Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Nəqliyyat-yol xərcləri metodu (səyahət xərcləri)



Yüklə 0,77 Mb.
səhifə73/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

3. Nəqliyyat-yol xərcləri metodu (səyahət xərcləri)-əhalinin rekreasiya obyektinə gəlmək üçün nəqliyyat xərcləri obyektin qiymətinin əvəzləyicisi kimi qəbul edilir, onun tezliyi isə alınmış ―əmtəənin‖ miqdarını (sayını) ifadə edəcəkdir. Yol xərclərində, gediş-gəlişin tezliyində olan dəyişmələr rekreasiya tələbatı əyrisinin qurulmasında istifadə edilir. Daimi yaşayanların və gələnlərin yol xərcləri nəzərə alınır. Bu metod istehlakçıların seçimini (üstünlük vermələrini) aşkar edir. Bu metodla Keniyada park və qoruqların qiyməti müəyyən edilmişdir.

Bəzi hallarda ekoloji rifahların müəyyən edilməsində xüsusi qiymətləndirilmədən istifadə edilir. Bu üsul ilə rifahın (gedonistik) qiymətini əmlak (torpaq) qiyməti vasitəsilə dolayısı yolla təyin edirlər. Metodun əsas şərti alıcının alacağı malın (əmtəənin) ekoloji xüsusiyyətləri barədə qayğı göstərmək və həmin böyük məbləği ödəmək hazırlığıdır. Obyektin ümumi qiymətləndirilməsində ekoloji elementin təxmini payı aşkar edilir. Moskvada satın alınan və dəyişdirilən mənzillərin statistikasına əsasən müəyyən edilmişdir ki, ekoloji təmiz rayonlarda mənzillərin qiyməti orta hesabla 12 % çox olur. Eyni vəziyyəti Bakı şəhərindəki ekoloji təmiz rayonlar haqqında da demək olar. Bu metod çoxlu miqdarda informasiya toplanmasını tələb edir;



4. Xərc üsulu. Bu üsula əsasən təbii ehtiyatların qiymətləndirilməsi onların hasilatına, mənimsənilməsinə yaxud istifadəsinə çəkilən xərcin həcmi ilə təyin edi-lir. Keçmiş SSRİ-də sənaye müəssisələrinin götürdükləri suya görə ödəmələrin həcmi bu prinsipə əsaslanırdı. Həmin üsulun çatışmayan cəhəti orasında idi ki, yüksək keyfiyyətli ehtiyat, mənimsəmə üçün daha rahat ərazidə yerləşərsə, az dəyərə malik qiymətləndirilir, halbuki onun istehlak qiyməti “pis” sərvətə nisbətən daha yuxarıdır. Bu üsul təbiətdən səmərəli istifadənin həvəsləndirilməsində tətbiq edilə bilməz;


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin