ALİ MƏKTƏBDƏ TƏLİMİN PRİNSİPLƏRİ
Təlimin prinsipləri (prinsip latınca prinsipinin - başlanğıc əsas deməkdir. Hər hansı bir nəzəriyyənin, təlim, elm, dünyagörüşü və şairənin istinad etdiyi əsas müddəalar; insanın əxlaq və fəaliyyət norması), bir qayda olaraq təlim prosesinin obyektiv qanunauyğunluqları ilə təhsil məqsədləri arasındakı mövcud zəruri əlaqələri əks etdirir. Prinsiplər pedaqoji prosesin idarə edilməsini təmin edən normativ müddəalardır. Qanun və qanunauyğunluqların, təlimin məqsədi, mahiyyəti, məzmunu, strukturu və digər komponentlərinin metodoloji təzahürü və ifadəsidir.
Müasir didaktikada təlim prinsipləri pedaqoji fəaliyyəti və təlim prosesini istiqamətləndirən, təlimin qanunauyğunluqları nəzərə alınmaqla pedaqoji məqsədlərə nail olmağa imkan verən əsas müddəalardır.
İndiyə qədər ali məktəb pedaqogikası ilə bağlı nəşr olunan dərs vəsaitlərində təlimin prinsipləri ilə bağlı verilən təsnifatlar biri-birindən çox az fərqlənir və orta ümumtəhsil məktəbi didaktikasının irəli sürdüyü prinsiplərin transformasiyasından başqa bir şey deyil.
• ali məktəbdə elmlərin əsasları deyil, elmin sistemi inkişafda və dəyişmədə öyrənilir;
• tələbələrin elmi-tədqiqat və tədris-tədqiqat işlərində fəal iştirakı təmin olunur;
• ali məktəb müəlliminin tədris və elmi fəaliyyəti sıx vəhdət təşkil edir və bir-birini tamamlayır;
• ali məktəbdə tədris edilən bütün fənlər mütəxəssis hazırlığına yönəldilir və s.
Aşağıdakı cədvəl elmi-pedaqoji ədəbiyyatda ali təhsilin özünəməxsus xüsusiyyətlərinə istinadən irəli sürülən prinsipləri əks etdirir:
Pedaqoqlarm böyük əksəriyyətinin qəbul etdiyi təlim prinsipləri aşağıdakılardır.
Elmilik prinsipi obyektiv aləmin inkişafı ilə onun insan şüurunda elmi konsepsiyalar və nəzəriyyələr şəklində inikası arasındakı dialektik əlaqəni aşkarlayır və tədris fənlərinin elmi məzmununu əsaslandırır. Bu prinsipin tələbi əsasında tələbələrin peşə-ixtisas informasiyalarını mənimsəməsi prosesində elmi proqnozlaşdırma ilə elmi nailiyyətlərin əlaqəsi təmir edilir.
Ali məktəbdə elmilik prinsipi nəzəriyyə və fərziyyələrin düzgün qiymətləndirilməsində, aksiom, postulat və prinsiplər arasındakı əlaqədə özünü göstərir. Bunlar elmin çıxış nöqtələridir.
S.İ.Arxangelskiyə görə, elmilik prinsipi aşağıdakı məsələlərin həlli yollarını göstərməlidir:
• tədris fənninə daxil edilən hər hansı yeni məzmunun elmi xarakteri əsaslandırılmalıdır;
• sistematik olaraq toplanılan elmi potensial ilə elmi proqnoz arasındakı əlaqə müəyyənləşməlidir;
• elmi meyarlar, səviyyə, ölçü, anlayışın dəyişmə forması müəyyən edilməlidir;
• öyrənilən fənnin elmi məzmununun metodoloji qiyməti müəyyənləşməlidir.
Ali peşə-ixtisas təhsili elmin inkişaf tarixini və müasir dövrdə prioritetlərini bilməyi, elmin tərəqqisini insan sivilizasiyasının, texnikanın və praktikanın inkişaf ilə əlaqələndirməyi tələb edir. Bununla əlaqədar olaraq ali təhsil prosesində konservativ (stabil) komponentlə «gələcəyə yönəlmiş» texnoloji innovasiyalarla zəngin dinamik komponentin dielektrik vəhdəti nəzərə alınmalıdır.
Sistematiklik (sistemlilik) prinsipi ali məktəbdə təhsil prosesinin reallaşdırılması xüsusiyyətlərini müəyyən edir. Məlumdur ki, ali təhsil müəssisəsində təlim tələbələr tərəfindən mahiyyət xarakterli informasiyaların və inteqrativ biliklərin, bacarıq və vərdişlərin müəyyən ardıcıllıqla, sistem şəklində mənimsənilməsini təmin edir. Bununla yanaşı, sistematiklik prinsipi kontekstində tələbə şəxsiyyəti müntəzəm olaraq özünütəkmilləşdirmə prosesinə istiqamətləndirilir. Fasiləsiz, çoxmərhələli təlim prosesi tələbənin fərdi imkan və qabiliyyətlərini sosial mühitlə vəhdətdə reallaşdırması üçün zəruri şərait yaradır.
Təlimin şiıurlnluq və müstəqillik prinsipi tələbədə gerçək aləmə, elmi biliklərə, nəzəriyyə və konsepsiyalara şəxsi, subyektiv yanaşma tərzinin formalaşdırılmasmda təzahür edir. Bu prinsip təhsil alanlarda refleksiya (latınca refleksis - əks
etmə, inikas deməkdir. Refleks - orqanizmin xarici və daxili mühitin qıcıqlarına mərkəzi sinir sisteminin iştirakı ilə verdiyi cəld cavabdır) qabiliyyətinin inkişaf etdirilməsi yolu ilə mövcud təlim stereotiplərinin (yunanca stereos - bərk, möhkəm, tipos - iz, şəkil deməkdir. Stereotipiya iki sözün birləşməsindən əmələ gəlib. Stereotip - eyni bir psixi fəaliyyət aktının təkrar edilməsinə -meyl göstərməkdir) aradan qaldırılmasını tələb edir.
Ali məktəbdə təlim prosesində şüurluluq prinsipinin iki aspekti diqqəti cəlb edir:
• təlim informasiyasının peşə-ixtisas əhəmiyyətinin dərk edilməsi.
Şüurluluq prinsipi ilə dialektik vəhdətdə olan müstəqillik prinsipi aşağıdakı tələbləri reallaşdırmağa imkan verir:
• idrak fəallığı vasitəsilə təhsil alanların intellektual qabiliyyətləri aşkarlanır;
• özünütəhsilprosesi üçün əlverişli şərait yaranır:
• təhsil alanlar elmi-tədqiqatçılıq fəaliyyətinə cəlb olunur:
• tədris və elmi problemlərin fərdi həlli yolları tapılır.
Fərdin kollektivlə əlaqəsi prinsipi tələbə kollektivinə «subyektlərin məcmusu» kimi baxmağı tələb edir. Tələbə kollektivi idrak fəaliyyətinin subyekti olub, qarşılıqlı əlaqə, qarşılıqlı korreksiya (latınca correktura - düzəliş deməkdir), qarşılıqlı motivləşdirmə prosesində formalaşır. Bu prinsip, mahiyyət etibarilə qrupun, kursun, tələbə kollektivinin inkişafının yüksək mərhələsini ifadə edir. Fərdin kollektivlə əlaqəsi prinsipi kollektivin ümumi strategiyasının, birgə fəaliyyət proqramının, ümumi tələblərin, təlim problemlərinin, elmi ideyaların və onların birlikdə həlli cəhdinin olması deməkdir.
Varislik prinsipi spesifiklik təşkil edir və təlim prosesində metodoloji müddəalar öyrədilərkən onların keçmiş inkişafının nəzərdən keçirilməsini və müasir təsəvvürlər yaradılmasını nəzərdə tutur.
Varislik prinsipi müəllimlə tələbə və müxtəlif fənlər (ali və orta məktəbdə öyrənilən kurslar) arasında qarşılıqlı əlaqəni tənzim etməyə imkan verir. Bu əsasda qiymət meyarları, təlimin müxtəlif mərhələləri üçün vahid terminologiya, qarışıq kursların proqramları və s. yaradılır, tədris planlarının məzmunu və quruluşu təkmilləşdirilir. Varislik məktəblə ali məktəb, kursla- kurs, ali məktəblə istehsalat arasında əlaqənin yaranma.sını təmin edir.
Qeyd etmək lazımdır ki, orta məktəb didaktikasında olduğu kimi, ali məktəb didaktikasında da hələlik təlim prinsiplərinin vahid sistemini yaratmaq mümkün olmamışdır. Ali məktəb pedaqogikasına həsr olunmuş dərslik və dərs vəasitlərində müxtəlif prinsiplər irəli sürülür. Əslində bu təsnifatlar biri-birindən o qədər də fərqlənmir.
Zənnimizcə, ali məktəbdə təlim prinsiplərini qruplaşdırmaq daha səmərəli nəticə verə bilər. Təsadüfi deyil ki, son dövrlərin pedaqoji ədəbiyyatında bütün prinsiplərin sintezi əsasında yeni təlim prinsipləri qrupları yaratmaq ideyaları irəli sürülür. Bu qruplaşdırmalar içərisində daha məntiqi hesab etdiyimiz aşağıdakılardır:
• ali təhsilin gələcək mütəxəssisin hazırlığını təmin etməsi prinsipi;
• ali təhsilin məzmununun elmin, texnikanın və texnologiyaların (istehsalın) həm müasir, həm də proqnozla.ydırılan inkişaf səviyyələrinə uyğunlaşdırılınası prinsipi;
• ali məktəbdə təlimin fərdi, qrup və ümumi təşkili formalarının optimal surətdə uzlaşdırılması prinsipi;
• mütəxəssis hazırlığının müxtəlif mərhələlərində təlimin müasir metodları və vasitələrinin vəhdətdə tətbiqi prinsipi;
• mütəxəssis hazırlığının cəmiyyətin tələblərinə, dövlətin mənafeyinə, konkret fəaliyyət sahəsinin ehtiyaclarına uyğunluğu prinsipi.
Ümumiyyətlə, hər bir ali məktəb müəllimi öz pedaqoji fəaliyyətində belə bir ideyam əsas götürməlidir ki, təlimin prinsipləri bir tərəfdən elmin, xüsusən də pedaqogikanın və didaktikanın inkişafı, digər tərəfdən dövrün, sivilizasiyanın tərəqqisi ilə əlaqədar daim inkişaf edir,, zənginləşir və təkmilləşir.
Dostları ilə paylaş: |