5. Yekun nəticə üsulu. Geniş yayılmış bu üsula görə yalnız o təbii ehtiyatların iqtisadi qiyməti (dəyəri) var ki, onlar gəlir gətirsin. Başqa sözlə sərvətin qiyməti ilkin məhsulun pulla ifadəsi ilə təyin edilir. Çünki, təbii ehtiyatların istismarı əsasən sənayesində istehlak olunur. Həmin qiymət eyni zamanda əldə edilmiş gəlirlə cari xərclərin fərqi kimi də təyin edilir.
Ətraf mühitdən səmərəli istifadə nöqteyi-nəzərdən bu üsulun da xeyli nöqsanı vardır. Əvvələn, istənilən təbii ehtiyat üçün ilkin məhsulun dəyərini təyin etmək ol-mur. Məsələn, xam neft müəyyən əmtəə dəyərinə malikdir, halbuki sudan gəlirin ilkin məhsul kimi ayrılması mürəkkəb problemdir. Əgər o, əmtəə (məsələn, mineral su) deyilsə, yalnız içmək üçün yararlıdır. İkincisi, ehtiyatın istifadəsindən gəlir həm birbaşa, həm də dolayısı ola bilər ki, onları adekvat qiymətləndirmək çox mürəkkəbdir. Bu, xüsusən, rekreasiya (istirahət) məqsədi ilə istifadə edilən təbii ehtiyatlara, iqlim amillərinə aid edilə bilər. Üçüncüsü, bu üsulda vaxt amili nəzərə alınmır. İstifadə edilməyən ehtiyatın bu üsulla qiyməti təyin edilməyən ehtiyat ola bilər ki, hər hansı ərazini mənimsəyəndə istifadə edilsin (hətta qıt olsun);
Dostları ilə paylaş: |