Təlimin mərhələləri və onların ardıcıllığı belədir: 1) yeni tədris materialının qavranılması; 2) biliklərin, bacarıq və vər-dişlərin formalaşması; 3) biliklərin, bacarıq və vərdişlərin möh-kəmləndirilməsi və tətbiqi; 4) müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.
Yeni tədris materialının qavranılması.
Bu prosesə şagird psixoloji cəhətdən hazır olmalıdır. Məlumatı qavramaq üçün psixoloji hazırlıq şagirdin öyrənəcəyi fənnin məq-sədini dəqiq və aydın təsəvvür etməsindən ibarətdir. Şagird üçün onun getdiyi yol aydın olmalıdır. Şagirdin qarşısında məqsəd aydın qoyulmazsa, məlumatın qavranılmasının səmərəsi az olar və ya heç olmaz. Ona görə də müəllim məqsədi şagirdlərin nəzərinə çatdırma-ğa kifayət qədər diqqət yetirməlidir.
Təlimin bu mərhələsində şagirdlər öyrənilən mövzu (material), qanun və ya qayda ilə ilkin tanış olurlar: onlar öyrənməli olduqları obyektin, anlayışın, qanunun və ya qaydanın əlamətlərini duyurlar; görürlər, eşidirlər, toxunurlar, mümkünsə dadırlar. Qavrama mər-hələsində şagirdlər diqqətlərini öyrənilən cisim və hadisələr üzə-rində cəmləşdirirlər. Bu zaman şagirdlərin həyat təcrübəsi, bilikləri qavrama prosesinə qoşulur, qavranılan obyektlə həyat təcrübəsi tu-tuşdurulur, oxşar olanlar tapılır, müvafiq qrupa aid edilir, fərqli cə-hətlər ayrıca nəzərdən keçirilir.
Qavramada mövcud həyat təcrübəsini xatırlamağın əhəmiy-yətini P.K.Anoxinin bir fikri daha da aktuallaşdırır. Alim isbat edir ki, qavramaya qədər obyekt haqqında əvəlcədən eşidilmiş və ya oxunmuş məlumat obyektin müvafiq əlamətlərini tez duymağa im-kan verir. Bu psixoloji qanunauyğunluqlardan xəbərdar olan müəl-lim qavrayış mərhələsini lazımi izahatla müşayiət etdirir .
Tədris mövzusunun qavranılmasını təşkil edərkən şagirdi yal-nız müşahidəçiyə çevirmək olmaz. Şagird qavrama prosesinə fəal surətdə qoşulmalıdır; onun mümkün qədər daha çox duyğu orqanları işə salınmalı, əyaniliyin müxtəlif növlərindən istifadə edilməlidir. Çünki mənimsəmənin sonrakı mərhələlərinin müvəffəqiyyəti qavra-manın dolğunluğundan və dəqiqliyindən çox asılıdır.
Mövzunun qavranılması hələ onun tam başa düşülməsi, anla-şılması demək deyildir. Mövzunu başa düşmək üçün qavrayış əsa-sında fikir formalaşmalıdır. Şagird müəllimin rəhbərliyi ilə qavradı-ğı materialı götür-qoy etməli, necəliyinə varmalıdır. Təlimin bu mərhələsində şagird öyrənilən obyektə sadəcə baxmır, görür; o, səsi nəinki eşidir, həm də ona qulaq asır, necəliyini dərk etməyə çalışır; mətni oxumaqla kifayətlənmir, ayrı-ayrı söz və ifadələri başa düş-mək istəyir; tarixi şəxsiyyətin necə hərəkət etdiyini anlamağa çalışır.
Müəllim şagirdlərin diqqətini aparılan təcrübənin, alınan kim-yəvi reaksiyanın, fiziki hadisənin mahiyyətinə cəlb edir, bu məqsəd-lə suallar qoyur, tapşırıqlar verir; çalışır ki, yeni tədris materialını şagirdlər şüurlu surətdə qavrasınlar.
Yeni materialını qavramaq və anlamaq hələ onu tam mənim-səmək üçün kifayət deyil. Bundan ötrü əlavə addımlar atılır, tədris materialının şagirdlər tərəfindən əsaslı dərk olunması təşkil edilir. Bu məqsədlə müəllim şagirdlərin şüurunu hərəkətə gətirir, onları düşünməyə, fikir yürütməyə vadar edir; onların diqqətini öyrənilən hadisələrdə və cisimlərdə səbəb-nəticə əlaqələrinə yönəldir. Təlimin bu mərhələsində uşaqlar müəllimin rəhbərliyi ilə müəyyən əqli nəti-cələr çıxarır, öz fikirlərinin doğruluğunu isbat etməyə meyl göstə-rirlər, onlarda əqidə ünsürləri yaranır, öyrəndikləri hadisələrə müəy-yən mövqedən yanaşmağa başlayırlar. Təlimin bu mərhələsində şa-girdlər idrak əməliyyatları olan müqayisəyə, təhlilə, ümumiləşdir-məyə, mücərrədləşdirməyə daha çox müraciət etməli olurlar. Bu sə-bəbdən də, şagirdlərin bilik və bacarıqları intensiv şəkildə formala-şır. Şagirdlər öz bacarıqlarını işə salırlar, bilik ehtiyatından vəziy-yətin tələb etdiyi bilikləri seçib istifadə edirlər. Mənimsəmənin bu mərhələsində formalaşan yeni bilik şagirdin malik olduğu biliklərə qovuşur. Fərəhli hal kimi göstərilməlidir ki, idrak prosesində nəzəri təfəkkür, məfhumlar səviyyəsində fikir yürütməyin vacibliyini görkəmli Azərbaycan filosofu Bəhmənyar xüsusi qeyd etmişdir. O, is-bat edirdi ki, hadisəni görmək hələ onu dərk etmək, başa düşmək demək deyil. Atalar yaxşı demişdir: “Göz görmək, ağıl başa düşmək üçündür”.
Dostları ilə paylaş: |