Təbii ehtiyatların istifadəsi ilə əlaqədar olan xərclər 3 elementi özündə birləĢdirir:
- Birbaşa xərclər-məhsulun hasilatı (çıxarılması), istehsalı, yaxud toplanması ilə əlaqədar olurlar;
- Zahiri, ekoloji (dolayısı) xərclər;
- İstifadə xərcləri-tükənmə xərclərinin eynidir və gələcəkdə məhsulun dəyərinin azalmasını nəzərdə tutur.
Hər üç element ilk növbədə tükənən ehtiyatların istifadəsi zamanı özünü göstərir.
Bu metodun başlıca cəhəti aşağıdakılardan ibarətdir: ehtiyat keyfiyyətcə nə qədər yaxşıdırsa, onun qiymətləndirilməsi bir o qədər asandır, belə ki, hazırlığa və istifadəyə az xərc tələb olunur; bəzən bu xərclər üsulunu qapayıcı xərclər üsulu adlandırırlar.
Qapayıcı xərclər ictimai bəraət qazanmış xərclərin həddidir. Bu hədd həyati əvəzolunmaz təbii rifah ehtiyatlarının alınması üçün eksponensial funksiya kimi ar-tır. Bu isə təbii ehtiyatların iqtisadi qiymətinin artmasına aparır. Yəni, bu xərclər ən çox qapayıcı xərclərdir. Tələbat artdıqca, həddi yol verilən (qapayıcı) xərclər artır. Qapayıcı xərclər vasitəsilə rentanı təyin etmək olur. Bunun üçün həddi xərclərdən fərdi xərcləri çıxmaq lazımdır. R1=(Cz-Cf) • q1. Rentanı daha dəqiq qiymətləndir-mək üçün ehtiyatın məhsuldarlıq əmsalını, eyni zamanda gələcək xərclərin və nəticələrin də əmsalını bilmək zəruridir.
Dostları ilə paylaş: |