5. Torpaq, meşə və su kadastrları
Məlum olduğu kimi təbii ehtiyatların kadastrı onların mövcudluğu və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər qurulması üçün vacib şərtlərdən biridir. Bununla əlaqədar təbii ehtiyatlardan torpaq, su, meşə və digər ehtiyatların kadastrları hazırlanır. Qeyd edildiyi kimi, kadastr dedikdə, ölkənin iqtisadi ehtiyatları haqqında əsas məlumatların dövri və ya fasiləsiz müşahidəsi əsa sında sistemləşdirilmiş rəsmi tərtib edilmiş məcmusu başa düşülür. Kadastrda obyektlərin dəyərinin və gəlirliyinin qiymətləndirilməsini əks etdirən ehtiyat mən-bələrinin yerləşməsi, onların kəmiyyəti, keyfiyyət xarakteristikası haqqında məlumatlar toplanır. Meşə, torpaq və su kadastrından daha geniş istifadə olunur.
Torpaq kadastrı – kənd və meşə sferasında torpaq haqqında dürüst məlumatların sistemləşmiş məcmusudur. Torpaq kadastrında torpağın mülkiyyətçisinin adı yazılır, torpaqların yerləşdiyi yerin ümumi sahəsi, konfiqura-siyası, yararlı torpaqların tərkibi, onların keyfiyyəti, gəlirliyi, torpağın qiyməti əks olunur. Almaniyanın torpaq kadastrı sistemi ən təkmil hesab olunur. Bu sistem üz-rə uçot iki növ sənədə əsasən aparılır: 1) torpağın müqayisəli iqtisadi qiymətləndirilməsinin aparıldığı daşınmaz əmlak kadastrı; 2) torpaq üzərində mülkiyyət hüququnun nəzərə alındığı torpaq kitabı.
Qeyd edək ki, torpaq kadastrı obyektlərin qiymətləndirilməsi və orta gəlirliyi haqqında məlumatları əks etdirən məlumatlar toplusudur. Kadastr məlumatları, əsasən adambaşına vergiyə cəlb olunan şəxslərin siyahısının hazırlanmasına xidmət edir.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda deyilir ki, torpaq kadastrı – torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyət uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.
Dövlət torpaq kadastrının düzgün və elmi əsaslarla aparılması üçün torpaq kadastrının bütün tərkib hissələrinə aid olan işlərin düzgün icra edilməsi olduqca vacibdir.
Dostları ilə paylaş: |