Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Ətraf mühit və təbii ehtiyatların qiymətləndirilməsi növləri və funksiyaları



Yüklə 0,77 Mb.
səhifə65/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

2. Ətraf mühit və təbii ehtiyatların qiymətləndirilməsi növləri və funksiyaları

Ətraf mühitdən səmərəli istifadə, planlaĢdırma, ətraf mühitdən istifadənin idarə edilməsi, habelə ekoloji-iqtisadi Ģəraitin öncə görümü (proqnozlaĢdırılması) təbii ehtiyat potensialının ekoloji-iqtisadi qiymətləndi-rilməsini əhatə edir.

Təbii mühit insanların həyat fəaliyyətinə təminat verməklə aşağıdakı funksiyaları yerinə yetirir:

1) insanın təbii artımına təminat yaradır;

2) təbii ehtiyatlarla təmin edir;

3) tullantıları və çirklənməni assimilyasiya edir (neytrallaşdırır);

4) bir çox xidmət sahələrinə təminat yaradır: rekreasiya-istirahət, müalicə mənbəyi, estetik və s.


Göstərilənlərlə yanaşı heç bir iqtisadi sistem (nə bazar, nədə qiymətləndirmə) bu funksiyaların real qiymətini vermək qabiliyyətində deyildir. Keçmiş SSRİ-də uzun illər təbii sərvətlər pulsuz istifadə olunmuşdur, heç kimə də mənsub olmamışdır. Bu isə təbiətdən istifadədə israfçılığa səbəb olmuşdur. Göstərilənləri qiymətləndirmək üçün real qiymətlər lazımdır. O cümlədən, təbii rifah komponentlərini də qiymətləndirmək lazım gəlir. Lakin, həmişə təbii ehtiyatların qiymətləndirilməsi müsbət olmalıdır. Təcrübədə hər hansı bir rifahın “sıfır” qiyməti də ola bilər, əgər onun fiziki itkisi cəmiyyət üçün həm bu gün, həm də gələcəkdə iqtisadi itki ilə müşayiət olunmursa.

Təbii amilin əhəmiyyətini, rolunu nəzərə alaraq və dərk edərək təbii ehtiyatların payını, iştirak dərəcəsini təsərrüfat fəaliyyətində əməyin nəticələrində formalaşan dəyər və qiymət göstəricilərini aşkar etmək, müəyyənləşdirmək, dəqiqləşdirmək, kəmiyyət amillərini təyin etmək zəruridir. Təbiət ehtiyatların qiymətləndirilməsi hər hansı problemin həll edilməsində alternativ variantların se-çilməsinə daha əsaslı imkan verə bilər. HES-lər enerjinin ən ucuz yolla alınmasında ən əlverişli mənbə hesab edilir. Lakin, hesablamalardan məlum olur ki, geniş sahədə su altında qalmış məhsuldar torpaqların ekoloji-iqtisadi itkisi (zərəri) hiss edilir və elektrik enerjisindən alınan səmərədən çoxdur.



Qiymətləndirilmiş təbii ehtiyatların milli sərvətlər sırasına salınması məqsədəuyğun sayılır. Bir çox qiymətləndirmələrə görə milli sərvətlərin 40%-dən çoxu müasir statistikada nəzərə alınmır.

BMT və bəzi ölkələrə iqtisadi inkişafın əsas göstəricilərində “yaşıl” ölçmələr üçün cəhd göstərirlər. Xüsusən, yaşıl hesabların hazırlanmasına başlanmış və ya ekoloji-iqtisadi uçot sistemi tətbiq edilir. İnteqrallaşdırılmış iqtisadi və ekoloji göstəricilər sistemi təklif edilir:

- humanitar inkişaf indeksi (BMT), normal həyat üçün zəruri olan ömrün uzunluğunu, bilik səviyyəsini və təbii ehtiyatlara malik olmanın səviyyəsini nəzərə alır;

- sabit iqtisadi rifah indeksi (səmərəsiz təsərrüfatçılığın ekoloji xarakterli xərclərini nəzərə alan kompleks göstərici).

Sabit iqtisadi maddi rifah indeksinin müəlliflərindən biri Q.Dali göstərir ki, ekoloji “həqiqətlər” qiymətləndirilməlidir. Real komponentləri makro və mikro sə-viyyədə iqtisadi göstəricilərin tərkib hissəsi kimi qiymətləndirmək lazımdır.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin