9. Monopoliya – idarə üsulu. Bu üsul xərc (məxaric) üsulunun növlərindən biridir. Üsulun mahiyyəti ondadır ki, təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin ölçüsü təbii ehtiyatları idarə edən təşkilatların maliyyə təminatına uyğun gəlsin. Bu cür yanaşma çox subyektiv və süni görünür. Bu üsula görə təbii ehtiyatlardan isti-fadə üzrə ödəmə (rüsum) iki növə ayrılır:
1) istifadə hüququna görə ödəmə;
2) təbii ehtiyatların bərpasına və mühafizəsinə lazım olan ödəmə.
İkinci növ ödəmənin qiymətini təyin edərkən 2 şərt nəzərə alınmalıdır: 1. Bu ödəmələr özlərinə differensial rentanın müəyyən hissəsini birləşdirməlidir, belə ki, bərpaya çəkilən xərc yaxşı şəraitdə az, pis şərait üçün çox olacaqdır, 2. Xüsusiləşdirilmiş xidmətlərin xərcini təyin edərkən, həmin xərcin iqtisadi səmərəsini nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |