hər ifır xalqın, lıər bir ölkənin mədəni

inkişaf səviyyəsi, elmin və texnikanın tərəqqisi, gənc nəslin əmək həyatına hazırlığı, ölkə təsərrüfatının müxtəlif sahələri üçün kamil mütəxəssislərin yetişdirilməsi və həyati əhəmiyyətli problemlərin həlli təhsilin məzmunu ilə reallaşdırılır. Bu, təhsilin məzmununun son dərəcə mühüm qanunauyğunluğudur.

Digər sistemlərdən törəyən və onlardan asılı olan təhsilin məzmunu sisteminin formalaşdırılması mürəkkəb və ziddiyyətli prosesdir və onun müəyyənləşdirilməsinə təsir göstərən digər sistemlərin prioritetlərindən asılıdır. Təhsilin məzmununun formalaşmasına həlledici surətdə təsir göstərən sistemlər aşağıdakılardır:

• sosial tələblər sistemi;

• şəxsi tələblər sistemi,

• sosial və elmi nailiyyətlər sistemi;

• məqsədlər sistemi;

• pedaqoji imkanlar sistemi və s.

Bunu sxematik olaraq belə göstərmək olar;




Yüklə 70,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin