Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Təbii sərvətlərin qiymətləndirilməsinin üsulları çoxdur



Yüklə 0,77 Mb.
səhifə71/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Təbii sərvətlərin qiymətləndirilməsinin üsulları çoxdur. İndi isə xaricdə işlənmiş və tez-tez tətbiq olunan, son illər isə Rusiyada və MDB ölkələrində istifadə edilən subyektiv (dolayısı) metodları nəzərdən keçirək. Bütövlükdə:

1. Dolayısı (subyektiv) qiymətləndirmə üsulları mahiyyət etibarı ilə təbii sərvətlərə tələbat əyrilərinin qurulması sayəsində əldə edilir. Tələbatın funksiyala-rına birbaşa üstünlük vermək (seçmək) yolu ilə (şərti qiymətləndirmə) sorğu vasitəsilə, həmçinin aşkar edilmiş üstünlüklər üsulu ilə təyin etmək olur: a) nəqliyyat xərcləri – gedonstik (həyatda zövq üçün yaranmış sərvətlərə) qiymətlər üsulu. Dolayı üsullar sərvətlərin yalnız təxmini qiymətini verir. Qiymətləndirmənin dəqiqliyini bir sıra metodların eyni obyektə tətbiqi yolu ilə əldə etmək olar. Bəzən təsərrüfat sahəsində qərar qəbul etmək üçün təqribi qiymətin olması da kifayətdir. Dolayı üsullardan biri alternativ qiymət konsepsiyasıdır (əldən çıxmış fayda). O, müəyyən dərəcədə xərc (məxaric, sərf) konsepsiyası ilə əlaqədardır. Alternativ qiymət nə qədər az olarsa, rifahı qoruyub saxlamaq üçün iqtisadi itki də bir o qədər az olacaqdır. Alternativ qiymət (dəyər) ehtiyatı müxtəlif məqsədlər üçün istifadə edərkən əldə edilən faydadır. Təcrübədə ondan ―qoruma (saxlama) dəyərini‖ ölçmək üçün istifadə edirlər. Bu isə nəzərdə tutulan resursun əvəzləyicisini axtarmaq üsuluna əsaslanır. Məsələn, ABŞ-da HES-nın tikintisi Nell dərəsinin (kanyon) unikal təbiətini məhv edə bilərdi.

HES-dən alınan fayda təbii obyektin itirilməsinin yerini verə bilməyəcək. Eyni misalları vaxtilə Azərbaycanda tikiləsi Tovuz (Kirzan) və Xudafərin HES-in qiy-mətləndirilməsi zamanı əldə edilən nəticələr göstərmişdir. Alternativ qiymət üsulu istiqamətlənmiş dəyərin təyin edilməsi yolu ilə əldə edilir. Ümumi iqtisadi qiy-mətləndirmə üsulu isə istifadə dəyəri ilə istifadə etməmək dəyərinin (qeyri-istehlak qiyməti) toplanmasına əsaslanır. Ən asan yol rifahın istifadəsinin birbaşa qiymətini təyin etməkdir, çünki o, hiss ediləndir və öz qiymətinə malikdir. İstifadə qiymətinin ikinci hissəsini – dolayısı qiyməti tapmaq xeyli çətindir. İstifadə etməmək dəyərini təyin etmək isə daha çətindir, çünki söhbət təbii rifahın gələcək istifadəsindən gedir. Nəzərə alınmayan komponentlərin varlığı ümumi iqtisadi qiymətləndirmənin əhəmiyyətini azaldır;




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin