TƏHSİLİN MƏZMUNUNU ƏKS ETDİRƏN NORMATİV SƏNƏDLƏR
Təhsilin məzmunu standartlaşdırılmalıdır. Standart (ingiliscə standard-norma, nümunə ölçü deməkdir. Geniş mənada-digər obyektlərlə müqayisə üçün əsas kİmi qəbul edilən nümunə, etalon model) - təhsilin müxtəlif sahələrinə verilən və diaqnostik şəkildə ifadə olunan minimal tələblərdir.
Təhsilin hansı tərəfləri standartlaşdırıla bilər, yaxud standartlaşdırılmalıdır?
Təhsilin məzmunu standartlaşdırılarkən iki əsas məqsədlər bloku nəzərə alınmalıdır:
• Didaktik məqsədlər müəyyənləşdirilərkən pedaqoji sistemin üç elementi nəzərə alınmalıdır: tələbə; təhsilin (təlimin) məzmunu; təhsilin məzmununun strukturu.
Müəyyən pedaqoji sistemə daxil olmaq üçün tələbənin malik olduğu şəxsi keyfiyyətləri (intellektual, əxlaqi, sosial, fiziki və estetik hazırlığının başlanğıc səviyyəsi, təlim molivləri, maddi imkanları yə s.) müəyyən pedaqoji tələblərə uyğun gəlməlidir. Bu əsasda pedaqoji sistemin minimum tələblərinə uyğun standart normalar müəyyənləşdirilməlidir.
• Təhsilin (təlimin) məqsədləri
Təlim məqsədləri həyat əhəmiyyətli, real, dəqiq, sınanmış, sistemli, əhatəli (lakin yüklənməmiş) və habelə şəx-siyyətin psixoloji keyfiyyətlərinə uyğun olaraq diaqnostlaşdırılmalıdır. Bu zaman təlim sisteminin əsas komponentləri: təhsilin məzmunu, didaktik proseslər, təlimin təşkili formaları, təlim vasitələri və öyrədənin şəxsiyyəti nəzərə alınmalıdır.
Didaktik proseslər, məqsədindən asılı olaraq, müxtəlif tədris müəssisələrində müxtəlifdir. Müəllimlərin seçimindən asılı olaraq didaktik proseslərdə müxtəliflik nəzərə çarpır. Deməli, didaktik prosesləri mütləq surətdə standartlaşdırmaq mümkün deyil. Ali məktəbin və müəllimin didaktik proseslərlə bağlı standartlara tam uyğun işləməsini tələb elmək heç bir məntiqə sığmır. Ali məktəbə müstəqillik verilməlidir ki, o, tövsiyə olunan, lakin məcburi xarakter daşımayan didaktik proseslər standartına yaradıcılıqla yanaşsın, özünün tipik normalarını müəyyənləşdirə bilsin.
Ali təhsil müəssisələrində dünya standartlarına uyğun olan dövlət təhsil standartları tətbiq edilməlidir.
Həmin standartlar aşağıdakıları müəyyənləşdirməlidir: ali ixtisas təhsili ilə bağlı əsas anlayışları; ali ixtisas təhsilinin strukturu və ali təhsil haqqında sənədləri;
ali ixtisas təhsilinin həyata keçirilməsi
şərtlərini;
ali təhsil müəssisələrinin tədris yüklərinin ümumi normativlərini;
ali ixtisas təhsilinin məzmununun müəyyən olunmasında ali təhsil müəssisəsinin müstəqillik dərəcəsini;
standartın tələblərinə əməl olunmasına dövlət nəzarətinin qaydalarını;
ali ixtisas təhsilinin istiqamətini və ixtisasların bakalavr və magistr hazırlığına verilən tələbləri.
Dövlət standartlarının tələblərinə əməl olunması Azərbaycan Respublikasının ərazisində yerləşən bütün ali təhsil müəssisələri üçün məcburidir.
Dostları ilə paylaş: |